Unudulmuş vacib - Hisbə.

Bəzi dini terminlər zamanla isim dəyişikliyinə məruz qala bilir. Mahiyyəti qorunsa belə, ad baxımından dəyişir. Nümunə üçün, bu gün unudulmuş bir vacibin adını xatırlatmaqla olsa belə qeyd edək. “Əmr be məruf nəhy əz munkər” (Yaxşılığa dəvət, pisliklərdən çəkindirmə). Bu dini termin min illər öncə “hisbə” adı ilə məşhur idi. O zaman bu mövzuda kitab yazılarkən belə, o dövrdəki adlarla adlandırılıb.  “Məalimul-qurba fi əhkamul-hisbə” kitabı buna nümunə ola bilər. (Bu, 9-cu əsrə aid kitabdır)
O zamanlar əmr be məruf nəhy əz munkər işləri ilə bağlı “hisbə” adlı təşkilat da qurulub. Bu təşkilata nəzarət edənlərə də “möhtəsib” deyərdilər. Hafiz, Sədi, Mövləvi öz şerlərində bu sözdən istifadə ediblər.
Sədi deyir: “Ustadım Əbul-Fərəc ibnil-Covzi mənə cavan olduğum üçün dedi ki, filan məclislərə getmə. Mən də onun sözlərinə qulaq asmırdım, çünki cavan idim və arada onu ələ salıb deyirdim:
“Qazi də əgər bizimlə otursa, bizim əlimizi sıxar.Əgər möhtəsib də meydən içsə, məst olmağı üzrlü sayar.”

Müasir bələdiyələrin və polisin gördüyü işləri də “hisbə”nin bir hissəsi saymaq olar. Adını qeyd etdiyimiz kitabda deyilir ki, möhtəsibin vəzifələrindən biri budur ki, əgər bir baqqal dükanının qabağında üzərində milçək olan ağzı açıq qatıq görsə, gərək baqqala o qatığın üstünü örtmək göstərişini versin və baqqalın paltarlarına nəzarət etsin ki, çirkli olmasın, onların bağladıqları önlük hər gün bir dəfə yuyulmalı və dəyişdirilməlidir. Hamamlarda nə edirlər, məscidlərdə nə edirlər və s.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)