Əhli sünnənin adına ləkə olanlar.
Son zamanlar ən çox
eşitdiyimiz, və oxuduğumuz sözlər; fitnə, fəsad, öldürüldü, başları kəsildi,
İŞID, cihad, Fələstin, Qəzza, İraq, Suriya,Yəmən, sələfi, vəhhabi və s. Yaxşı,
bəs bütün bu fitnə və fəsadlara səbəb olanlar kimlərdir? Və ya bunu doğuran amillər
hansılardır? Bu gün sadəcə özlərini pak bilib, müsəlmanları, sünni-şiə demədən
“Allahu-Əkbər” sədaları ilə qətlə yetirən, özlərinə bomba bağlayaraq ictimai
yerlərdə eyni sədalar altında özlərini partladan, və bu çirkin missiyalarının
adlarını, İslama calaq etmək istəyənlər, biz CİHAD edirik deyib, cihad
məfhumundan bixəbər olanlar, müsəlman olduqlarını iddia edən, lakin
müsəlmanların adına xələl gətirən bu şeytanpərəstlər kimlərdir? İslam
peyğəmbərinin (s) fitnə və fəsadın mənbəyi, şeytan buynuzu, adlandırdığı
(mənbə: Səhihi Buxari, Fitən kitabı, fəsil-16, hədis 7094-İbn Ömər rəvayət
edir) insanlıqdan nəsibini almamış bu kafir dəstənin bu günkü günümüzdə adları
nə olursa-olsun onların etdiklərinə heç cür bəraət qazandırıla bilməz. Özlərini
sələfi-vəhhabi adlandıran, işləri çətinə düşdükdə “biz vəhhabi deyilik” “biz
əhli sünnət vəl-cəmaətik” deyib əhli sünnənin adına ləkə olan, və əhli sünnə
adından sui-istifadə edib yenidən öz çirkin niyyətlərini izhar edən
münafiqlərdir onlar. Quran bunu münafiqlərin xüsusiyyətləri kimi qeyd
etməkdədir. Uca Allah buyurur: “Onlar möminlərlə rastlaşdıqda: “Biz iman
gətirdik deyirlər,” öz şeytanları (azmış dostları ilə) təklikdə qaldıqda isə:
“Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik” deyirlər.” (Bəqərə, 14)
Sələfi- vəhhabilər həqiqətən də əhli sünnədirmi? Əgər onlar əhli sünnə
əqidəsinin daşıyıcılarıdılarsa bəs nə üçün əhli sünnə alimlərinin kütləvi
qətlinə fərman verdilər?! Kontr-admiral general Əyyub Səbri, Osmanlı dövlətinin
hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: “Məhəmməd ibn
Əbdul-Vəhhabın sözlərindən təsirlənmiş Əbdul-Əziz bin Səud qəbilə başçıları
qarşısında söylədiyi birinci çıxışında dedi: Biz bütün şəhərlərə və abadlıqlara
sahib olmalı, öz əqidə və şəriətimizi onlara aşılamalıyıq. Bu arzunun həyata
keçməsi üçün özlərini Peyğəmbər sünnəsinin və Məhəmməd şəriətinin ardıcılları
hesab edən əhli-sünnənin elm adamlarını aradan götürməliyik… İlk növbədə
onların kökünü kəsməliyik” (Tarixe Vəhhabiyyan, səh. 33) Vəhhabilər necə
müsəlman olduqlarını iddia edə bilərlər ki, onlar tarix boyu islami dəyərləri
aradan aparmaq üçün çalışmışlar. Kəşful-irtiyab kitabının müəllifi yazır:
“Kəbənin ətrafında və Zəmzəmin üzərində bütün qədimi əsərlər vəhhabilər
vasitəsi ilə xarab edildi. Ələ keçirtdikləri şəhərin əməlisaleh şəxslərinin
tarixi abidələrini məhv etdilər. Onlar bu abidələri məhv edərkən təbil vurur,
rəqs edir və oynayırdılar. (Kəşful-irtiyab, səh.27) Vəhhabilər necə Peyğəmbər
(s) sünnəsinin ardıcıllarıdır ki, onun xanımı olan Hz Xədicənin (r) evinin üzərində
ümumi ayaqyolu tikdilər. Bu azğın tayfa murdar əməllərini yenidən təkrarlamaq
üçün, özlərini onun ardıcılı hesab etdikləri, bütün müəslmanlara əziz olan Hz
Muhəmmədin (s) mübarək qəbrini hədəfə almışlar. Lakin onlar bu istəklərinə nail
ola bilmədilər. Bir xeyriyyəçi oranı kitabxana etməklə onların bu çirkin işinin
qarşısını alır. (Nəsihəti lil ixvanina ən-nəcdiyəyn) Peyğəmbərə (s) qarşı
etdikləri bu ədəbsizliklərini utanmadan inernet saytlarında yayır və
şəkillərini paylaşırdılar. Kəbəni büt adlandırıb onu yıxmağı planlaşdıranlardan
bunu görmək heç də təəcüblü deyil. Peyğəmbər sünnəsi ilə getdiklərini idda edən
bu şeytan ordusu, nə üçün İslam Peyğəmbərindən (s) miras qalan, müqəddəs məkan
və əşyalara qarşı düşmənçilik edirlər? Nə üçün bütün müsəlmanların qibləsi olan
Kəbəyə qarşı qarət planı həyata keçirtdilər? Nə üçün 1785-1797-1798-ci illərdə
Məkkə və Mədinəyə hücumlar təşkil etdilər? Nə üçün 1800-cü ildə Kəbəni
mühasirəyə alaraq, yeddi il müsəlmanların Kəbəyə həcc ziyarətinə getmələrinə
mane oldular? Nə üçün Mədinəyə hücum edərək Peyğəmbər (s) məzarı yerləşən otağı
dağıdıb, içində olan qiymətli əşyaları qarət etdilər? Bu və bu kimi bütün
sualların cavabını vermək üçün kiçik bir yazı kifayət etməz. Biz burda sadəcə o
tarixə qısa nəzər salıb siz əziz oxuculara fitnə və fəsadın mənbəyini nişan
veririk. Və bütün bu deyilənlər əsassız deyil və bütün İslam alimləri
yekdilliklə İslamın başına gətirilən bu acıncaqlı tarixi hadisələri
kitablarında qeyd etmişlər… Vəhhabi vəhşiliklərinə daha bir bariz nümunə isə onların,
içərisində misilsiz kitabları olan kitabxanaları yandırmaları olmuşdur. Bu
kitabxanalardan bir də “Əl-məktəb əl-ərəbiyyə” kitabxanasıdır. 60 min adda
misilsiz qiymətli əsəri olan bu kitabxanada ayrı-ayrı şəxslər tərəfindən
müxtəlif üslublarda yazılmış 40 min nadir əlyazma mövcud idi. Bu əlyazmaların
arasında cahiliyyət dövrünə mənsub xətt üslubunda yazılmış əsərlərlə, və
yəhudilərlə müşriklər arasında Hz Peyğəmbərin (s) əleyhinə müqavilə xüsusi
maraq kəsb edirdi. Hz Əli (ə) və digər səhabələrin, habelə Abdullah ibn Məsud
tərəfindən yazılmış Quran mövcud idi. Nasirəddin Səid tarixçilərin birindən
belə nəql edir: “Vəhhabilər iqtidarı ələ aldıqdan sonra bu kitabxanalarda küfr
yazılarının olmasını bəhanə gətirərək onların hamsını odlayaraq külə çevirdilər.”
(Tarixu Ali –Səud, c.1 səh. 158; Kəşful-irtiyab, səh. 187-324; Əyani əş-şiə, c.
2, səh 72; Əs-səhih min sirətin nəbiyil-əzəm, c.1 səh. 81; Ali Səud min əyn ila
əyn, səh. 47.) Həsən Əs-Səqqaf “Əssələfiyyətul-vəhhabiyyə” adlı kitabında
yazır: “Vəhhabilər öz ardıcıllarına düşünməyi qadağan edir və bir iş görmək
istədikdə yalnız vəhhabi alimləri ilə məsləhətləşməyi tövsiyə edir, və başqa
məzhəbdən olan alimlərlə söhbəti qadağan edirlər. (“Əssələfiyyətul-vəhhabiyyə”
səh. 86) Öz azğın əqidələrini kitab halına salaraq insanlara pulsuz
paylanılması da onların İslam əleyhinə atdıqları növbəti bir addımdır. Təkcə
2012-ci il Həcc mövsümündə 685, adda on milyon cild kitab dünyanın 20 əsas
dilinə tərcümə olunaraq, Səudiyyə dövləti tərəfindən Allah evinin ziyarətinə gələnlərə
paylanılmışdır.(Miqat jurnalı, 43-cü sayı, səh. 198. 11. 9. 81. (h.şəmsi ilə)
tarixdə dərc edilmişdir. Ukkaz qəzetindən nəql edərək.) 2011 ci ildə isə Küveyt
respublikasında 100 minə yaxın kitabı, İslam adı ilə öz əqidələri əsasında çap
edib yayırdılar… (30. 6. 2011- ci il tarixli “Ər-rəyul –am əl Kuveytiyyə”
qəzeti.) Onların etdikləri bu cinayətlər bu gün də bitmir. İraq, Suriya,
Fələstin və Qəzza kimi müsəlmanların yaşadıqları yerlərdə hər gün müharibə
odunu alovlandıraraq, terrorlar təşkil edərək, min bir bəhanə ilə, onları qətlə
yetirirlər. Maraqlıdır nə üçün bu müharibələr yalnız müsəlmanlar yaşayan
ərazilərdə gedir? Sələfi, vəhhabi, İŞID adı altında gizlənənlər nə üçün nə
olursa olsun ancaq müsəlman qətlə yetirirlər? Özlərini əhli sünnə adlandıran bu
azğın firqənin Qəzzada öldürdükləri əhli sünnə deyilmi? Nə üçün öz əqidəsində,
öz inancında olan birisini öldürürlər? Deməli məsələ əqidə məsələsi
deyil.Yuxarıda qeyd etdiyim kimi, bunların dərdi İslam ilədir, müsəlman ilədir…
Bu günkü gündə “cihad” adı altında müsəlmanların qətlinə fərman verənlər nə
üçün Quranın və Peyğəmbərin (s) cihad etmə ədəbinə baxmırlar? Məgər Quran
buyurmurmu ki; “Sizə qarşı vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi
aşmayın. (Bəqərə sürəsi, ayə 190) Məgər Allah Rəsulu kafir və müşriklərlə
apardığı müharibələrdə, körpə başı kəsərək, qocaları, qadınları, əli yalın dinc
sakinləri öldürübmü? Siz hansı İslamdan, hansı peyğəmbərdən, hansı Qurandan
danışırsınız?! Xeyr, siz nəinki əhli sünnə, heç müsəlman deyilsiniz! Siz İslam,
əhli sünnə adı altında, İslamı məhv etmək istəyən zalım bir tayfasınız.
Amma bunu bilin ki, istəyinizə çata bilməyəcəksiniz. Uca Allah belə buyurur: “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.” (Saff, 8) Sonda sizi bu ayəni oxuyub, haqqında düşünməyə dəvət edirəm. Uca Rəbbimiz buyurur: “Onlara: Yer üzündə fitnə fəsad törətməyin deyildiyi zaman: Biz ki, ancaq xeyirxahlıq edənlərik – deyirlər.” (Bəqərə 11) “Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.” (Bəqərə 12)
Amma bunu bilin ki, istəyinizə çata bilməyəcəksiniz. Uca Allah belə buyurur: “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.” (Saff, 8) Sonda sizi bu ayəni oxuyub, haqqında düşünməyə dəvət edirəm. Uca Rəbbimiz buyurur: “Onlara: Yer üzündə fitnə fəsad törətməyin deyildiyi zaman: Biz ki, ancaq xeyirxahlıq edənlərik – deyirlər.” (Bəqərə 11) “Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.” (Bəqərə 12)
Mahir Şəkərov - İlahiyyatçı, yazar.
Yorumlar
Yorum Gönder