Peyğəmbərlə (s) bağlı 12 şübhəyə cavab - Hz Muhəmməd (s) məsumdur
Əhzab 7 –də “əhd”də məqsəd şirk deyil, nübuvvət və risalətdir.
وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا
(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq. (Əhzab 7)
Bəziləri qeyd edib deyir ki Allah peyğəmbərlərdən əhd almışdı ki, ona şərik qoşmasınlar. Bu ayədə əhddə məqsəd risalət, nübuvvətdir. Yəni peyğəmbərlərin ilahi əmr və qadağanları ən kamil şəkildə insalara çatdırmaları. Peyğəmbərlik vəzifələrinə kamil şəkildə riayət etmələri. Bu ayəyə dəlil aşağıdakı ayəni dəlil gətirirlər.
65. (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
Allahın bu cür buyurmasında məqsəd bu deyil ki, peyğəmbərlər müşrik olar. Peyğəmbərlər heç vaxt müşrik olmaz. Bu məsələnin əhəmiyyətini çatdırmaq üçündür. Görün şirk nə qədər böyük günahdır ki, Allah bu barədə peyğəmbərlərə (ə) belə xəbərdarlıq edir ki hətta onun fikri belə zehninizə gəlməsin. Quranın bu və bu kimi ayələri əslində bizə aidddir. Qızım sənə deyirəm gəlinim sən də eşit misalı kimi. Allah peyğəmbərə (s) buyurmaqla şirk günahının böyüklüyünü bizə çatdırmaq istəyir. Amma təəssüf ki bəziləri bu məslənin peyğəmbərə (s) nisbət vermək istəyirlər.
Bəziləri qeyd edib deyir ki Allah peyğəmbərlərdən əhd almışdı ki, ona şərik qoşmasınlar. Bu ayədə əhddə məqsəd risalət, nübuvvətdir. Yəni peyğəmbərlərin ilahi əmr və qadağanları ən kamil şəkildə insalara çatdırmaları. Peyğəmbərlik vəzifələrinə kamil şəkildə riayət etmələri. Bu ayəyə dəlil aşağıdakı ayəni dəlil gətirirlər.
65. (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
Allahın bu cür buyurmasında məqsəd bu deyil ki, peyğəmbərlər müşrik olar. Peyğəmbərlər heç vaxt müşrik olmaz. Bu məsələnin əhəmiyyətini çatdırmaq üçündür. Görün şirk nə qədər böyük günahdır ki, Allah bu barədə peyğəmbərlərə (ə) belə xəbərdarlıq edir ki hətta onun fikri belə zehninizə gəlməsin. Quranın bu və bu kimi ayələri əslində bizə aidddir. Qızım sənə deyirəm gəlinim sən də eşit misalı kimi. Allah peyğəmbərə (s) buyurmaqla şirk günahının böyüklüyünü bizə çatdırmaq istəyir. Amma təəssüf ki bəziləri bu məslənin peyğəmbərə (s) nisbət vermək istəyirlər.
Fəth sürəsindəki (ذَنبِکَ) “zənbik” sözü günah deyil, savabdır – Hz Muhəmməd (s) məsumdur.
Fəth sürəsi 2-ci ayədə söhbət günahdan yox, ən üstün itaətdən (savabdan) gedir.
إِنَّا فَتَحنا لَکَ فَتحًا مُّبینًا
Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, (Fəth 1)
Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, (Fəth 1)
لِّیَغفِرَ لَکَ اللَّهُ ما تَقَدَّمَ مِن ذَنبِکَ وَ ما تَأخَّرَ وَ یُتِمَّ نِعمَتَهُ عَلَیکَ وَ یهَدیَکَ صِراطًا مُّستَقیمًا
Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin. (Fəth 2)
Bu ayədə “Zənb” kəlməsi Allahın qeyri zəruri – vaib olmayan, müstəhəbb qanunlarının ziddinə əməl etmək mənasındadır. Belə məqamlarda günah bizim anladığımız günahlar deyil, tərki ovla (zəllə) mənasındadır.
Fəth sürəsində olan “zənb” sözünü günah olaraq tərcümə edib və onu peyğəmbərə (s) nisbət verənlərə mövzu ilə bağlı bir neçə sualımız var;
1.Peyğəmbər (s) niyə Məkkə fəthinə qədər tövbə etmədi ? Gündə 100 dəfə tövbə edən şəxs bunu unutdu?
2.Allah niyə onu zamanacan əfv etməmişdi?
3.Fəth sürəsində (ذَنبِکَ ) zənbik deyir. Bir günah. Sual budur ki; Əgər bu günah (sizin nəzərinizdə bu günahdır) peyğəmbərə nisbət versək, onda belə çıxır ki, bu günah o qədər böyük oldu ki, onun bütün ömrünü əhatə edir? Heç adi insanın, fasiqin də bu cür günahı yoxdur. O ki qala peyğəmbərin (s).
4.Tövbə nə zamana aiddir? Tövbə keçmişdə olan günaha görədir. Amma ayədə keşmiş və gələcək günahdan söz gedir. Bunu necə izah edərsiniz?
5.Fərz edək ki, günah edib. Bəs bu günahın tövbəsi hanı? Ortalıqda nə tövbə var nə istiğfar.
2.Allah niyə onu zamanacan əfv etməmişdi?
3.Fəth sürəsində (ذَنبِکَ ) zənbik deyir. Bir günah. Sual budur ki; Əgər bu günah (sizin nəzərinizdə bu günahdır) peyğəmbərə nisbət versək, onda belə çıxır ki, bu günah o qədər böyük oldu ki, onun bütün ömrünü əhatə edir? Heç adi insanın, fasiqin də bu cür günahı yoxdur. O ki qala peyğəmbərin (s).
4.Tövbə nə zamana aiddir? Tövbə keçmişdə olan günaha görədir. Amma ayədə keşmiş və gələcək günahdan söz gedir. Bunu necə izah edərsiniz?
5.Fərz edək ki, günah edib. Bəs bu günahın tövbəsi hanı? Ortalıqda nə tövbə var nə istiğfar.
Fəth sürəsini oxuyaraq davam edək.
- إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا – Həqiqətən Biz sənə açıq-aşkar bir fəth bəxş etdik.(Fəth 1) Sual: Məkkənin fəthi ilə peyğəmbərin (s) bağışlanması arasında nə bağlılıq var?
- Peyğəmbər (s) günah edib tövbə də etməyib və tövbə etmədən bağışlanılıb. Hələ üstəlik Allah Məkkənin fəthin də buna nəsib edir? Yəni deyir ki, afərin sənə.
Məkkənin fəthi – Əgər peyğəmbər (s) günahkardrsa, elə bir günah ki bütün ömrünü əhatə edib, indi də Məkkəni fəth edib ki dövlət qura və dövlət daha güclü ola. Allah üsyan edən bir şəxsə kömək göstərdi ta ki, bir dövlət qura? Onda bu qurulan dövlət İslami olmadı. Çünki onun banisi sizin fikrinizcə asi –üsyan edən biridir.
- وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ– Növbəti əhsən gəlir. Allah usyan edən bir şəxsə kömək etdi və neməti tamamlayır ona. Niyə? Çünki günah edib ona görə. Bu məntiq, “peyğəmbər günnah etdi” deyənlərin məntiqidir.
- وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمًا – Allah səni düz yola hidayət edir. – Hidayətin müxtəlif dərcələri var. Hər an hidayətə ehtiyac var. Necə ki hər namazda deyirik. – اهدِنَا الصِّرَاطَ المُستَقِيمَ
Bizi düz yola yönəlt. (Fatihə 6) Bu sözləri namaz halında deyirik. Baxmayaraq ki namaz qılırıq. Yenə də Allahdan hidayət istəyirik.
- وَيَنصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا
Allah sənə yenilməz bir qələbə ilə kömək etsin. – Sual: Allah günah edən bir peyğəmbərə (s) hətta kömək edir ki, o, günahına davam etsin.
Bu ayədə olan ğəfr (غفِر ) örtmək mənasındadır. Necə örtmək? Bir əsgər, başına dəbilqə, qoyur ki, onu mühafizə etsin. Buna deyirlər ğəfr. Əslində dəf mənasında işlənir. Gələn maneni dəf etsin deyə o dəbilqədən istifadə olunur. Və ya biri başına papaq qoyur ki soyuq dəyməsin buna və s. Bu da rəfdir. Ərəb dilində ğəfr sözünün iki yönü var. Rəf və dəf. Bu söz bəzən rəf olur bəzən isə dəf. Rəf yəni aradan aparmaq, aradan qaldırmaq. Dəf isə gələn maniəni – heç yaxına belə buraxmamaq.
Deməli ğəfr 1-ci mərhələdə dəfdir, 2-i mərhələdə isə rəf.
Gələk ayədəki zənb – sözünə. Bu ayədəki, zənb günah deyildir. Əksinə ən üstün bir itaətdir. Çünki, ayədə olan zənb sözü yuxarıda qeyd etdiyimiz kimi günahla uyğunlaşmır. Ayədə zənb tək formada gəlib. Çünki, peyğəmbər (s) bir hədəf uğrunda mübarizə aparırdı daim. Bir Quran idi, bir Muhəmməd (s) idi. Allah da ona bu yolda yardım edir. Və ayədə deyilən müsbət cəhətləri köməyi, hidayəti o həzrətə bəxş edir.Zənb – yəni İslam peyğəmbərinin risalət və nübuvvəti. O, həzrət ömrünün sonuna qədər bu risaləti ən kamil şəkildə yerinə yetirir. Hz Yunus (ə) kimi qövmünü tərk etmir. Yəni zəllə-tərki ovla belə etmir.
Ayədə qeyd olunan sənin öncəki və sonrakı günahların bağışlandı yəni nə? Burada ğəfr – sözü öncəyə nisbətən rəfdir, sonraya nisbət isə dəfdir. Niyə?
لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ – Yəni ey eyğəmbər! Məkkənin fəthindən öncə sən nə qədər əziyyət çəkdin, sənin tərəfdarlarını şəhid etdilər, boykot etdilər. Bütün bunları Allah rəf etdi yəni Məkkənin fəthi ilə bu acıları sənə unutdurdu.
وَمَا تَأَخَّرَ – Burda dəfdir. Yəni, Məkkənin fəthindən sonra, sənə daha heç kim risalət zamanında olduğu kimi əziyyətlər edə bilməz.
Ayədəki sözləri anlamadan onu günah kimi yozanlar, görəsən yuxarıda qeyd etdiyimiz məsələlər (suallar) barədə düşünüblərmi?
لولاك لما خلقت الأفلاك – (Ya Muhəmməd!) Sən olmasaydın kainatı xəlq etməzdim hədisi-qüdsinin mənbələri.
1.Mustədrək – ələs Səhihəyn c 2, səh. 672, hədis nomre 4228.
Qunduzi – Hənəfi fiqh alimlərindəndir. Yənaibul-Məvəddət c 2, səh 336.
Sələbi – öz Təfsiri Sələbisində bu rəvayəti təsdiq edir. Təfsiri Sələbi c 7, səh 61.
Cəlaləddin Suyuti – Xəsaisul-Kubra c 1, səh. 12-14.
Beyhəqi –Dəlailun-Nubuvvə – c 5, səh 489.
İbni Kəsir – Əl-Bidayətun –Nihayə -c 1, səh 81, c 2, səh 322.
Alusi özünün Təfsiri Alusisində c 30, səh. 19.
Əbəsə sürəsində məzəmmət olunan peyğəmbər (s) deyil!!! Hz Muhəmməd (s) məsumdur.
Peyğəmbərə (s) günah nisbət verənlər iddia edirlər ki, bir gün peyğəmbər (s) ətrafında müşriklər, qəbilə başçıları olan halda istəyirdi onlara İslamı anlatsın. Bu zaman kor bir kişi (Ümmi-Məktum) gəlir. Peyğəmbər (s) o kişini görəndə üzünü turşudur qaş qabağını tökür və o kişidən üz döndərir. Bu qarşı tərəfin fikridir. Amma əslində məsələ əslində necədir? İlk öncə görək bu Əbəsə nədir ? Əbəsə ərəb dilində bir əməldir ki, qarşı tərəfdən bezib, təngə gəldiyini bildirmək üçün qaşqabağını tökmək və üzünü turşutmağa deyilir. Əbəsə sözü Quranda iki dəfə Əbəsə olaraq, bir dəfə də əbus olaraq gəlib. Amma sırf əbəsə iki dəfə gəlib. Biri sözü gedən Əbəsə sürəsində. Biri də Müddəssir sürəsində. Müddəssir sürəsində gələn ayə Vəlid İbni Muğirə barədə, bir kafir barədə gəlib. Allah bu işi, bu sifəti bir kafirə nisbət verir. Quran buyurur: ثُمَّ عَبَسَ وَبَسَرَ
Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü. (Müddəssir 22)
Sual: Necə ola bilər ki, bir sifət Quranda cəmi iki dəfə gələ və bir dəfə bu kafir barədə işlənə və bir dəfə də ən üstün şəxs, aləmlərə rəhmət peyğəmbəri (s) barədə. Bu Quranın ecazı baxımından uyğun olmayan bir işdir. Buna cavabınız nədir? Əbəsə sürəsində əsasən üç nəfər var. Biri peyğəmbərdir (s), biri Ümmi Məktum həmin kor kişi, biri də haqqında danışılan 3-cü şəxsdir. Əbəsə ərəb dili baxımından bu ayədə ğayebdir. Yəni xitab olunan zahirdə məlum deyil. Əgər bu xitab peyğəmbərə (s) olsaydı onda gərək belə olaydı, əbəstə və təvəlləytə. “Sən qaşqabağını tökdün, Sən üz çevirdin.” Amma ayə buyurur o qaşqabağını tökdü. O üz çevirdi. Onun yanına kor gəldiyində. 3 ayənin heç birində peyğəmbərdən (s) söz getmir əksinə 3-cü şəxsin təkindən gedir. Quran buyurur; عَبَسَ وَتَوَلَّى
Qaşqabağını töküb, üzünü çevirdi. (Əbəsə 1)
أَن جَاءهُ الْأَعْمَى – Onun yanına kor gəldiyinə görə. (Əbəsə 2)
Ayənin ardına baxdıqda özümüz görəcəyik ki, söhbətin peyğəmbərlə (s) əlaqəsi olmadığını görmək olur;
أَمَّا مَنِ اسْتَغْنَى – Amma dövlətli, yaxud özünü və ehtiyacsız hesab edənə gəldikdə isə,
فَأَنتَ لَهُ تَصَدَّى – Sən onu yaxşı qarşılayırsan və istiqanlı rəftar edirsən. Diqqət edin. Əgər biz desək ki, peyğəmbər (s) o kor kişiyə görə qaş-qabağın tökdü onda bu ayələr də peyğəmbərə (s) aid olur. Peyğəmbər (s) müşrik varlılarla yaxşı rəftar edir amma bir möminlə bu cür? Ayədə olan əbəsə məzəmmətdir. Təvəllə – məzəmmətdir. Əncə əhul əma məzəmmətdir. Bu mivalla ayənin davamı da məzəmmətdir. Bu məzəmmətlər kimədir? O şəxsə ki kor kişidən üz döndərib. Bəziləri deyir ki, Allah ayəni bu cür (peyğəmbərin (s) adın çəkmədən, ona birbaşa xitab etmədən) gətirməklə ona hörmət etdiyini bəyan edir.Cavabında deyirik ki, bu necə hörmətdir ki, onu məzəmmt edir, danlayır?! Fərz edək ki, bu hadisə peyğəmbərlə (s) bağlıdır. Onda belə çıxır ki, peyğəmbər (s) Ümmi Məktum kimi bir möminin qəlbini qırıb təhqir edib. Ondan üz döndərib. Ona zülm edib. Ən azından o, bir müsəlman idi. Bir müsəlmana qarşı da bu cür rəftar yol verilməzdir. Ümmi Məktum həm də kor idi. Görmürdü nə baş veri orada. Belə halda onun qəlbini qırıb ondan üz döndərib qarşı tərəfin iddiasına görə. Hətta bunu adi bir mömin də etməz. Görəsən peyğəmbər (s) bu əxlaqın yiyəsi idi ki, onun yanına gələn şəxsə qarşı üzünü turşutsun? Ondan üz döndərsin? Quran deyir ki xeyr. Qələm sürəsi 4 – وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ
Baxın. Allah peyğəmbəri (s) tərif edir. Nəyinə görə? Namaz, oruc, zəkat, həcc? Xeyr. Məhz, əxlaqına görə. Özü də görün necə tərif edir. “Ya peyğəmbər sən ən böyük əxlaq sahibisən.” Sifətin ən üstün forması, ən üstün əxlaq. Bu ayədə olan əksər sözlər təkiddir. İnnəkə – təkid. Lə – təkid. Bu ayəni daha da gücləndirir. Peyğəmbər (s) elə bir əxlaqa sahib idi ki, ən üstün əxlaq – yəni ədəbdə və əxlaqda yeganədir. Misilsizdir. Təkdir. Heç kim ədəb və əxlaqda ondan üstün deyil. Ayə bunu çatdırır.Təkidlərin gəlməsi, ərəb dili baxımından bunu bildirir.
Digər bir ayə: Ali İmran 159 – فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ “
“Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla mülayim oldun və əgər qaba və daş ürəkli olsaydın onlar mütləq sənin ətrafından dağılaşardılar.”
Uhud müharibəsində peyğəmbər (s) 50 oxçunu bir təpəyə yerləşdirərək göstəriş verir ki, hər nə olursa olsun yerinizi tərk etməyin. Amma bildiyiniz kimi onlar yerlərini tərk edir və müharibənin vəziyyəti tamamən dəyişirlər. Nəticədə müsəlmanlar məğlub olur. Nə qədər müsəlman şəhid olur. Amma peyğəmbər (s) onlarla yumşaq rəftar edir.Baxmayaraq ki bu qədər hadisələrə səbəb oldular. Peyğəmbərin (s) sözündən çıxdılar. Peyğəmbər (s) yumşaq rəftar edir onlarla, əxlaqla danışır. Onlar da bu işlərindən tövbə edirlər. Peyğəmbər (s) bu qədər işlərə səbəb olan birinə nə qədər rəhimli yumşaq davranıb. Amma bəziləri peyğəmbəri (s) ittiham edir ki üz döndərdi. Kimdən? Bir mömindən. Niyə? Gəlmişdi ki peyğəmbərdən (s) dinə dair bir neçə ayə, söz öyrənə. Kor bir adam, peyğəmbərin (s) müəzzini, əxlaqlı bir mömin və s. Belə şəxsə qarşı peyğəmbər (s) üz döndərir? Necə olur ki, Allah peyğəmbəri (s) əxlaqına görə bu qədər tərif edə və daha sonra Əbəsə sürəsində onu məzəmmət edə, danlaya. Bu təzaddır, Quranın ayələrinə ziddir bu iş. “Sən ən böyük əxlaq sahibisən” ayəsi hara, üz gözünü turşudub bir mömindən uzaqlaşmaq hara? Əbəsə sürəsindəki o məzəmmət və danlaqlar adi bir möminə də yaraşmır o ki qala peyğəmbərə. Səhihi Muslimdə Kitabul-Birri vəl-silə vəl-ədəb – babul zulmihi vəl-muslim vəl xəzlihi və ehtiqərihi və bənihi və irzihi və məlihi hədis nömrə 2564-də peyğəmbər (s) buyurur: “Bir-birinizə həsəd aparmayın. Ey Allahın bəndələri bir-birinizlə qardaş olun.Müsəlman müsəlmanın qardaşıdır.Müsəlman müsəlmana zülm etməz. Onu köməksiz qoymaz.Onu təhqir etməz. Bir müsəlmanın şərr insan olmasına bu kifayət edər ki öz müsəlman qardaşını təhqir etsin.” Sual: Necə olur ki, peyğəmbər (s) bu sözləri deyir, amma özü əməl etmir. Üz-gözünü turşutmaq bir mömini təhqirdir bu. Onun barəsində zülmdür ,onu köməksiz qoymaqdır. Bu necə din qardaşlığı oldu? Bu necə müsəlmançılıqdır ? Bu hədis ki Səhihi Müslimdə yer alıb, buna da cavab verin. Adi bir mömin bunu etməz. Peyğəmbərə (s) bir adi mömin qədər də dəyər vermirsiniz? Qarşı tərəf ki iddia edir, qəbilə başçıları, müşriklər gəlmişdi. Bu iddia Quran baxımından batildir. Ayəyə diqqət edin;
أَمَّا مَنِ اسْتَغْنَى – Amma dövlətli, yaxud özünü və ehtiyacsız hesab edənə gəldikdə isə,
فَأَنتَ لَهُ تَصَدَّى – Sən onu yaxşı qarşılayırsan və istiqanlı rəftar edirsən. Ayədə bir nəfərdən söhbət gedir. Əgər cəm olsaydı, orada daha çox adam olsaydı onda ayə cəm gələrdi tək yox. Buradan məlum olur ki, söhbət bir nəfərdən gedir. Bir nəfər şəxs üzünü turşudub o kora qarşı.
Şuəra 215 – وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
“Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!) Allah əmr edir peyğəmbərə ki möminlə yumşaq davran. Nəzakətlə rəftar et.”
Bir mömindən üz döndərmək, ədəbdir? Əxlaqdır? Yaraşar peyğəmbərə (s) ? Məsələnin batilliyini – Əbəs sürəsinin peyğəmbərə (s) aid olmamasını – Quranla anladıq. Öz batil iddiasını isbat etməyə çalışanlar, məsələ ilə bağlı saxta bir hədis gətirirlər. Saxta hədis: “Peyğəmbər (s) nə zaman o şəxsi görsəydi deyərdi: “Onun vasitəsi ilə qınandığım şəxs salam olsun sənə.” Mövzunu araşdırarkən bu saxta hədisin tam əksini gördük. Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, Allah sənə görə heç vaxt məni məzəmmət etməyib.” (Təfsiri Əl-Burhan c 4, səh 428, Təfsiri Nurus-Səqələyn c 5, səh 509, Məcməul-Bəyan c 10, səh. 437) İki hədis var. İkisi də bir-birinə zidd. Vəzifəmiz nədir? Hansı Qurana ziddirsə qəbul etmirik. Peyğəmbər (s) özü buyurur: “Hansı sözüm Quranla uyğun olmasa qəbul etməyin.” O hədisin yalan olmasına bir dəlil daha deyək. Fərz edək ki o hadisə peyğəmbərə (s) xatir baş verib. Peyğəmbər (s) nə üçün hər dəfə o kişini görəndə deyir ki, “Salam olsun, o kəsə ki onun vasitəsi ilə məzəmmət olundum.” Allahın insanın məzəmmət etməsi, danlaması yaxşı haldır bir peyğəmbər (s) üçün? Orada mənfi bir iş baş verib. Bir mömindən üz döndərilib. Hər dəfə o mənfi işi xatırlatmaq dinin qaydaları ilə ziddir. İnsan, günahını dilinə gətirməsi xüsusən ictimai yerdə öz günahını etiraf etməsi, danışması o günahına görə sevinməsi səhv işdir. Tövbənin qəbul olmamasının bir nişanəsi də hədisdə var elə budur ki, insan öz keçmiş günahını danışa və ondan ləzzət ala. Əbəsə sürəsinin 17-ci ayəsində gedən prosesin nəticəsi küfr olaraq gəlib. Ölü insan! – burda ölü insanda məqsəd yəni ruhu ölüb. Ölü insan! Nə qədər kafir və nankordur. (Əbəsə 17) Əgər əbəsə peyğəmbərdirsə (s) onda bu ayədə ona aid olur. Bura qədər deyilən dəlillər bir daha isbat etdi ki, Əbəsə sürəsində sözü gedən şəxs peyğəmbər (s) deyil, 3-cü şəxsin təki – (Bəni Ümmeyyədən bir kişi) dir.
Haqqa sürəsi 44-47 –ci ayələrini dəİslam peyğəmbərinə (s) irad tuturlar. Bu ayədə ümumiyyətlə irada səbəb olacaq nəsə yoxdur. Ayələrin ilk öncə tərcüməsin oxuyaq.
Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, (Haqqə 44)
Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! (Haqqə 45)
Sonra onun şah damarını qopardardıq!
(Haqqə 46)
Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. (Haqqə 47)
Bu ayələr məsələnin nə qədər mühümlüyünü göstərir. Gör Allahın adından söz danışmaq nə qədər şiddətli bir günahdır ki, Allah peyğəmbərinə bu sözü buyurur. Halbuki bütün peyğəmbərlərdə təbliğ sifəti var. Yəni Allahın buyuruqlarını olduğu kimi çatdırmaq. O sifət olmasa heç peyğəmbər olmazlar. Allah peyğəmbərə (s) bu cür deyirsə onda bizim məsələmiz aydındır. O ilahiyyatçılar ki peyğəmbərlərə günah nisbət verirlər, Allahın adından nə gəldi danışırlar onlara aiddir bu ayə nəinki peyğəmbərə. Bu ayəyə bundan artıq izah vermək istəmirik. Lazım olsa biz ərəb ədəbiyyatı baxımından bu ayəni izah edə bilərik ki, məsələ nə yerdədir. Keçək növbəti irada...
"Peyğəmbər (s) dünya işini bilmirdi" deyənlərin yalanının ifşası…
İslam peyğəmbəri (s) haqda növbəti irad budur ki, deyirlər;
Peyğəmbər bir gün görür ki, tacirlər xurmanı süni mayalandırma edirlər. Peyğəmbər (s) buyurur: “Bunu etməsəniz olmazmı?” Oradakılar bunu bir əmr olaraq qəbul edir və daha bu işi etmirlər. Sonra qıtlıq olur və peyğəmbərə (s) deyirlər ki, sən bizə demişdin ki, süni mayalandırma etmə. Peyğəmbər (s) buyurur: “Mən də bir insanam. Siz dünya işlərinizi məndən daha yaxşı bilirsiniz.Öz bildiyiniz kimi davam edin.”
Bu hədis peyğəmbərin (s) peyğəmbərliyinə ziddir. Bu rəvayəti hədis kimi təqdim edənlər bu suallara cavab versin;
1.Peyğəmbər (s) məgər başqa planetdə yaşayırdı ki, xurma haqda adi məlumatları belə bilməsin?
2.Madam o mövzu haqda heç bir məlumata sahib deyildi, niyə bilmədiyi bir mövzu haqda rəy verir? Bir peyğəmbərə bu yaraşarmı?
3.Peyğəmbər (s) bilmədiyi bir məsələ haqda fikir irəli sürür və camaata bu qədər ziyan vurur. Onlardan halallıq almaq yerinə üstəlik onları qınayır. Bu necə olur? Bu cür iş hətta adi bir müsəlman üçün də eyibdir.
4.Peyğəmbərin (s) hətta tibb sahəsində o qədər hədisləri var ki...
Meyvə və yeməklərin necə qəbulu və s mövzular haqda hədislər. Bu hədisləri buyuran peyğəmbər (s) necə olur ki, xurma haqqında sadə məsələni bilmir?
- Qurani-Kərimin ən uzun ayəsi elə dünya işi və dünya məsələsi ilə bağlıdır (əl-Bəqərə, 282). İslam şəriəti iki böyük əsasa ibadətlər və əlaqələrə (rəftar, insanların bir-biriylə işləri) bölünmüşdür. Əgər hamə dünya işini bilirdisə niyə Allah dünya işlərimiz barədə ayə göndərir?
- Peyğəmbər (s) döyüşlərdə əsgərlərə xüsusi göstərişləri var. Məsələn: Uhud müharibəsində 50 oxçu və bu kimi digər nümunələr onun bu sahədə də nə qədər bacarıqlı olmasından xəbər verir. Buna cavabınız nədir?
Bu rəvayəti hədis kimi qəbul edənlər bu suallara cavab versinlər.
Qələm sürəsi 48-ci ayə peyğəmbərin (s) günahına yox, fəzilət və uca məqamına dəlildir. Niyə düşünmürsünüz?
Bu ayəni peyğəmbərə irad tutanlar azca düşünsələr məsələ həllini tapar. Allah buyurur: “Hz Yunus kimi olma.” Hz Yunus (ə) nə etmişdi ki, Allah peyğəmbərə (s) bu barədə xəbərdarlıq edir ki etməsin? Hz Yunus (ə) (zəllə-tərki-ovla) qövmünü tərk etmişdi. Odur ki, Allah buyurur - Ya peyğəmbər (s) sən də bir çox əzab və əziyyətlər görəcəksən. Hz Yunus tərki ovla etdi, amma sən də onun kimi qövmünü tərk edib tərki ovla-zəllə belə etmə. Bu əslində peyğəmbərin (s) şənini bir qədər ucaldır ona fəzilət verir. Allah öz peyğəmbərinə (s) rəva bilmir ki, hətta zəllə belə etsin. Hz Yunus (ə) bəhsində izah olundu ki Hz Yunus məsumdur və heç bir günah etməyib. İstəyənlər geniş baxa bilərlər.
Tövbə 43 peyğəmbəri (s) tərif edir, məzəmmət yox!
İslam peyğəmbəri (s) haqda olan bir irad da budur; Allah Tövbə sürəsində peyğəmbərə (s) buyurur: عَفَا اللَّهُ عَنْكَ – “Allah səni bağışlasın” Ayənin həqiqi mənasını bilməyənlər, iddia edirlər ki, burada məqsəd Allah Rəsuludur (s). Ayəni oxuyaq;
Ayə belədir:
عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ
“Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?” (Tövbə – 43)
Allah bu sözü عَفَا اللَّهُ عَنْكَ (Allah səni bağışlasın) buyurmaqda məqsədi Peyğəmbərin (s) günah və xəta etməsi deyil. Bu mətləbin daha da aydın olması üçün aşağıdakı izahlara diqqət edək:
1. Bu cümlə tərifqarışıq duadır. Bəzi böyük şəxsiyyətlər onu azərbaycan dilində işlənən “Allah səni bağışlasın” kimi sözə oxşar mənada tutaraq, birinin barəsində günah nisbəti verilmədən də dua niyyəti ilə söylənən ərəbcə bir ifadə olduğu qənaətindədirlər.
2. Ayə zahirdə Peyğəmbəri (s) danlasa da həqiqətdə izn verilmiş münafiqlərin rəzalətini bildirir.
Yəni nədən onlara iştirak etməmək izni verdin və onların ləyaqətləri olmadan yersiz üzrlərini qəbul etdin? Niyə qoymadın ki, onların rəzillikləri üzə çıxsın?
Yəni sənin icazə verməyin günah deyil, sadəcə onların izn almağa ləyaqəti yoxdur. Beləliklə Allah Peyğəmbəri (s) danlayırmış kimi davranaraq üzrü olmadan cihaddan üz döndərənlərə sərt münasibət bildirir.Hədislərə və təfsirlərdə bu ayə haqqında danışılarkən burada eyhamın olduğunu qeyd edirlər.
“Qapıya deyirik ki, divar eşitsin” məsəlindəki kimi (yəni, qızım sənə deyirəm, gəlinim sən eşit).
3. Ərəbcə «عَفَا اللَّهُ عَنْكَ» cümləsi ərəblər arasında çox məşhur bir ifadədir ki, o dinləyicinin təqsirkar olduğundan xəbər vermir. Necə ki, hədis və rəvayətlərdə Peyğəmbərin (s) haqqında bu cümlə çox işlənmişdir. Tarixi misal: Zeyd ibn Əli nəql edir: Allahın Rəsulu (s) buyurdu, otaqda yatırdım, Cəbrail (ə) otağa daxil olub məni tərpədərək dedi: «عَفَا اللَّهُ عَنْكَ», «Ey Muhəmməd qalx, miniyə əyləş, sonra Allahın dərgahına daxil ol…».
Bu hədis Merac hadisəsini anladır. Həmin hadisədə Həzrət Peyğəmbərin (s) heç bir günah törətməyindən söz getmir. Əksinə, Cəbrail (ə) bu cümləni işlətməklə Peyğəmbərin (s) daha da əzəmətini göstərmişdir.
Buna oxşar ifadələr onun tərəfdarları tərəfindən Əhli-beytin haqqında da heç bir günaha dəlalət etmədən işlənmişdir. Əhli-beytin bəzi dostları da, və ya səhabələr öz aralarında bir-birlərinə xitab edərək اَصلَحَكَ اللّه, yəni “Allah səni islah etsin”. Ola bilsin ki, bu sözü eşidərkən kimlərsə onların fəsad törətdiklərini anlasın. Bir halda ki, həqiqət belə deyildir. “Allah səni islah etsin” cümləsi həmin zamanlar xoşməramlılıq mənasında işlənilirdi.
Ayə belədir:
عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ
“Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?” (Tövbə – 43)
Allah bu sözü عَفَا اللَّهُ عَنْكَ (Allah səni bağışlasın) buyurmaqda məqsədi Peyğəmbərin (s) günah və xəta etməsi deyil. Bu mətləbin daha da aydın olması üçün aşağıdakı izahlara diqqət edək:
1. Bu cümlə tərifqarışıq duadır. Bəzi böyük şəxsiyyətlər onu azərbaycan dilində işlənən “Allah səni bağışlasın” kimi sözə oxşar mənada tutaraq, birinin barəsində günah nisbəti verilmədən də dua niyyəti ilə söylənən ərəbcə bir ifadə olduğu qənaətindədirlər.
2. Ayə zahirdə Peyğəmbəri (s) danlasa da həqiqətdə izn verilmiş münafiqlərin rəzalətini bildirir.
Yəni nədən onlara iştirak etməmək izni verdin və onların ləyaqətləri olmadan yersiz üzrlərini qəbul etdin? Niyə qoymadın ki, onların rəzillikləri üzə çıxsın?
Yəni sənin icazə verməyin günah deyil, sadəcə onların izn almağa ləyaqəti yoxdur. Beləliklə Allah Peyğəmbəri (s) danlayırmış kimi davranaraq üzrü olmadan cihaddan üz döndərənlərə sərt münasibət bildirir.Hədislərə və təfsirlərdə bu ayə haqqında danışılarkən burada eyhamın olduğunu qeyd edirlər.
“Qapıya deyirik ki, divar eşitsin” məsəlindəki kimi (yəni, qızım sənə deyirəm, gəlinim sən eşit).
3. Ərəbcə «عَفَا اللَّهُ عَنْكَ» cümləsi ərəblər arasında çox məşhur bir ifadədir ki, o dinləyicinin təqsirkar olduğundan xəbər vermir. Necə ki, hədis və rəvayətlərdə Peyğəmbərin (s) haqqında bu cümlə çox işlənmişdir. Tarixi misal: Zeyd ibn Əli nəql edir: Allahın Rəsulu (s) buyurdu, otaqda yatırdım, Cəbrail (ə) otağa daxil olub məni tərpədərək dedi: «عَفَا اللَّهُ عَنْكَ», «Ey Muhəmməd qalx, miniyə əyləş, sonra Allahın dərgahına daxil ol…».
Bu hədis Merac hadisəsini anladır. Həmin hadisədə Həzrət Peyğəmbərin (s) heç bir günah törətməyindən söz getmir. Əksinə, Cəbrail (ə) bu cümləni işlətməklə Peyğəmbərin (s) daha da əzəmətini göstərmişdir.
Buna oxşar ifadələr onun tərəfdarları tərəfindən Əhli-beytin haqqında da heç bir günaha dəlalət etmədən işlənmişdir. Əhli-beytin bəzi dostları da, və ya səhabələr öz aralarında bir-birlərinə xitab edərək اَصلَحَكَ اللّه, yəni “Allah səni islah etsin”. Ola bilsin ki, bu sözü eşidərkən kimlərsə onların fəsad törətdiklərini anlasın. Bir halda ki, həqiqət belə deyildir. “Allah səni islah etsin” cümləsi həmin zamanlar xoşməramlılıq mənasında işlənilirdi.
İslam peyğəmbərinin (s) gündə 100 dəfə tövbə etməsi məsələsi...
İslam peyğəmbərinin (s) gündə yüz dəfə tövbə etməsini də qarşı tərəf, öz sözünün batilliyini isbat etmək üçün istifadə etmək istəyir. Amma bu iddia da batildir. Əgər fərz etsək ki, peyğəmbər (s) tövbəni ancaq günaha görə ediridi, onda sual yaranır ki, məgər peyğəmbər gündə 70 ya 100 dəfə günah edirdi ki, hər dəfə də buna görə tövbə edirdi? Gündə 70 ya 100 günah? Bunu adi bir müsəlman belə etməz ikən, siz bunu peyğəmbərə (s) nisbət verməyə utanmırsınız?
Ənfal sürəsinin 67-68-ci ayələri peyğəmbəri (s) danlamır.
Məsələ haqda qarşı tərəf, təfsilatı ilə toxunmayıb sadəcə xatırlatma kimi qeyd edib. Bədir əsirləri ilə bağlı bir mövzudur və qarşı tərəf Əbəsə sürəsini necə anlayıbsa ki, guya orada Allah peyğəmbəri (s) danlayır, bu ayələri də elə o cür anlayıb təəssüf. Bu ayələrdə İslam peyğəmbərinə (s) irad olacaq heç bir şey yoxdur. Kimsə anlamırsa ayəni xahiş edirik ki, onu əhlinə buraxsınlar. Həmin şəxsin iradı da tam deyil. Çünki, Muhəmməd sürəsinin 4-cü ayəsini qeyd etməyi unudub. Tutulan irad tam deyil deyə və o haqda danışılmayıb deyə biz də bu məsələni daha sonra geniş izah edəcəyik.
Peyğəmbər (s) halalı haram edib?
“Ey peyğəmbər niyə haram edirsən Allahın sənə halal etdiyini.” (Təhrim 1)
Bu ayəni qısa izah edək. Bu ayədə peyğəmbər (s) şəri baxımdan nəyi isə özünə haram etməyib. Ayədə haramın mənası bu deyil. Bu necə peyğəmbər (s) olar ki, Allahın haramın halal etsin? Ayələri izah etmədən halal-haram, peyğəmbər (s) məfhumları ilə tanış olsaz yaxşı olardı. Həmin ayədəki bağışlanma sözləri də peyğəmbərə (s) yox, xanımlarına aiddir.Bu ayədə peyğəmbərin (s) gördüyü iş tam yerində bir iş idi. Həmin ayə haqqında danışsaq, bir gün geniş deyərik ki, orada olan “Yə əyyuhən-nəbi” özü bir dəlildir bu məsələnin düzlüyünə. Nəbi deyir Allah, Rəsul yox. Bu barədə bir qədər düşünün.
Peyğəmbərə əhkam öyrədirsiniz?
Həmçinin Əhzab 37-də eyni ilə əhkama aid olan məsələdir. Biz əhkamı, şəriəti peyğəmbərdən öyrəndiyimiz halda, indi ona şəriət məsələsində irad tuturuq? Və ya utanmadan deyirlər ki, filan ayəni qəbul etmək peyğəmbərə (s) çətin gəldi. Bu sözləri peyğəmbərə (s) nisbət verənlər heç düşünmürlərmi? Peyğəmbər (s) ona gələn vəhyi gizlədərmi heç? Peyğəmbəri (s) tanımadan haqqında danışanlar bu məsələlər barədə bir qədər düşünsünlər.
Yorumlar
Yorum Gönder