İlahiyyatçı Əkrəm Həsənovun vəhhabi şeyxinə aid olan Novruzla bağlı tərcümə etdiyi məqaləsinə cavab –Sələfilər əhli sünnə deyil bəy.
Novruzla bağlı 2013-də dərc edilən bir yazı diqqətimi çəkdi. Məqalənin əsl müəllifi Muhəmməd Saleh əl-Münəccid, türk-dilinə çevirən Muhammed Şahin, tədqiq edən Ümmü Nəbildir. Yazını dilimizə tərcüməsi isə Əkrəm Həsənova məxsusdur. O tərcümə ilə yanaşı öz fikirlərini də oxucular ilə bölüşmüşdür. Hər şəxsin fikrinə hörmətlə yanaşırıq. Lakin, yazıda bir sıra mətləblər İslam dininin əsas ana prinsiplərinin əleyhinə olduğundan, dinimizin müdafiəsi baxımından mövzuya cavab verməyi şəri vəzifə hesab etdik. Bu yazıdakı əksər fikirlərə biz Novruzla bağlı araşdırmalarımızda cavab vermişik. Biz yenə də müəllifə hörmət əlaməti olaraq elmi cəhətdən fikirlərinə cavab verək.
QEYD: Yazıdakı sual və xitablar əvvəla
birbaşa yazının əsl müəllifinə daha sonra isə o yanlış iddiaları tərcümə edən
ilahiyyatçıya məxsusdur.
Bu yazının əsl müəllifi sələfi-vəhhabi alimi
şeyx Muhəmməd Saleh əl-Münəcciddir. Biz vəhhabiləri İslamdan bilmirik. Özlərini
əhli sünnə kimi qələmə versələr belə, onların bu sözlərinin heç bir dəyəri
yoxdur.Yazıya cavab verməkdə məqsəd, ilahiyyatçıların bu məsələdə daha da
diqqətli olması üçündür.
Yazıda Novruz farsların bayramı kimi qələmə verilir. Bu bir ilahiyyatçı tərəfindən (əsl müəllifi və daha sonra eyni səhvi
tərcümə edən tərcüməçi) olduqca ciddi bir səhvdir. Digər tərəfdən, siz bu
bayramı farslaşdırmaqla nəyə nail olmaq istəyirsiniz? Axı gün kimi aydındır ki,
Novruz bir xalqa və millətə məxsus deyil. Tarixə bu mövzuda müraciət etməklə
məsələ sadə şəkildə həllini tapardı.
Siz Misirdə keçirilən Novruzu dəlil
gətirirsiniz və qeyd edirsiniz və orada göstərilib ki, guya müsəlmanlar Novruz
mövzusunda Misirliləri özünə nümunə götürmüşdür.Halbuki, sözünüzün əvvəlində
Novruzu farslara nisbət vermişdiniz.
Yazıda həqiqətən təəssüfümə səbəb olan
bir məqam oldu. O, əllərdə dolaşan və sənəd baxımından zəif, olan və hətta
Qurana belə zidd olan hədisdir. (Bax:
http://mahir-shekerov.blogspot.com/2017/03/novruza-haram-deynlrin-istinad-etdiklri.html)
O
hədisdə deyilir ki, guya peyğəmbər Novruzu haram edib. Siz ilahiyyatçınız, siz
bu kimi mövzularda daha çox həssas olmalı və hədisi araşdırmalı idiniz.
Novruzun
bidət olduğunu qeyd edirsiniz. Bu bidət sözünü hansı yöndən istifadə etmisiniz?
Əgər məqsədiniz yenilikdirsə bu yenilik deyil. Bu məntiqlə yola çıxsaq
internetə yazı qoyamağınız belə bidətdir. Yox, əgər dinə olunan əlavə kimi qeyd
etmisinizsə, sizə kim deyib ki, “Novruz dini bayramdır”, yaxud “İslam Novruzu
gətirib”. Belə düşüncə və təfəkkür mövcud deyil.
Sizin
qeyd edirsiniz ki, bu adət İslamdan öncə var olduğundan, müşrik və cahillərə
aid olduğundan bunu qeyd edə bilmərik. Halbuki, Quran sizin sözünüzü qəbul
etmir və Quran bu dediyinizi öz mübarək ayələri ilə alt-üst edir. Quran hətta
İslamdan öncə olan bir sıra adətləri şəriətə daxil edib və Allah da Quran ayəsi
ilə onları təsdiq edib. Bəs buna sözünüz nədir? (Bax:
http://mahir-shekerov.blogspot.com/2017/03/novruz-cahili-adtdir-deynlr-quran-v.html)
Bunuda
qeyd edək ki, bu aspektdən çıxış edərək başqa qövmə oxşamaq mövzusundakı
hədisləri Novruza aid etmək yanlışdır. İslamdan öncə olan bir sıra əməlləri bu
gün də İslam dünyası həyata keçirir. Həc ayinləri və s. Amma heç kim onlara
müşrik və cahil demir.
Bu
yazıda bəzi məqamlara Mədinədə çap olan bir jurnaldan dəlil gətirilib. O,
jurnalda dərc olan yazı kimindir niyə müəllifi qeyd olunmayıb? Hansısa dərgi və
jurnalda qeyd olunan fikirlər müəllif olmadan, o müəllifin İslamda söz sahibi
olub olmadığını bilmədikdən sonra niyə biz onun sözünü qəbul edək?
Yazıda
olan bir neçə təqdirə layiq cümlədə vardı. Bunu deməmək insafsızlıq olar. Qeyd
etmisiniz ki, bayramın qeyd edib etməməkdə heç kimə zor tətbiq etmə və məcbur
etmək olmaz. Və xüsusi qadağa qoyulmasının əleyhinə olduğunuzu qeyd edibsiniz.
Tamamilə razıyam.
Bəzi
alimlərin fətvası var, amma mənbəsi yox. Peyğəmbərə (s) nisbət verilən hədis
saxta çıxırsa, bu fətvalara necə mənbəsiz inanaq. Mənbə və dəlil tələb
etməyimiz Quranın bizə verdiyi haqdır. (Bəqərə 111)
Abdullah
ibn Əbdür-Rəhman ibn Cibrin adlı sələfi alimindən gətirdiyiniz fətvaları İslam
ümməti necə və niyə qəbul etsin? Məlumdur ki, yazını tərcümə edibsiz və mümkündür
ki siz özünüz yazmayıbsınız. Bunları anladıq. Amma tərcümə edərək onu təqdim
etməyiniz başa düşülən deyil. Çünki, sələfi-vəhhabilər əhli sünnə vəl-cəmaətdən
deyildir və etdikləri iş və əməllər İslama uyğun deyil. Bu haqda 200-dən çox
əhli sünnə alimi bəyanat yayıb bəy. (Bax:
http://www.islaminsesi.az/200-sunni-muftise-alimi-vtekfircilere-qarsi-beyanat-verdiler--52346.html)
Bu
mövzuda sizinlə fikirlərimi bölüşməyi istədim. Xüsusən sizin yazınızda olan
“Etirazlara və fikirlərinizə hər zaman qapım açıqdır.” cümləsindən güc alaraq
bunu etdim. Allah yar və yardımcınız olsun. Salam olsun doğru yola tabe olan
hər kəsə. (Taha 47)
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder