Elşad Mirinin Novruz yazısına cavab – “Tonqaldan savayı söz bilmirsiniz?”
Novruz
bayramı milli bayram olmaqla yanaşı, həm də özündə mənəvi dəyərləri əks etdirən
predmentlər vardır. Hansı ki, dinimiz də onları bəyənir və dəstəkləyir. Qohum-əqrabanı
ziyarət, küsülülərin barışması, hədiyyələşmək və s. Bu gözəlliklərlə yanaşı bəzi
xurafat əməlləri də görə bilərik. Qulaqasdıya getmək, heyvanları döyüşdürmək,
tonqaldan atılmaq kimi.
Novruza
inkarçılıq mövqeyindən yanaşanlar maraqlıdır ki, ancaq tonqal üzərindən atılmaq
mövzusuna toxunurlar. Ona görə yox ki, tonqalın xurafat olmasından danışsınlar.
Buna görə ki, tonqaldan danışaraq sözü atəşpərəstliyə gətirib və bu batil yolla
insanları aldatsınlar. Guya Novruz atəşpərəstlərdən qalma bir adət imiş və s
kimi təhrif olunmuş söz yığını. Novruz bayramının atəşpərəstliklə
- Zərdüştlə əlaqəsi yoxdur. Bu mənada ki, bu bayram Zərdüştdən və atəşpərəstlik
ayinlərindən daha da qədim tarixə malikdir. Tədqiqatçı alimlər Novruzun tarixinin
Nuh (ə) – la başlandığını qeyd edirlər. Bəzi mənbələrdə bu barədə oxumuşdum ki,
Novruzu – Nuh ruz, yəni “Nuhun ruzisi” ya “Nuhun xoşbəxtlik və səadətə çatdığı
gün” kimi qeyd edirlər. (red:
Nuhun gəmisinin quruya çıxdığı gün) Bəzi mənbələr deyir ki, bu bayram eradan əvvəl
3-cü minilliyə Babilistana aiddir. Bəziləri əlacsız qalaraq deyirlər ki, bu
bayram atəşpərəstlərin bayramıdır. Bu sözü deyənlərin özləri də, heç bilmirlər
atəşpərəstlik nə deməkdir. Atəşpərəstlərdə od müqəddəsdir. Novruz bayramında ki,
bəziləri odun üstündən atılır (bu xurafatdır) və deyirlər ki, ağırlığım, dərdim
bəlam, xəstəliyim və s. bu oda tökülüb yansın. Bu əməl və sözlər atəşpərəstlərin
ayinlərinin ziddinədir. Atəşpərəstlər heç vaxt bunu etməzlər. Əgər bu gün bir
atəşpərəst bunları görsə mütləq bunu inkar edər və qəbul etməz. Atəşpərəstlər
oda yaxınlaşanda hətta ağızlarını da bir parça ilə bükürlər ki, onların nəfəsi
oda dəyməsin. Onlara görə insan nəfəsi də odu murdarlaya bilər. Bütün bunlardan
sonra kim iddia edə bilər ki bu bayram atəşpərəstliklə bağlıdır? Atəşpərəstlərdə
od müqəddəsdir. Kim öz müqəddəs bildiyini ayaqlar altına sərər hələ üstəlik
üstündən o tərəf- bu tərəfə atılar? Novruzu atəşpərəstliklə əlaqələndirənlər
(istər ruhani istər qeyri ruhani) bu suala məntiqli və qane edən cavab verə bilərlərmi?
Novruzun atəşpərəstliklə
əlaqəsinin olmadığı gün kimi aydın ikən, nə qədər tonqaldan, atəşdən
danışacaqsınız. Tonqaldan savayı söz bilmirsiniz? Novruzda digər xurafat işlər
də var. Niyə onlardan söz açmırsınız, əgər həqiqətən də səmimisinizsə? Hər odun
üstündən atılan atəşpərəstmi olur? Hələ bəziləri deyir ki, filan məntəqədə
filankəs tonqala düşdü paltrarı yandı, ya xəsarət aldı. O tonqala düşüb deyə
Novruz haram olur? Əgər birinin tonqaldan atılanda paltarı yanmasa, xəsarət
almasa onda tonqal üstündən atılmaq halal olur? Yaxud biri desə ki, ay “ “ilahiyyatçı”
mən tonqaldan atılmıram əl çək məndən qoy bir tikə halal ruzi yeyək evimizdə,
ailəmizdə,” onda necə? Yəni bütün məsələ tonqaldırmı?
Novruzu digər
bayramlarla müqayisə etmək, hətta dini bayramlarla müqayisə etməyin özü də səhv
işdir. Hər bir bayramın, günün öz gözəlliyi vardır. Ümid edirik ki, bəziləri
bundan sonra tonqalı atəşpərəstliklə əlaqələndirməz və əl çəkəcəklər bu mənasız
tonqal söhbətindən.
Mahir Şəkərov –
İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder