"Peyğəmbər (s) dünya işini bilmirdi" deyənlərin yalanının ifşası...

İslam peyğəmbəri (s) haqda növbəti irad budur ki, deyirlər;
Peyğəmbər bir gün görür ki, tacirlər xurmanı süni mayalandırma edirlər. Peyğəmbər (s) buyurur: “Bunu etməsəniz olmazmı?” Oradakılar bunu bir əmr olaraq qəbul edir və daha bu işi etmirlər. Sonra qıtlıq olur və peyğəmbərə (s) deyirlər ki, sən bizə demişdin ki, süni mayalandırma etmə. Peyğəmbər (s) buyurur: “Mən də bir insanam. Siz dünya işlərinizi məndən daha yaxşı bilirsiniz.Öz bildiyiniz kimi davam edin.”
Bu hədis peyğəmbərin (s) peyğəmbərliyinə ziddir. Bu rəvayəti hədis kimi təqdim edənlər bu suallara cavab versin;
1.Peyğəmbər (s) məgər başqa planetdə yaşayırdı ki, xurma haqda adi məlumatları belə bilməsin?
2.Madam o mövzu haqda heç bir məlumata sahib deyildi, niyə bilmədiyi bir mövzu haqda rəy verir? Bir peyğəmbərə bu yaraşarmı?
3.Peyğəmbər (s)  bilmədiyi bir məsələ haqda fikir irəli sürür və camaata bu qədər ziyan vurur. Onlardan halallıq almaq yerinə üstəlik onları qınayır. Bu necə olur? Bu cür iş hətta adi bir müsəlman üçün də eyibdir.
4.Peyğəmbərin (s) hətta tibb sahəsində o qədər hədisləri var ki...
Meyvə və yeməklərin necə qəbulu və s mövzular haqda hədislər. Bu hədisləri buyuran peyğəmbər (s) necə olur ki, xurma haqqında sadə məsələni bilmir?
  1. Qurani-Kərimin ən uzun ayəsi elə dünya işi və dünya məsələsi ilə bağlıdır (əl-Bəqərə, 282). İslam şəriəti iki böyük əsasa ibadətlər və əlaqələrə (rəftar, insanların bir-biriylə işləri) bölünmüşdür. Əgər hamə dünya işini bilirdisə niyə Allah dünya işlərimiz barədə ayə göndərir?
  2. Peyğəmbər (s) döyüşlərdə əsgərlərə xüsusi göstərişləri var. Məsələn: Uhud müharibəsində 50 oxçu və bu kimi digər nümunələr onun bu sahədə də nə qədər bacarıqlı olmasından xəbər verir. Buna cavabınız nədir?
Bu rəvayəti hədis kimi qəbul edənlər bu suallara cavab versinlər.
Mahir Şəkərov - İlahiyyatçı, yazar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)