Zəncirvari mesajlar İslam düşmənlərinin işdir...

İslam düşmənləri hər vasitə ilə olursa olsun İslama və onun ardıcıllarına zərbə vurmaq, onları dolayı yollarla bu yoldan uzaqlaşdırmağa səy göstərirlər. İnsanlara müxtəlif məzmunlu mesajların gəlməsi və mesajların din adı altında hədə qorxu ilə, hiylə ilə əhatə olunması heç kimə sirr deyil.  Bu mesajları kim və niyə hazırlayır?  Araşdırdıqda görürük ki, bu tip mesajların müəllifi  yəhudi din xadimi Henridir. Bu mesajların məqsədi müsəlmanlar arasında ümidsizlik toxumun səpməkdir. Təsəvvür edin, bir nəfər mesajda yazılanlara əməl edir, və neçə nəfərə göndərir və vəd olunan zamanın da keçməsinə baxmayaraq heç bir müsbət nəticə ala bilmir. Beləliklə də, ümidsizliyə qapılır. Təəssüf ki, biz müsəlmanlar da bəzən yəhudinin bu çirkin oynuna alət oluruq. Mesajların əvvəlini Allahın adları, və ya hər məzhəb nümayəndəsinin müqəddəslərinin adını alət edərək, və ya peyğəmbərin (s) adından sui-istifadə edərək bu işləri həyata keçirirlər. Və ya bəzən fərqli metodlara əl ataraq yazırlar “altı milyon salavat filankəsə hədiyyə olunur. Sizə düşən də bu mesajı 6 nəfərə göndərməklə, 6 salavat deməyinizdir.”
Bu məzmunda olan bütün mesajlar alim və fəqihlər tərəfindən xurafat və əsassız hesab olunur. Hətta bəzi alimlər bu mesajları yaymağı haram hesab edirlər.  Odur ki, bu məsələlərdə diqqətli olaq və bilək ki, bu cür mesajlar İslam düşmənlərinin işidir.
Mahir Şəkərov - İlahiyyatçı yazar.
qw3fe

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)