Novruz cahili adətdir deyənlərə Quran və sünnədən cavab.
İslam dini kamil bir dindir. Bu dinin kamilliyini müxtəlif aspektdən yanaşaraq izah etmək olar. Bu mövzumuzda biz dinimizin insanların, xalqların mədəniyyətlərinə olan hörmətindən, onu assimlasiyaya məruz qoymamasından danışacağıq. İslam tarixinin şanlı səhifələrinə baxdıqda görürük ki, dinimiz yayıldığı coğrafiyalarda bir xalqın mədəniyyətində İslamın təməl prinsipləri ilə ziddiyyət təşkil edən bir nüans yoxdursa İslam ona toxunmamışdır. Peyğəmbərin (s) etdiyi hər bir əməl ümmət üçün bir nümünədir. Dediyimiz sözlərin dəlili Qurandır. İslam dini haram aylara ehtiram və hörmət əlaməti olaraq, o ayda döyüşməyi qadağan edir.Bir halda ki, o adəti İslam gəldikdə var idi və İslam bunu qadağan etmədi və hətta Allah da ayə nazil edərək bu işi təsdiqlədi.
“Beləliklə,
elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona
çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də
xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün...” (Tövbə 5)
İslamın
həcc ayinlərindəki məsələni aradan aparmır daha da təkid edir ki, əməl edin:
“Ey
iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi
tövhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və
Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və
Rəblərindən lütf və razılıq diləyən Beytul-Həram zəvvarlarına hörmətsizlik
etməyin...” (Maidə 2)
Allah
Rəsulu (s) buyurmuşdur: “Hər kim yaxşı bir dəb (sünnə) yaratsa, həmin sünnənin
savabı və ona əməl edənlərin savabı onun üçün yazılar. Hər kim pis bir dəb
(sünnə) yaratsa, həmin sünnənin vəbalı (günahı) və ona əməl edənlərin vəbalı
onun üçün yazılar” (Lisan əl-ərəb, 8-ci cild, səh. 6; Kənzul-ummal, c 15, səh.
78)
Camaatın yaxşı adətlərinin dəyişdirlməməsi Hz
Əlinin (ə) sözlərində.
Hz Əli
(ə) Malik Əştərə buyurdu: “Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri,
(camaat arasında) ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti (onun
işlərini) sahmana salmış gözəl adət və qaydanı (məsləki) pozma. Keçmiş adətlərdən
nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki, (əgər belə etsən bil ki,
xeyir əldə etməyəcəksən) savab və mükafat həmin (gözəl) adət və qaydaları
kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.”
(Nəhcul-Bəlağə, səh. 631)
Hz Əli
(ə): “Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar
kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar.
Çünki, kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu
sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).” (Nəhcul-Bəlağə, səh. 842)
Hz Əli
(ə): “İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda
ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız
sizinlə ünsiyyətdə olmağa can atsınlar.” (Nəhcul-Bəlağə, səh. 693)
Bundan
əlavə İslamdan öncə (cahili) olmuş bir sıra adətlər vardır ki, İslam onları
təsdiq etmişdir. Nümünə üçün deyə bilərik ki;
1.100 dəvənin diyə
(qanbahası) olaraq verilməsi. (Tarixul-qövmül-Məkkə və beytullahul-Kərim, c 1,
səh. 112)
2. Heyzli qadınların Kəbənin təvafı, o kimi
müqəddəs məkanlara daxil olması İslamdan öncə də qadağan idi, İslamda bunu
təsdiq etdi. (Müslim; hədis: 1218; Buxari, Həcc, 81; Müslim, Həcc, 120; Əhməd
b. Hənbəl, 6/39, 219, 273; Tirmizi, Həcc, 98; Əbu Davud, Mənasik, 9; Əhməd b.
Hənbəl, 1/364; Dairətul-Məariful-İslamiyyə, c 8, səh. 165)
3. Hilful-Fuzul (əlahiddə and ya əhd peyman)
müqaviləsində peyğəmbərin iştirakı və o günləri arzulaması: Tarixdə baş vermiş
məşhur hadisədir ki, siyər və tarix kitablarına müraciət edə bilərsiz.
(Xülasəsi budur ki, Məkkədən bir qrup şəxsin məzlumların haqqını müdaifə etməsi
yolunda atdığı addım idi.) Allah Rəsulu (s) peyğəmbərliyə yetişdikdən sonrа buyurdu: “Cаhiliyyət
dövründə Аbdullаh ibni Cədаnın evində bir müqаvilə məclisində iştirаk etdim. Əgər
onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər
bizi yenidən belə bir məclisə dəvət etsələr biz orаdа iştirаk etməyə hаzırıq.” (Tarixi
Siyasi İslam, c 1, səh. 72)
4. Şöhrət libaslarının bəyənilməməsi: Məlumdur ki,
hər cəmiyyətdə bəziləri öz geyim və həyat tərzləri ilə insanlardan seçilməyə
səy göstərirlər. Bu əməl hər cəmiyyətdə məzəmmət olunaraq qınanılmışdır. İslam
gəldikdən sonra da bu işi bəyəndi. Təkəbbürlük və öz zinət yaxud bahalı
geyimlərini insanların gözünə çəkməyi qadağan etdi. (İsra 37)
İslamda
bir sıra nəfəqələrin miqdarı (Cəvahirul-Kəlam c 16, səh. 59), həcc mərasimində
iştirakın maddi və fiziki baxımdan birgəliyi qoruması (Nəzəriyyətul-Urf, səh.
96), zəkatda bir sıra işlər (Şərhe Lümə c 1, səh. 308) də yenə İslamdan öncəyə
qayıdır. Bəli, dinimiz həmişə yaxşı adətləri qəbul etmiş hətta o yaxşı adətləri
İslamın hökmü olaraq qərar vermişdir. Novruz mövzusunda “Novruz başqa xalqın,
yaxud cahili adətdir” deyib öz nəfslərinə görə fətva verənlər Quran, sünnə və
fiqh kitablarında yer alan (İslamdan öncəki adətlərə) nə deyəcək? Sizin məntiq
və düşüncənizə görə İslam da səhv yol tutaraq bu işi görüb? Bu dediklərimizə elmi cavab verin.
Peyğəmbərin
həyatını mütaliə etdikdə həm də görürük ki, o həzrət xurafat və dinə zidd olan
işlərlə də əməli şəkildə mübarizə aparmışdır. Bir neçə nümünə də qeyd edək;
1. Hələ İslamı qəbul etməmiş məsihi olan Ədiy bin
Hatəmə peyğəmbər (s) buyurdu: “Boynundan o xaçı çıxart, kənara qoy.”
2. Hz Həlimə, Allah Rəsulu (s) hələ uşaq ikən onun
əlinə bir ip (onu qoruması üçün) bağlamaq istədikdə peyğəmbər etiraz edərək,
bütpərəstlərin istifadə etdiyi o əmələ mane olmuşdur.
3. İslam şəriətinə zidd olan məsələnin əksinə
getməsi; Məsələn: Zeynəblə evlənməsi. Camaat elə bilirdi ki, insanın oğulluğu
da elə doğma oğul hökmündədir. Yəni, doğma oğul kimi atadan irs aparır və hətta
oğul dediyinin xanımı boşandıqdan sonra ata hesab olunan şəxsin bir məhrəm kimi
həmin xanımla evlənməyi qadağan idi. Allah Rəsulu (s) Zeyd Zeynəbi boşadıqdan
sonar, ikinci cahil ənənəni aradan aparmaq üçün Zeynəblə evləndi. (Əhzab 37)
Bu
mövzulardan sonra gəlin Novruz mövzusuna da toxunaq. Əgər biz fərz etsək ki,
əlimizdə Novruzla bağlı heç bir dəlil yoxdur. Yenə də gözəl bir adət baxımından
baxımından bunu qeyd etməyin heç bir eyibi yoxdur. Yuxarıda qeyd etdiklərimiz
buna dəlildir.
Hər
hansı bir bayramda naqislik, günah işlər və xurafatlar varsa, biz o bayramı bu
işlərdən təmizləyib gözəl şəkildə qeyd edə bilərik. Novruzla bağlı hədis və
rəvayətlər iki yönlüdür. Bəziləri o hədis və rəvayətləri qəbul edir, digərləri
isə müxalif mövqedən çıxış edir. Novruza müxalif olaraq qeyd olunan hədislər
çox azdır. Digər tərəfdən bu növ hədislər, hədis elmi baxımından da qəbul
edilməzdir. Hətta bəzi hədislər təhrifə məruz qalmışdır. Bir qism hədislərin
mətnində isə Qurana belə zidd olan məqamlar vardır. Bütün bunları mütaliə edib
deyə bilərik ki, bu hədislər;
1.Zəifdir.
2. Novruza müxalif olan hədisləri nəql edən ravinin
qəbul edilməz şəraiti vardır. (Məsələn ravinin yalançılığı
ilə məşhur olması)
3. Bir-birinə zidd hədislər.
4. Hədisin xəbəri vahid olması.
5. Hədisin tarixi hadisə ilə ziddiyyəti.
6. Hədisi nəql edən ravinin, hadisə zamanı orada
olmaması yaxud kiçik yaşlı uşaq olması.
7. Hədisin təhrifi. (Əlavə və ixtisarlar)
Şübhə:
Bəziləri deyə bilər ki, axı Novruz sözü fars sözüdür, farslardan gəlib. Biz
niyə bunu keçirək?
Cavab: Əvvəla bunu deyək ki, bir sözün hansısa dildə
olması, onun oradan gəlməsi və oraya mənsub olması demək deyildir. Novruzun
tarixini İranla əlaqələndirənlər ya təəssüfkeşdirlər yaxud da tarixi
mənbələrdən xəbərsizdirlər. Novruz ən azı üç, ən çoxu beş-yeddi min illik
tarixə malikdir. Novruzun bu qədər qədim tarixi kökə malik olduğunu hər kəs çox
gözəl bilir. Bu qədim tarixə malik olan bayramı bir ölkə ilə əlaqələndirənlər
həqiqətən özlərini gülüş hədəfinə çevirirlər.
QEYD: Novruzla bağlı məlumatların hamısını cəm edib ya
əyani vəsait kimi ya da internetdə PDF kimi ixtiyarınızda qoyarıq inşallah.
Araşdırma davam edir...
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder