O Fatimədir, Fatimə.
O, aləmlərə rəhmət olaraq göndərilənin qızıdır.
O, "Həqiqətən də sən ən gözəl əxlaq sahibisən" (Qələm
4) deyə xitab olunanın qızıdır.
O, Allahın "usvətun –həsənətun" - "ən gözəl
nümunə" deyə bizə tanıtdırdığı Rəsuli-Əkrəmin qızıdır.
O, mübarək adı Quranda dörd dəfə zikr olunanın qızıdır.
O, Allahın, mələklərin və insanların salavat göndərdiyi
(Əhzab 56) şəxsin qızıdır.
O, Məqami Məhmuda yetişənin qızıdır.
O, "Ya peyğəmbər (s) sən onların arasında olduğun müddətcə
Allah onlara əzab verən deyildir." (Ənfal 33) deyə adı rəhmətlə anılanın
qızıdır.
O, cənnət xanımlarından biri olan Hz Xədicənin qızıdır.
O, bütün sərvətini İslama fəda edənin qızıdır.
O, bütün ömrü boyunca peyğəmbərə (s) dayaq olanın qızıdır.
O, vəfatı ilə Allah Rəsulunu (s) qəm dəryasına qərq edənin
qızıdır.
O, Kəbənin ona qucaq açdığı şəxsin həyat yoldaşıdır.
O, Allah Rəsulunun (s) "qardaşım" deyə xitab
etdiyi şəxsin həyat yoldaşıdır.
O, peyğəmbərə (s) ilk iman gətirən, ilk dəfə onunla namaz
qılan və mağarada ona həmdəm olan şəxsin həyat yoldaşıdır.
O, "Ləylətul-Məbit" gecəsində ölümü gözə alaraq
Allah Rəsulunun (s) yatağına yatan şəxsin həyat yoldaşıdır.
O, məscidə açılan bütün qapılar bağlandığı zaman, qapısı
açıq qalan yeganə şəxsin həyat yoldaşıdır.
O, Allah Rəsulunun (s) Mədinəyə hicrətindən sonra, bir ənsar
bir mühacir ilə, qardaş olduğu zaman tək qalan və beləliklə Allah Rəsulu (s) ilə
qardaşlıq peymanı oxuyan şəxsin həyat yoldaşıdır.
O, əksər döyüşlərdə misilsiz şücaət göstərənin həyat
yoldaşıdır.
O, Mübahilə və Bəraət ayəsində peyğəmbərin (s) özü və canı
kimi qeyd olunanın həyat yoldaşıdır.
O, Hz Cəbrailin (ə) "La fəta illə Əli, la səyfə illə
Zülfüqar" deyə xitab etdiyi şəxsin həyat yoldaşıdır.
O, Onu tərif və mədhini deməklə bitirə bilməyəcəyimiz uca
bir şəxsin həyat yoldaşıdır.
O, təvazösü ilə dillər əzbəri olanın anasıdır.
O, namaza durduğu zaman, Allahın əzəmət və qorxusundan bədəni
titrəyənin anasıdır.
O, Qiyaməti xatırladığı zaman ağlayanın anasıdır.
O, 25 dəfə Kəbə ziyarətinə gedənin anasıdır.
O zəhərin təsirindən ciyəri parçalananın anasıdır.
O bütün ailəsini, malını, qanını və canını İslama fəda edənin
anasıdır.
O, İslam ağacını öz qanı ilə sulayanın anasıdır.
O, başı bədənindən qoparılanın anasıdır.
O, başı nizəyə taxılanın anasıdır.
O, xeyməsi qarət olunanın anasıdır.
O, Kərbəla çölünü gülüstana çevirənin anasıdır.
O, "Kərbəlada gözəllikdən başqa bir şey görmədim"
deyənin anasıdır.
O, Yezidin qabağında bir dağ kimi dayanın anasıdır.
O, Kərbəla həqiqətlərini ən gözəl şəkildə təbliğ edənin
anasıdır.
O, qəmdən qocalanın anasıdır.
O qolları kəsilənin anasıdır.
O, gözləri oxlananın anasıdır.
O, ən gözəl səcdə edənin anasıdır.
O, hər dəstnamaz aldıqda susuz şəhid olmuş atasına ağlayanın
anasıdır.
O, İslami həqiqətləri ən gözəl duaları ilə insanlara
çatdıranın anasıdır.
O, elmlərin bağrını dələnin anasıdır.
O, Allah Rəsulunun
(s) ona salam göndərdiyi şəxsin anasıdır.
O, qulam və
fəhlələrlə birgə işləyib onlarla birgə yemək yeyənin anasıdır.
O, Kəbəni
gördükdə göz yaşlarına boğulanın anasıdır.
O, hələ
uşaqlığından elmi dillər əzbəri olanın anasıdır.
O, Hz Əlidən
sonra "Məni itirməmişdən əvvəl soruşun." deyən yeganə şəxsin
anasıdır.
O, Mədinənin
qaranlıq küçələrində fəqir və yoxsullara yemək və pul verənin anasıdır.
O qəzəbini
udaraq səbr və mülayimliyə çevirənin anasıdır.
O,
"zindan nə gözəl ibadət yeridir" deyib, zindanı ilahi bir fəzaya
çevirənin anasıdır.
O, öz əməl
və itaəti ilə Allahı razı salanın anasıdır
O,
"Ali-Muhammədin alimi" ləqəbi ilə tanınanın anasıdır.
O, kərəm və
səxavəti ilə tanınanın anasıdır.
O, hələ kiçik
yaşlarında ikən insanlara nur olmuşun anasıdır.
O, müstəhəb
namazlara aşiq olanın anasıdır.
O, ömrünün
az olmasına baxmayaraq, bir neçə dəfə həccə müşərrəf olanın anasıdır.
O, bütün
yaxşı əməllərin, onun pak vücudu ilə rövnəq tapdığı şəxsin anasıdır.
O, Allahın
rizayət və razılığını qazanmaq üçün yetim və əsirlərə kömək edənin anasıdır.
O, etdiyi bəxşişlərlə
hətta dövrünün ən zəngin şəxslərini arxada qoyanın anasıdır.
O, öz
dövrünün şəraitinə uyğun bir həyat tərzi seçərək və beləliklə zahidanə bir həyat
yaşayanın anasıdır.
O, uzun
müddət əsgərlərin əhatəsində qalanın anasıdır.
O, heç vaxt
həcc ziyarətində ola bilməyənin anasıdır.
O, gözlərdən
pünhan olunmuşun anasıdır.
O, 313 nəfər
əsgərin intizarında olanın anasıdır.
O,
günahlarımız ucbatından zühuru gecikənin anasıdır.
O, dünyanı ədalətlə
dolduracaq şəxsin anasıdır.
O, zülmün
kökünü kəsənin anasıdır.
O, məzlumların
köməkçisinin anasıdır.
İndi
bildinizmi o kimdir? O Fatimədir, Fatimə.
Mahir Şəkərov
- İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder