Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا
Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan
pis əməl sahibi olub. (Məyrəm 28)
Niyə Hz Məryəmə Harunun bacısı deyilir?
Musa və Harun (ə) Hz Məryəmin bacısı deyil. Hz
Məryəmin qardaşı yox idi, bununla belə Harun (ə) la Hz Məryəm arasında uzun
fasilə vardır. Doğrudur ki, Quranda Hz Məryəm barədə “Ey Harunun bacısı”
ifadəsi işlədilmişdir. Ayənin izahı ilə bağlı təfsirlərə müraciət etdikdə
görürük ki, Harun (ə) Bəni İsaril arasında paklığı ilə dillər əzbəri olmuşdu.
Bəni İsraildə adət idi, hər kimi istəsəydilər paklıqla yad etsinlər ona
“Harunun qardaşı” yaxud “Harunun bacısı” deyə xitab edərdilər.
Muğirə ibn Şöbə belə rəvayət edir:
"Bir gün peyğəmbər (s) bəzi ehtiyacları ilə bağlı məni Nəcran qəbiləsinə
göndərdi. Mən ora çatdıqda onlar mənə dedilər ki, siz bu ayəni ("Ey
Harunun bacısı..." Məryəm, 28) oxuyursunuzmu? Bu necə ola bilər? Axı, Musa
və Harun, İsa ibn Məryəmdən neçə əsr qabaq yaşayıb və s. Belə olduqda mən
onlara nə cavab verəcəyimi bilmədim. Peyğəmbərin (s) yanına qayıtdıqda məsələni
ona danışdım. Peyğəmbər (s) buyurdu: “Nə üçün onların cavabında demədin ki,
Bəni İsrail pak şəxsləri peyğəmbər və saleh şəxslərə nisbət verirlər.”
Məryəm Hz Harunun nəslindən olduğu üçün
də ona bu cür xitab olunduğunu qeyd edənlər vardır. Ərəblərdə (və digər bəzi
qövmlərdə) adətdir ki, paklıqla tanınan bir şəxsi, o qəbilədən olan birinə
nisbət verməklə “ey filankəsin qardaşı” deyə xitab olunsun.
Mənbələr.
1.Nümunə təfsiri, c 13, səh. 51.
2.Hidayət təfsiri, c 7, səh 35.
3. Təfsire Əhsənul-hədis, c 6.
Yorumlar
Yorum Gönder