Bir Fatimə tanıyıram...



Bir Fatimə tanıyıram - ədəbin, əxlaqın, iffətin, ismətin sərçeşməsinin ən gözəl Kövsəri.
Bir Fatimə tanıyıram – müjdəçisi Hz Cəbrayıl idi.
Bir Fatimə tanıyıram – “atasının anası” idi.
Bir Fatimə tanıyıram – kiçik bir həmsöhbət idi atasına.
Bir Fatimə tanıyıram – kiçik ikən ən böyük idi.
Bir Fatimə tanıyıram – Quran ona “Kövsər” deyir.
Bir Fatimə tanıyıram – “Qadın üçün ən xeyirlisi nədir” sualına ən mükəmməl cavabı məhz o verdi.
Bir Fatimə tanıyıram – Kor şəxsin müqabilində belə, pərdə arxasına keçən, Allah Rəsulunun (s) qızım o kordur səni görmür deyincə; “Atacan mən ki onu görürəm” deyib bütün bəşəriyyətə hicabın, ədəbin əxlaqın əsl mahiyyətini bir cümlə ilə çatdırdı.
Bir Fatimə tanıyıram – həyatın bütün sahələrində aktiv, fəal bir qadın nümunəsi.
Bir Fatimə tanıyıram – atasını şəhid etdilər.
Bir Fatimə tanıyıram – atasının ayrılığına görə deyil, çəkdiyi acılar üzündən yetimliyini hiss etdi.  
Bir Fatimə tanıyıram – qüdrətli olduğu halda məzlum idi.
Bir Fatimə tanıyıram – Mushəfinin katibi Allahın aslanı idi.
Bir Fatimə tanıyıram – hədiyyəsi əlindən zorla alınan Fatimə.
Bir Fatimə tanıyıram – Atasının öpüb, qoxladığı, mübarək əli ilə oxşadığı üzə xəyanətkar bir əl uzandı.
Bir Fatimə tanıyıram – Cəbrayılın (ə) hörmətlə nazil olduğu evdə, xəyanətə məruz qaldı.
Bir Fatimə tanıyıram - əmanət idi bu ümmətə.
Bir Fatimə tanıyıram – Allah Aslanının uğruna can fəda etdi.
Bir Fatimə tanıyıram – Qaranlığın bətnini öz nuru ilə dəldi.
Bir Fatimə tanıyıram – Dəfninə gecə şahid oldu.
Bir Fatimə tanıyıram – Günəş dünyanı nur saçıb isidərkən vəhy evi onun yoxluğu səbəbi ilə donurdu.
Bir Fatimə tanıyıram – torpağa yox, qəlblərə dəfn olundu.
Bir Fatimə tanıyıram – onu axtaranları hidayət etdi.
Bir Fatimə tanıyıram – Xeybəri fəth edən qəhrəmanı yalqız və tənha buraxdı.
Bir Fatimə tanıyıram – deyirəm, lakin yenə də onu heç tanımıram.
...............................................................................................................................................................
Bir Fatimə tanıyıram – Kəbə onun üçün yarıldı.
Bir Fatimə tanıyıram –Kəbədə Fatiməyə yar olacaq nuru göy üzündən yer üzünə nazil etdi.
Bir Fatimə tanıyıram – Hz Xədicədən sonra Allah Rəsuluna (s) iman gətirən ikinci xanım idi.
Bir Fatimə tanıyıram – Məkkədən Mədinəyə hz Əli (ə) ilə hicrət edən ilk qadın idi.
Bir Fatimə tanıyıram – Peyğəmbərə (s) beyət ilk beyət edən qadın idi.

Bir Fatimə tanıyıram – Allah Rəsuluna kiçik yaşlarında himayədarlıq etdi.
Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) o vəfat etdiyində “anam vəfat etdi” buyurdu.
Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) onu öz köynəyinə bükərək qəbrində bir neçə anlıq uzandı.
Bir Fatimə tanıyıram – Bəziləri onun bu əməllərinə təəccüb etdikdə buyurdu: “Niyə təəccüb edirsiniz. Həqiqətən o, mənim anam idi. O yeməyi ilk öncə mənə verər məni doyurar sonra övladlarına verərdi, və digər bütün işlərdə mənə önə salardı.”
Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) onun barəsində buyurdu: “Əbu Talibdən sonra mənə ən çox yaxşılıq edən o idi.”
Bir Fatimə tanıyıram – Cəbrayıl (ə) buyurdu: “O Cənnət əhlidir. Allah 70 min mələyə əmr etdi ki, ona cənazə namazı qılsın.”
Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) öz mübarək əlləri ilə onu dəfn etdi.
Bir Fatimə tanıyıram – İbn Abbas “Mumtəhinə 12-ci ayəsi onun barədə nazil oldu” buyurdu.
...............................................................................................................................................................

Bir Fatimə tanıyıram – Ondan bizə bir Yusif (ə.f) əmanət qalıb.
Bir Fatimə tanıyıram – Özü kimi Yusifidə (ə.f) məzlumdur.
Bir Fatimə tanıyıram – Yusifinin (ə.f) gəlişi ilə məzarı ziyarətgaha çevrilər.
Bir Fatimə tanıyıram – Yusifini (ə.f) o da gözləyir.
Bir Fatimə tanıyıram – Fatimələr sorağındadır.
Bir Fatimə tanıyıram –Fatiməsiz qalıb.

Mahir Şəkərov – İlahiyyatçı yazar.









Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Yasin 70 –ci ayə ölüyə Quran oxumağı qadağan etmir – Ayəni təhrif edənlərə cavab