Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir
Ən şərəfli peşələrdən biri məhz müəllimlikdir. Hansı peşənin sahibi olursa olsun, müəllimə ehtiyaclıdır. Nəzərə alaq ki, müəllimin özü də müəllimə möhtacdır. Yeganə müəllim Allahdır ki, hər bir şeydən ehtiyacsızdır. Müəllimlik peşəsi müqəddəs bir peşədir. Bu müqəddəslik o qədər alidir ki, uca Yardanımız belə özünü müəllim adlandırır: “Allah insana Quranı öyrətdi.” (“Rəhman” surəsi, 1-2-ci ayə) “Allah insanlara bilmədiklərini öyrətdi.” (“Rəhman” surəsi, 5) “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. (“Bəqərə” surəsi, 31) Müəllimlik peyğəmbərlərin sifətlərindəndi. Allah byurur: “Peyğəmbərləri sizə müəllimlik etsin deyə göndərmişik.” Hədis: “Biz peyğəmbərlər ona görə gəlmişik ki, insanlara müəllimlik edək. Onlara bilmədiklərini öyrədək.” Müəllimlik o qədər ucadır ki, Həzrəti Əli (ə) buyurardı: “Kim mənə bir hərf öyrətsə ona qul olaram” Müəllimə necə hörmət edək? Bir neçəsini qeyd edək: 1. Həzrəti Əli (ə) buyurur: Şah da olsan, hakim də olsan müəllimin gələ...
Yorumlar
Yorum Gönder