Peyğəmbərin (s) ata-anasının və əcdadının imanı əhli sünnə kitablarında.

Şiə alimlərinin bu mənada bütünlüklə yekdil rəyləri budur ki, Allah Rəsulunun (s) ata-anası və əcdadı iman əhli olublar.
Əhli sünnə alimləri isə bu məsələdə aşağıdakı fikirdədirlər;
  1. A) Mömin və hənif dini.
Fəxri Razi, Təfsiri Kəbir, c 24, səh. 173-174; Suyuti- Fəvaidul-Kaminə, səh. 58-61; İbn Cuzi, Fəvaidul-Kaminə, səh. 62;
Suyuti yazır: “Əşairlər və Şafeilər bu məsələdə bu fikirdədirlər ki, əgər bir nəfər dünyadan köçsə və Allahın dini ona yetişməsə, o məhşərə nicat tapmış şəkildə gələr.” (Suyuti- Fəvaidul-Kaminə, səh.15)
Sonra deyir: “Peyğəmbərin (s) ata və anası besətdən öncə dünyadan köçdüyü və hənif dini üzrə olduqları üçün bu onların ilahi əzabdan amanda qalmaları və imanlarının isbatı üçün kifayətdir.” (Suyuti- Fəvaidul-Kaminə, səh.61)
Suyuti həmçinin Hz Aminənin hamiləlik dövründə ona olunan ilahi ilhamlara, peyğəmbər (s) kimi bir şəxsi dünyaya gətirməsinə və həmçinin yazdığı tövhidi şerlərinə də diqqət çəkir. (Suyuti- Fəvaidul-Kaminə, səh.57)
  1. B) Ölümündən sonra iman.
Suheyli, İbn Munir Maliki, Qurtubi, kimi əhli sünnə alimləri isə Allahın qüdrətinə və inayətinə işarə edərək qeyd edirlər ki, Allah peyğəmbərin (s) risalət zamanında, peyğəmbərin (s) istəyinə əsasən anasını diriltmiş və o peyğəmbərə (s) iman gətirmişdir.
(Suyuti- Fəvaidul-Kaminə, səh.17, 34, 35 )
Eyni mövzuda şiə mənbələrində də hədislər mövcud olsa da, bu cür sözlər qəbul edilməzdir. Ona görə ki, əgər yuxarıda qeyd olunduğu kimi Hz Aminə hənif dini üzrə idisə nə ehtiyac vardı ki, yenidən dirildilə və son peyğəmbərə (s) də iman gətirə? O besətdən öncə vəfat etdiyi üçün, boynunda belə bir təklif olmadığını, və ümumiyyətlə belə şeyə ehtiyac olmaması hər kəsə gün kimi aydındır.
  1. C) Əhli sünnənin bəzi alimləri isə Allah Rəsulunun (s) ana və atasının, əcdadının kafir olması qənaətində olsalarda digər əhli sünnə mənbələri bunu qəbul etmir və ya ən azından bu əhli sünnə alimlərinin sözlərində təzad meydana gəlir. Sadə nümunələr çəkək.
Səhihi Muslim (c 2, səh. 671) Allah Rəsulunun (s) guya anasının müşrik olma səbəbindən qəbrinin ziyarətinə Allah tərəfindən icazə verilmədiyini yazarkən, Musnəd 2 c, səh. 441, Nəsai 4 c, səh. 90, İbn Macə 1 c, səh. 501, Əbu Davud 3 c, səh 195 və s mənbələr isə eyni hadisəni nəql edərək peyğəmbərin (s) anasının qəbrini dəfələrlə ziyarət etdiyini yazır. Biz bu hədisin dəyişdirildiyinin qənaətindəyik. “İcazə verdi” sözü, “icazə vermədi” sözü ilə bilərəkdən təhrif edilmişdir. Necə ki İbn Kəsir “Allah Rəsulunun (s) guya anasının müşrik olma səbəbindən qəbrinin ziyarətinə Allah tərəfindən icazə verilməməsi” hədisinin problemli hədis olduğunu və etibarlılıq dərəcəsinin olmadığını qeyd edir. (Bax: Əl-Bidayətun-Nihayə, İsmail İbn Kəsir Dəməşqi c 4, səh. 203)
Digər bir misal: Səhihi Müslim c 2, səh. 161-də peyğəmbərin (s) ata-babasının kafirliyi yazılarkən, Səhihi Buxari c 4, səh. 166-da isə Allah Rəsulunun (s) ata anası və əcdadının iman əhli olmasını qeyd edir.Hədis belədir;
“Atam və anam heç vaxt zahiri və mənəvi çirikinliklərə bulaşmadılar.Allah məni pak ana və atalar vasitəsi ilə nəsillərdən nəsillərə ötürdü və beləliklə pak bir ata və bir pak ana vasitəsi ilə dünyaya gəldim.” (Səhihi Buxari c 4, səh. 166) Bu mənaya dəlalət edən digər hədislər üçün bax: Sünəni Beyhəqi, Dəlailun-Nubuvvə, c 1, səh. 174; Suyuti- Fəvaidul-Kaminə, səh. 61; Biharul-Ənavr c 15, 117-122.
Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti yazır: “Peyğəmbərin (s) valideynləri və əcdadları ən fəzilətli şəxslər idi. Hədislərdən belə başa düşülür ki, yer üzü Hz Adəm və Hz Nuh (ə) dan ta İslam peyğəmbərinə (s) qədər olan zaman kəsiyinəcən və Qiyamət gününəcən heç bir zaman, tövhiddən və əməli salehlərdən, namaz qılıb səcdə edənlərdən boş qalmadı. Yer onlara xatir üzərindəkiləri hifz edir, əks halda yer və onun əhli həlak olardı.” (Daha ətraflı Cəlaləddin Suyutinin Fəvaidul-Kaminə kitabına müraciət edin)
Allah Rəsulu (s) bu mövzu ilə bağlı buyurur: “Allah məni pak beldən pak rəhmə daşıdı və beləliklə sizin dünyanıza gəldim. Əsla napaklığa və cahiliyyə adətlərinə bulaşmadım.” (Reyhanuş-Şəriə - c 2, səh. 388)
Allah Rəsulu (s) buyurdu: “Hz Cəbrail (ə) mənə nazil olaraq buyurdu: Ey Muhəmməd (s)! Allah sənə bir neçə şəxs barədə şəfaət haqqı verir. O kəs ki, səni bətnində gəzdirib Aminə binti Vəhəb və o kəs ki, səni ora nazil edib Abdullah ibni Əbdul-Muttəlib.”
Məlumdur ki, şəfaət yalnız mömin və müsəlmanlara məxsusdur. Kafir və müşriklər bu şəfaətdən məhrumdurlar.
Digər bir hədisdə Hz Cəbrail (ə) peyğəmbərə nazil olaraq belə buyurulması nəql olunur: “Ey Muhəmməd (s)! Allah sənə salam göndərir və buyurur ki, o kəs ki səni bətnində gəzdirib, o kəs ki səni o bətnə daxil edib və o kəs ki, sənə kəfil oldu onlara Cəhənnəm haram qılındı.”
Allah Rəsulu (s) özü, öz ata-anasının mənəvi məqamına işarə edərək buyurur: “Atam və anam heç vaxt zahiri və mənəvi çirikinliklərə bulaşmadılar.Allah məni pak ana və atalar vasitəsi ilə nəsillərdən nəsillərə ötürdü və beləliklə pak bir ata və bir pak ana vasitəsi ilə dünyaya gəldim.” (Səhihi Buxari c 4, səh. 166)
Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti yazır: “İslamdan öncə ərəb yarmadasında Vərəqə bin Nofəl, Zeyd bin Əmr və bin Nəfil təkallahlığa inanırdılar. Peyğəmbərin (s) ata və anası da hənif dini üzrə idilər və o dinin qayda qanunlarına əməl edirdilər. Alimlərimizdən bir dəstəsi, o cümlədən Fəxri Razi peyğəmbərin (s) əcdadının iman əhli olmasını təsdiq edir və sözünə dəlil gətirmişdir;
- Şuəra 218-219: O Allah ki, səni (namaza) duranda da görür, Və həmçinin səcdə edənlər arasında hərəkətlərini görür.
Müfəssirlərin fikrincə, namaza “duranda” və “hərəkətlərini görür” sözlərində məqsəd peyğəmbərin (s) ata-babası nəzərdə tutulur.Allah Rəsulunun (s) nütfəsi birindən digərinə ötürülmüşdür.
Hədis: “Mən həmişə pak sülblərdən, pak rəhmlərə ötürülmüşəm.”
Quranda buyurlur: “...Həqiqətən də müşriklər nəcisdirlər...” (Tövbə 28)
Əgər Allah Rəsulunun (s) əcdadı müşrik olsaydılar, o heç vaxt onların paklığını təsdiq etməzdi.
Suyuti deyir: “Fəxri Razi peyğəmbər (s) və əcdadının iman əhli olmasını təsdiq edir. Fəxri Razinin əzəmətinə bu bəs edər ki, o, öz dövrünün öndə gedən din alimi, şəxsiyyəti və zamanında elmi suallara cavab verən yeganə şəxs idi.”
Suyuti Fəxri Razinin bu məsələnin isbatı üçün ayə, Səhihi Buxaridən, Beyhəqidən, Əbu Nəim və digər hədis ravilərindən həmçinin Şəhristani və Mavərəndidən bir neçə hədis nəql edir.” (Malikul-Hunəfa səh. 17)
Peyğəmbərin (s) ata-anasının iman əhli olmasını hətta nurçuların kitabında da rast gəlmək mümkündür.(Səid Nursi, Məktubat, s. 398)
Araşdırdı: Mahir Şəkərov, İlahiyyatçı yazar.
1353157215_books21

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)