Əbdul-Vəhhabı daha yaxından tanıyın - İçki içən, namaza biganə yanaşan və...
İngilis casusu Mister Hemfin Əbdulvəhhabla tanışlığı və onu azdırması.
Vaxti ilə ingilislərin müstəmləkələrə çevirdiyi
ölkələrə nəzarət etmək üçün 1710-cu ildə xüsusi bir nazirlik Müstəmləkələrə
nəzarət nazirliyi (MNN) quruldu. Müstəmləkələrə nəzarət nazirliyi 10 nəfər
casus təyin etdi ki, bunlardan biri də Mister Hemf idi. Bunlarin ilk tapşırığı
iki maddədən ibarət olur;
1.Əlimizə keçmiş əraziləri əlimizdə saxlamaq.
2.Əlimizə keçməmiş əraziləri ələ keçirmək. Bunları Hindistan, Çin, Fransa,
Rusiya kimi böyük dövlətlərə və əsasən müsəlman ölkələrinə başda Türkiyə,
Misir, İraq, Nəcəf və İrana göndərirlər. Mister Hemf ilk olaraq
Türkiyəyə-İstanbula gedir.İstanbulda Əhməd əfəndi aında bir alimlə tanış
olur.Mister Hemf Əhməd əfəndiyə deyir: “Mənim valideynlərim ölüb, özümədə heç
bir şey miras qalmayıb. İstəyirəm həm dini öyrənim, həm də işləyib pul qazanım.
Əhməd əfəndi deyir: “Sənə üç səbəbdən ötrü hörmət lazımdır: 1. Sən müsəlmansan.
Unutma ki bütün müsəlmanlar qardaşdılar. 2. Sən qonaqsan. Peyğəmbər (s) buyurur:
“Qonağa hörmət edin.” 3. Sən işləmək istəyirsən. Çalışıb işləmək də savabdır.”
Mister Hemf iki il ərzində İslamı (Hənəfi fiqhini) və
Quranı öyrənir. Cümə günləri isə bir dülgərin yanında işləyir. Həmçinin Əhməd
əfəndi ona ərəbcə və türkcə dil dərsləri də keçir. Mister Hemf tez bir müddətdə
Əhməd əfəndinin hörmətini qazanır. Əhməd əfəndi qızını ona vermək istəsə də o
bundan imtina edir. İstanbulda öz işini bitirən Mister Hemf yeni tapşırıq almaq
üçün Londuna gedir. Altı ay Londunda qalır və əmisi qızı Mariya ilə evlənir. Bu vaxt onun 22 yaşı olur.
MNN-yi Mister Hemfə iki maddədən ibarət
yeni bir tapşırıq verir. 1.Müsəlmanların zəif nöqtələrini öyrənib qarşı durma
yaratmaq üçün onları qruplara bölmək. 2.Bunları etdikdən sonra ümumi proqramı
tədricən həyata keçirtmək. Tapşırığı alan Mister Hemf Bəsrə şəhərinə gəlir. Bu
şəhərdə həm şiə həm də sünni olur. O, şiələrin də fiqhini öyrənir. Mister Hemf
deyir ki; “Mən bir dəfə MNN-de dedim ki, əgər müsəlmanlar öz aralarındakı
ixtilafı başa düşsəydilər, sünni şiə söhbətini aradan qaldıra bilsələr onlar
birləşərdilər.” Mənə dedilər: “Sənin vəzifən bu ixtilafı qızışdırmaqdır onları
birləşdirmək yox.”
Mister Hemf bir müddət Bəsrədə baqqal
dükanında qalır və fars dilini öyrənir. Mister Hemf deyir: “Bir gün bir cavan oğlan
iştirak etdiyim məclisə gəldi. O, ərəb fars və türk dilini bilirdi. O, son
dərəcə çılğın, yüksək səslə danışan və əsəbi bir adam idi. Həmişə Osmanlı
hökümətini pisləyərdi. Bu cavanın adı Muhəmməd ibn Əbdul-vəhhab idi. O, zahirən
özünü sünni kimi qələmə verirdi. Amma o əhli sünnənin dörd məzhəbdən olmasını
qəbul etmirdi və deyirdi ki; “Quranda məzhəblər haqda heç bir dəlil yoxdur. O,
peyğəmbərin (s) hədislərinə heç bir əhəmiyyət vermirdi. Əbdul-vəhhab özünə
güvənən və lovğa biri idi. Əbdul-vəhhab deyirdi: “Peyğəmbər buyurub: “Mən sizin
aranızda Quranı və sünnəni əmanət qoyuram.” Peyğəmbər dəməyib ki; Mən Quranı,
sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm.”
Mister
Hemf deyir: “Mən axtardığımı tapmışdım. Əbdul-vəhhabın alimlərə hörmətsizliyi,
heç bir məzhəbə inanmağı, Quran və sünnəni öz fikirlərinə uyğun təfsir etməsi
onun zəif cəhətləri idi. Onu yoldan azdırmaq çox rahat idi.” Əbdul-vəhhab Əbu
Hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm”
deyirdi. Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu
tərifləyərdim. Bir dəfə ona dedim."Sən Ömər və Əlidən daha böyüksən. Əgər
peyğəmbər həyatda olsaydı səni öz canişini təyin edərdi. Mən İslamın sənin
əlinlə genişlənib yüksələcəyini görürəm. İslamı bütün dünyaya ancaq sən
yayacaqsan"
Mister
Hemf deyir: Əbdul-vəhhabla qərara gəldik ki, Qurana yeni bir təfsir yazaq. Elə
bir təfsir ki, bütün təfsirlərə müxalif olsun. Bu işdə məqsədim onu tamam
yoldan azdırmaq idi. Əbdul-vəhhab da mənim etimadımı qazanmaq üçün dediklərimi
qəbul edirdi. Bir gün ona dedim ki şərab haram deyil. O, mənə nə qədər Quran
ayəsi və hədis gətirsə də mən hamısını inkar edib deyirdim. Yezid və onun kimi
bəzi xəlifələr şərab içmişlər. Özünü onlarla müqayisə et. Gör onlar düz
yoldadadılar yoxsa sən. Onlar Quran və sünnəni səndən daha yaxşı bilirdilər.
Şərab Quranda haram yox, məkruhdur. Əbdul-vəhhab bu sözlərdən sonra içki içir.
Mister
Hemf bu barədə MNN (Müstəmləkələrə Nəzarət Nazirliyinə) xəbər verir. MNN- yi
deyir: “Biz İspanyanı (Əndəlusu) da içki və zina ilə ələ aldıq.” Sözünə davam
edən Mister Hemf deyir: Ona dedim: “Allah Quranda buyurur:"Rəbbinizi zikr
etməklə səcdə edənlərdən ol." Bu ayədən belə nəticə çıxır ki namaz əvəzinə
Allahı zikr etmək də olar. Əbdul-vəhhab: “Düz deyirsən! Bəzi mötəbər şəxslər
olub ki namaz əvəzinə Allahı zikr ediblər” dedi: Mister Hemf: Onun bu sözünə
çox sevindim. Çünki, onda namaz haqda bu cür fikir yarada bilmişdim. Sonralar
gördüm ki o namaza əhəmiyyət vermir, bəzən qılır bəzən qılmırdı. Əsasən sübh namazını
qılmırdı. Mən iman libasını yavaş-yavaş onun əynindən çıxartdım. Mister Hemf
bir müddət Əbdul-vəhhabla bu cür təbliğat aparır və hər ay öz fəaliyyəti bağlı
MNN-nə məlumat göndərir. Mister Hemf deyir: Bir gün ona yuxu gördüyümü
söylədim. Dedim ki, dünən gecə peyğəmbəri (s) yuxuda gördüm. O bir kürsüdə
əyləşmişdi. Sən içəri daxil olanda üzündən nur saçılırdı. Peyğəmbər (s) sənin
alnından öpdü və dedi: Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə
vəkilimsən. Sən dedin: “Ya Rəsulullah! Mən öz elmimi insanlara açmağa qorxuram.
Peyğəmbər (s) buyurdu: Sən dahisən heç nədən qorxma.” Əbdul-vəhhab bu yuxuya o
qədər inanr ki hətta Mister Hemfden bir neçə dəfə soruşur ki "Sən
həqiqətən belə bir yuxu görmüsən ya yox? Bir sözlə Əbdul-vəhhab Mister Hemfin əlində
oyuncaq olmuşdu. Elə ki, Əbdul-vəhhab Mister Hemfin yuxusunu eşidir. Bu yuxudan
sonra o məzhəb qurmaq fikrinə düşür. Amma ilk öncə əhalinin ona qarşı
çıxacağından qorxur və buna cəsarət etmir. Bundan xəbər tutan MNN-yi
Əbdul-vəhhaba lazım olan qədər pul hətta təhlükəsizliyini qorumaq üçün əsgər də
göndərir.Bundan ürəklənən və cəsarətə gələn Əbdul-vəhhab hicri qəməri 1143,
miladi 1730-cu ildə öz çirkin fəaliyyətini yaymaq üçün tərəfdar yığmağa
başlayır.Daha sonra Məhəmməd ibn Səud da ona qoşulur.Dini işlərə Əbdul-vəhhab,
siyasi işlərə Məhəmməd ibn Səud rəhbərlik edir və beləliklə Dəriyyə şəhərində
Vəhhabi firqəsi yarandı. Əbdul-vəhhab Mister Hemfin iki planını həyata keçirdə
bilmir. 1.Kəbəni dağıtmaq. 2.Quranın təhrif olunmuş variantını çap edib yaymaq.
Hərbi əməliyyatlar.
Əbdul-vəhhab
özünə dəstə düzəldərək İslama zidd fikirlərini yaymağa başlayır. Alimlər
onların açıq-aşkar İslamla mübarizəsini gördükdə onları 1745-ci ildə həbs
etdilər. Vəhhabilər 1785, 1797-1798-ci ildə Məkkə Mədinəyə hücum edib oranı
işğal etmək istədilər. Nəhayət 1800-cu ildə vəhhabilər şəhəri hər tərəfdən
mühasirəyə alıb, şəhərin giriş və çıxışını bağlayırlar. Mühasirədə olan Məkkə
əhalisi şiddətli aclıq çəkir. Hətta iş o yerə çatır ki camaat it və pişik əti
yeməli olur. Aclıq və çətinliyə dözə bilməyən əhali vəhhabilərlə müqavilə
bağlayır. Bundan sonra vəhhabilər şəhərə daxil olub yeddi il orda hakimlik
etdilər.Bu illər ərzində Kəbəyə qarşı hörmətsizlik olundu və insanlar yeddi il
həcc ziyarətinə gedə bilmədilər. Həmçinin Mədinəyə hücum edərək İslam
peyğəmbərinin (s) məzarı yerləşən müqəddəs otağı dağıdıb içində olan qiymətli
əşyaları və xəzinəni qarət etdilər.Bütün bunlar o zaman baş verirdi ki Osmanlı
dövlətinin daxilində parçalanma gedir, sultanlar tez-tez deyişir, başqa dövlətlərlə
müharibə aparırdı. Eləki Osmanlı dövlətinin başı müharibədən açıldı və gördü ki
vəhhabilər Məkkə, Mədinə,Yəmən, Şam, Misir və Hicazı talan edib xaraba
qoyurlar. 1806-cı ildə Sultan 2-ci Mahmud vəhhabilərin üzərinə Tosun paşanın
komandanlığı ilə ordu göndərsə də döyüş məğlubiyyətlə başa çatır.Bu
məğlubiyyətdən sonra Osmanlı dövləti 1807-ci ildə Məhəmməd Əli Paşanın
başçılığı altında hazırlıqlı və mütəşəkkil bir ordu göndərir.Bu ordu vasitəsi
ilə vəhhabiləri o torpaqlardan çıxarırlar. Vəhhabilər əvvəlki mərkəzlərinə
Dəriyyə şəhərinə qaçırlar. Vəhhabilər görəndə ki insanlar azad şəkildə onları
qəbul etmir başladılar məcburi şəkildə onları vəhhabiləşdirməyə.Hər kim
vəhhabiləri qəbul etmirdi onları ayaqyalın şəkildə səhraya aparır və öldürməklə
hədələyirdilər.Hətta onları qəbul etməyən lakin Quran oxuyub öyrətməklə məşğul
olan insanlarında başlarını kəsirdilər.İş o yerə çatır ki vəhhabilər məscidə
girib rüku və səcdədə olanları qətlə yetirirdilər.Məsciddə olan Quran və hədis
kitablarını küçəyə ataraq onu ayaqlayıb keçirdilər. (Bu hadisələr hicri qəməri
1217-ci ildə baş verib).Vəhhabilərin bu işlərini görən İslam dünyasının
görkəmli alimləri vəhhabiləri kafir adlandırırlar. Bu batil və azğın firqə
yaranan gündən,dininə məhəbbət bəsləyən hər bir alim o,firqənin batil olması
haqda kitablar yazıblar. Nümunə üçün bir neçəsini qeyd edirəm;
1.Əbdul-vəhhabın
qardaşı Şeyx Süleyman yazdığı "Əssəvaiqul- ilahiyyə fi rəddi ələl
vəhhabiyyə.
2.
Ən-nuquluş-şəriyyə fi rəddi ələl vəhhabiyə-Şeyx Həsən ibn Ömər Şətta Hənbəli
Dəməşqi.
3.İzhaqul
batil fi rəddi ələl vəhhabiyyə- Məhəmməd ibn Davud Həmədani.
4.Əd-dururus
səniyyə fi rəddi ələl vəhhabiyyə-Şeyxul-islam və Məkkənin böyük müftisi Əhməd
Zeyni Dehlan.
5.Ər
rəddu ələl vəhhabiyyə- Məhəmməd Cavad Bəlaği.
6.Əl
intimar lil-əvliyail əbrar-Taifli Şeyx Tahir Hənəfi.
7.Vəhhabilərə
cavab-Şeyx Mehdi ibn Məhəmmədəli İsfəhani.
8.Əssəvaiqu
vər ruud-Əfifuddin Abdullah ibn Davud Hənbəli.
9.Vəhhabilər-Əli
Əsğər Fəqihi.
10.Əbdul
vəhhabın ustadı Məhəmməd ibn Süleyman da onun əleyhinə bir məqalə yazıb. O
məqalə Şeyx Süleymanın kitabına əlavə olunub. Həmçinin digər müəllimi Abdullah
ibn Əbdul Lətif Şafai "Təcridu Seyfil cihad, limuddətik ictihad"adlı
kitabında onu tənqid edir.
Bu
məlumatları, bu kitablardan da əldə edə bilərsiniz.
1.İngilis
casusunun etirafları və ingilislərin İslamla düşmənçiliyi. (ingilis dilindən tərcümə
edən M.Siddiq Gümüş-türkcə 1999)
2.İslam
həqiqətlərini öyrənək, vəhhabi toruna düşməyək. (Düşmənin İslamı nece yıxaq
adlı planı) – Türkcədən çevirən Muhəmməd İntixabov -2009
3.Vəhhabilik
nədir və vəhhabilər kimdir? (kitabça -2004, Şəki)
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder