Əhli sünnənin fiqh kitablarında Novruzu haram edən hədis mövcud deyil – (Foto Fakt)
Novruzla bağlı araşdırmalar zamanı bir sıra həqiqətlərə şahid olduq. O cümlədən;
1.Novruza cahil adəti, yaxud başqa xalqın adətinin Quran və sünnə batilliyi. İslamın və Quranın özündə belə bir sıra əməllər var ki, İslamdan öncəyə məxsusdur. Amma din bunu bəyənir və təsdiq edir. (Bax: http://mahir-shekerov.blogspot.com/2017/03/novruz-cahili-adtdir-deynlr-quran-v.html)
2.Novruza haram deyən hədisin batilliyi. Bu hədis hətta Qurana belə ziddir. (Bax: http://mahir-shekerov.blogspot.com/2017/03/novruza-haram-deynlrin-istinad-etdiklri.html)
İndi isə sizlərə əhli sünnənin fiqh kitablarından bir məsələni çatdırım. Novruzun haramlığına dair hədisi araşdırarkən qeyd etdik ki, hədisin əslində Novruz sözü keçməmişdir. Buna daha bir sübut isə əhli sünnənin fiqh kitablarıdır. Heç kim iddia etmir ki, Novruz ya digər dini olmayan milli bayramlar Ramazan yaxud Qurban bayramından üstündür. Həmçinin kimsə iddia etmir ki bunlar dini bayramdır. Amma bütün bunlarla yanaşı İslam Novruzu da haram etməyib. Biz bunun əleyhinəyik. İddiamızın dəlili də elə əhli sünnənin mötəbər kitablarıdır. Bunları təqdim edirik ki, kimsə əhli sünnə adı ilə insanları aldatmağa cəhd etməsin. Əhli sünnənin fiqh kitablarında bu hədis gəlsə də, hədisin mətnində Novruz sözünə rast gəlmirik. Sizə həmin kitab və fotoları təqdim edirik. Görəcəyiniz fotolar İmam Şafei və Əbu Hənifənin fiqh kitablarıdır.
Əhli sünnənin fiqh kitabları.
Kitabın tam adı: Büyük Şafii İlmihali, səh. 176.
İmam Şafeinin fiqh kitabı.
Kitabın tam adı: Büyük Şafii İlmihali, səh. 176.
İmam Əbu Hənifənin fiqh kitabı.
Kitabın tam adı: Delilleriyle İslam İlmihali, səh. 336.
Hənəfi fiqhinə əsasən yazılan şəriət kitabı.
Kitabın tam adı: Sadeleştirilmiş Büyük İslam İlmihali, səh. 168.
"De: Əgər doğru danışansınızda dəlilləriniz gətirin." (Bəqərə 111)
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder