Nurçuların kitablarında Novruz həqiqəti (Araşdırma)
Keçən
yazımızda olduğu kimi burda da elə nurçuların etiqad bəslədiyi mənbəyə müraciət
edəcəyik. Səid Nursinin Haşir Risaləsi
adlı kitabında Novruzun gəlişini təbiətin bayramı kimi qeyd olunur. Novruzun gəlməsi
ilə hər yerin abad olması,ölmüş təbiətin dirilməsi və xülasə bu işin ilahi
möcüzə olması başa salınır.
Keçən yazımızda qeyd etdiyimiz məsələni burda bir daha qeyd edək.
Səid Nursi haqqında yazılan "Son Şahidlər” kitabında ona yaxın olan daim onun yanında olan Muhsin Alev yazır: "Ustad gəzməyi xüsusən bahar fəslində yaz aylarında təbiət qoynunda gəzməyi çox xoşlayardı. Məxluqatla, mövcudatla baş-başa qalıb dərin təfəkkürə dalardı. İstanbulda Novruz günü (21 Mart) çölə gəzməyə gedərkən bizi də yanında apardı. Bu gün məxluqatın bayramıdır deyib, Novruzun önəmini bizə anlatdı. Çöldəki itlərə çörək qırıntıları atdı. Bu Novruz bayramında bir köpəyin belə qisməti vardır dedi. Bahar məxluqatın bayramıdır. Biz də onların bayramında iştirak edək. Novruz günü çox sevincli halda idi...” (Son Şahitler 4-cü cild)
Bunu da qeyd edək Səid Nursi özü əhli sünnə alimidir və əhli sünnənin Şafei məzhəbindəndir. Bunu özü öz kitablarında vurğulayır. Ey nurçular və Şafei məzhəbinin ardıcılları bütün bunlardan sonra yenə təəssüfkeşlik edirsiniz?
QEYD: Səid Nursinin Novruz bayramı haqqında dediklərini daha çox mütaliə etmək istəyənlər qeyd etdiyimiz kitablara müraciət etsinlər.
Yorumlar
Yorum Gönder