Səhabə və tabeinlərin Aşura müsibətinə ağlamaları.

Ötən bəhslərimizdə öyrəndik ki, hələ peyğəmbərin (s) sağlığında ikən səhabələr, peyğəmbər (s) Hz Hüseynin şəhid olması xəbərini verdikdə, peyğəmbərlə (s) birgə ağlayıb göz yaşı tökmüşlər. Biz yenə də nümunə üçün bəzilərini qeyd edirik;
1.İbn Abbas : - Səbt ibn Cuzi deyir: “İmam Hüseyn (ə) şəhid oluqdan sonra İbn Abbas daim ağlayırdı. Hətta axırda gözləri tutuldu.  Digər mənbə yazır: “İbn Abbas Hz Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür. (İbn Cuzi, -Təzkirətul-xəvas, səh.225; Xarəzmi – Məqtəl, səh. 162)
2.Ənəs ibn Malik:  - “İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona etiraz edib, “Hüseyn (ə) hamıdan çox peyğəmbərə (s) oxşayırdı, sən isə onu şəhid etdin” söylədi.” (Yənaibul-Məvəddət, səh.389; İbn Həcər, Səvaiqul-muhriqə, səh. 198; Tarixun-nihayə, səh. 69)
3.Zeyd ibn Ərqəm: - Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayına, onun Hüseynə (ə) qarşı  etdiyi iyrənc hərəkətlərinə şiddətlə etiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. Zeyd ibn Ərqəm valiyə belə deyir: Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! Peyğəmbərin (s) övladını təhqir etmək olmaz.Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm. Sonra isə ağlamağa başladı.İbn Ziyad hiddətlənərək ona dedi: Sakit ol. Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyə əmr edərdim. Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı: Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz. Hüseyni (ə), Fatimənin övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək. Sonra üzünü İbn Ziyada  çevirərək dedi: Ey ibn Ziyad! Peyğəmbərlərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin! (İbn Həcər, Səvaiqul-muhriqə, səh.198; Tarixun-nihayə, səh.69; Tarixi-Təbəri c. 4, səh.21; İbn Cuzi, Təzkirətul-xəvas, səh. 231 və s.)
4.Rəbi ibn Xeysəm: - “Rəbi ibn Xeysəm Hz Hüseynin (ə) şəhadətini  eşitdikdə hönkürərək ağlayıb belə dedi: Elə cavanları şəhid etdilər ki, peyğəmbər onları gördüyü zaman olduqca mərhəmət və məhəbbətlə davranırdı. Öz mübarək əlləri ilə onlara yemək verər və qucağına alardı.” (İbn Cuzi, Təzkirətul-xəvas, səh. 240 və 265)
5.Həsən Bəsri: - İmam Hüseynin şəhid olduğunu eşitdən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərək belə deyirdi: Xar olsun öz peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun, qiyamət günü İmam Hüseynin (ə) babası və atası ibn Mərcanədən (İbn Ziyaddan) intiqam alacaqdır. (İbn Cuzi, Təzkirətul-xəvas, səh. 265; Mucəmul-Kəbir, c.3, səh. 127)
  1. Ümmü Sələmə - Peyğəmbərin (s) həyat yoldaşı: - İbn Abbas deyir: “Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı.Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: Ey Əbdul-Muttəlib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər. (Tarixi İbn Əsir, c 4, səh. 405; Müsnədi Əhməd, c 1, səh.283)
Peyğəmbərin (s) həyat yoldaşları Ümmü Sələmənin evində əzadarlıq qurmuş, peyğəmbərin (s) məscidini qara parçalarla bükmüşdülər. (İmaməddin Qureyşi, Uyunul-əxbar və fununul-əsrar, səh. 109)
Mahir Şəkərov – İlahiyyatçı yazar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)