İlahiyyatçı: Elşad Miri meydanda dəlillərə danış – Tövsiyə
Elşad Miri videolarının birində qeyd edir ki, “Qurani – Kərimdə peyğəmbərlərin
(ə) məsumluğu ilə bağlı bircə dənə də olsun ayə yoxdur.” Əlbəttə bu onun öz şəxsi
fikri olmaqla yanaşı, Qurana da zidd bir sözdür. Çünki, Quranda məsumluqla
bağlı kifayət qədər ayələr mövcuddur. Nümunə üçün bəzilərini qeyd edirik ki,
Elşad Miri də bu ayələrə yenidən bir nəzər salıb, həmin ayələrin təfsir və
izahı ilə mütləq maraqlansın. Çünki
zahiri tərcümə ilə yola çıxmağın özü də batil bir işdir. Sözü uzatmadan peyğəmbərlərin
(ə) məsumluğuna dəlalət edən ayələrdən bir neçəsini sizlərə təqdim edək;
Nisa 65, Əhzab 21-33, Nəcm 3-4, Ənam 90, Zumər 37, Sad 45-46-47-82-83,
Nisa 80, Ali-İmran 30-31 və s.
Bu hələ sözügedən ayələrin bir qismidir. Elşad Mirinin bu ayələr
qarşısında deyəcək sözü varmı? Hələ də iddia edirmi ki, Quranda məsumluqla
bağlı heç bir ayə yoxdur? Elşad bəy! Bu
cür iddiaları lütfən öz şəxsi adınızla qeyd edin və deyin ki: “bu mənim öz şəxsi
fikrimdir.” Yoxsa deməyin ki, “bunu
Quran deyir.” Özünüz də şahid oldunuz ki, Quran etdiyiniz iddianı asanlıqla
batil etdi. Odur ki, meydanda dəlillərə
danışın ki, bu ən doğru yoldur.
Daha ətraflı videoda izləyin:
https://www.youtube.com/watch?v=feXpsHbt5zI
İlahiyyatçı yazar – Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder