Salavat ayəsini təhrif edən Elşad Miriyə Quran və sünnədən cavab.
إِنَّ
اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ
آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيماً
Həqiqətən Allah və Onun mələkləri daim peyğəmbərə
salam (salavat) göndərirlər. (Allah Ona öz xüsusi rəhmətini bəxş edir və
mələklər onu vəsf və təqdis edirlər.) Ey iman gətirənlər, ona salam və
(salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun. (Əhzab 56)
Bəziləri salavat ayəsini təhrif edərək, oradakı
salavat sözünü “dəstək” mənasında izah etməyə və beləliklə də salavatın əsl
mahiyyətini aradan aparmağa cəhd edirlər. Gəlin birgə salavat ayəsi deyə
tanınan Əhzab 56-nı qısa şəkildə təhlil edək.
يُصَلُّونَ – (Salavat göndəririlər) - Allahın Hz
Muhəmmədə salamı. Bu salam Allahın rəhmətinin ona nazil olmasından
ibarətdir.Çünki, salavat sözü Allaha nisbət verildikdə rəhmət mənasını verir.
وَمَلَائِكَتَهُ – (onun mələkləri (də peyğəmbərə salavat
göndərirlər) ) - Mələklərin salamı isə dua və bağışlanma diləyidir. Peyğəmbər
(s) o qədər ali məqama malkdir ki, Allah və mələkləri ona salam və salavat
göndərir.
يُصَلُّونَ – (Salavat göndəririlər) - Bu feli Allah
daimimliyi ifadə edəcək şəkildə gətirmişdi. Həm indiki zamanı və həm də
gələcəyi əhatə edir. Yəni, bu iş, beş dəfə-on dəfə yox, hey baş verir.
صَلُّوا – (salavat göndərin!) Əmrdir. Salavtın
deyilməsini əmr edir.
صَلُّوا عَلَيْهِ – (Ona salavat göndərin!) - Möminlərin salamı
isə Allah Rəsuluna (s) salavatın göndərilməsidir.
سَلِّمُوا تَسْلِيماً – (layiqincə salamlayın) İşlərində,
sözlərində ona təslim olmaq, tabe olmaq. Necə ki, Nisa 65-də buna işarə edir.
Peyğəmbərə necə salam və salavat göndərək?
Peyğəmbərə (s) salam göndərmək, istər
onun sağlığında ikən, istərsə də indiki zamanda eyni qaydadır. Bildiyimiz salam
kimi. Məsələn: “Salam olsun peyğəmbərə”, “Allahın
salamı olsun Rəsulullaha”, “Ey Allahın nəbisi salam” və s.
Hər kəs öz istədiyi formada ona salam verə bilər. Allah Rəsuluda (s) buyurur:
Kim mənə salam versə, salamını almaq üçün Allah ruhumu mənə qaytarar. (Əbu
Davud, 2041. əl-Albani onu “həsən” hesab etmişdir, “Səhih Əbu
Davud”, 1/383.)
Bəs necə salavat göndərək? – Səhih Buxariyə şərh yazan İbn Həcər Əsqəlani nəql edir: “Peyğəmbər (s)
buyurdu: “Mənə yarımçıq salavat göndərməyin. Dedilər: “Yarımçıq salavat nədir?”
Buyurdu: “Deyirlər Allahummə salli əla Muhəmməd - və ardını
demirlər. Siz belə deyin. Allahummə salli əla Muhəmməd və ali Muhəmməd.”
(“Əs-səvaiq”, səh.144.)
Buxarinin “Səhih” kitabında Əbu Səid
Xudrinin belə dediyi nəql olunur: “Biz peyğəmbərdən
(s) soruşduq: “Ya Rəsuləllah! Sənə salam verməyin qaydası aydındır. Necə
salavat göndərməyi isə bilmirik?” Peyğəmbər (ə) buyurdu: “Belə deyin:
“Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsulik, kəma səlləytə əla İbrahimə
və ali-İbrahim və barik əla Muhəmmədin və əla ali-Muhəmməd, kəma barəktə əla
İbrahim!” (İlahi! Bəndən vərəsulun Muhəmmədə
salavat göndər, necə ki, İbrahim və onun övladlarına salavatgöndərdin. Muhəmməd və
onun övladlarına bərəkət yetir, necə ki İbrahimə bərəkət verdin!)
Yenə həmin kitabda məşhur səhabə Kəb ibn
Ücrədən nəql olunur ki, müsəlmanlar Peyğəmbərdən (s), ona necə salavat
göndərmək barədə soruşduqda, onlara bu qaydada salavat göndərməyi öyrətdi:
“Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim,
innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma
barəktə əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Mühəmmədvə onun
övladlarına salavat göndər, necə ki, İbrahim övladlarına salavat göndərdin.
Həqiqətən, Sən uca və tərifə layiqsən. İlahi! Mühəmməd və onun övladlarına
bərəkətyetir, necə ki, İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və
tərifəlayiqsən!) (“Səhihi-Buxari”, c.6, səh.151) Buxari bu
hədisləri “Salavat” ayəsinin təfsirində qeyd etmişdir.
Əlavə olaraq bax: “Səhihi-Müslim”, c.1, səh.305, hədis
65; “Əd-durrul-mənsur”, c.5, səh.217; “Əl-müstədrəkü
ələs-səhiheyn”, c.3, səh.147;
Salavat demək vacibdirmi?
Bütün əhli sünnə fəqihləri deyir ki, salavat
namazlarda vacib digər hallarda isə müstəhəbdir. Yaxşıdır
ki, peyğəmbərin adı çəkildikdə salavatı deyək. Çünki, salavatda çoxlu savablar
vardır.Bu savabları əldən vermək axirətdə peşmançılığa səbəb olar.
İmam Şafeinin salavatla bağlı gözəl
beytlərini də burada yad etmək yerinə düşərdi.
Ey Allah Rəsulunun Əhli-beyti! Sizin
məhəbbətiniz
Allah tərəfindən nazil olmuş Quranda bizlərə
fərz (vacib) bilinib.
Sizin qədr-qiymətinizin ucalığı üçün bu kifayət
edər ki,
Hər kim Sizə salavat göndərməsə, onun namazı
sayılmaz.
(“Şərhul-məvahib”,
Zərqani, c.7, səh.7.)
Salavat
çəkilərkən əlin üzə sürülməsi yaxud sürülməməsi müzakirə predmenti deyil. Mühüm
olan o sözün deyilməsidir. Bu bəzən dildə səsli, bəzən isə ürəkdə ola bilər.
İnsan yazı yazarkən belə hörmət əlaməti olaraq Onun adından sonra da mötərizə
daxilində salavatı əks etdirən “(s)” sözləri də yaza bilər. Bütün bunlar sayğı
və hörmətin izharıdır. Çox təəssüf ki, bəzi din adına danışanlar “salavat”ı
gözdən salmaq və bu ülvi şüarı öz batil sözləri ilə aradan aparamaq üçün deyirlər
ki, “peyğəmbər (s) buyurmayıb ki, adımı yazandan sonra salavat yaz”. Hətta
Allah adından sonra yazılan (c.c – cəllə-cələluhu) ifadəsinə də dil uzadılır və
istehza edilir. Səhabələr peyğəmbəri (s) gördükdə salavat çəkirdilər? sualı
özü, də sual verənin niyyətini və yalanını ifşa edir. Məgər Quran deyir ki,
peyğəmbəri (s) görəndə ona salavat çək? Nə üçün yanlış misallar çəkməklə
insanları aldadırlar? Hətta iş o həddə çatır ki, salavat sözünü “dəstək”
mənasında ifadə edirlər. Onda məna belə olur ki, peyğəmbərə dəstək olun.
Əlbəttə bu cür məna və izah olduqca səhvdir. Quran ayəsi özü bizə bildirir ki,
salavatın deyilməsi davamlı şəkildə olmalıdır.
Digər
bir yanlış misal isə; “Bəs namazda niyə peyğəmbərin adı çəkiləndə salavat
demirik?” misalıdır. Bunun cavabını elə peyğəmbər (s) özü verir. “Namazı mənim
qıldığım kimi qılın.”
Peyğəmbər
(s) namazı necə icra edibsə müsəlmanlar da o formada, icra edirlər.
Salavat
mövzusuna dil uzadanların bir narahatçılığı da peyğəmbərə sayla (1-10-100 dəfə
və s) salavat göndərməkdir. Peyğəmbərdən (s) danışanlar onun hədisindən məgər
xəbərsizdirlər? Nə eyibi var ki, biri peyğəmbərə (s) 10 yaxud 100 yaxud 1000
dəfə salavat desin? Niyə peyğəmbərə salavat deyiləndə bəziləri narahat olur?
Peyğəmbərin (s) bəzi hədislərinə əsasən müsəlmanlar, gün ərzində yaxud cümə
günü ona salam və salavat göndərirlər. Elə sözümüzü də bu qəbildən olan bir
hədislə bitirək.
Kim
mənim üçün bir dəfə salavat gətirsə, Allah bunun sayəsində ona on dəfə salavat
gətirər. (Muslim, 1/288.)
Mahir
Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder