Vəhhabilərin Allah və peyğəmbər (s) barədə tükürpədən inancları.
Vəhhabi
alimi Əlbərbəhari öz kitabında yazır: "Yəhudi və nəsrani ilə yemək yeyərəm,
amma vəhhabilərlə müxalif olanlarla yemək yemərəm." Başqa bir yerdə deyir:
"Əhli sünnədən olan günahkar fasiqlə yoldaşlıq et. Çünki, ondan sənə ziyan gəlməz. Lakin, ibadət əhli
olan, şəriət məsələləri ilə maraqlanan və araşdırma aparan insanlarla yoldaşlıq
etmə.” Həsən Əs-Səqqaf "Əssələfiyyətul- vəhhabiyyə"adlı
kitabının 86- cı səhifəsində yazır: “Vəhhabilər öz ardıcıllarına düşünməyi
qadağan edir. Bir iş görmək, hər hansi bir dini ayini yerinə yetirmək istədikdə
yalnız vəhhabi alimləri ilə məsləhətləşməyi və başqa məzhəbdən olan alimlərlə
söhbəti qadağan edirlər. Baxmayaraq ki, Quran düşünməyi təkidlə buyurur. Onlar
ağılla mübarizə aparırlar. Onlar bir çox
işlərlə cəmiyyətdə fitnə fəsad törədirlər hətta qıldıqları namazla belə... Beləliklə
onlar inanırlar ki;
1.Vəhhabilər
namazlarında heç bir məzhəbə tabe olmurlar. (baxmayaraq ki, vəhhabilər özlərini
əhli sünnə kimi qələmə verirlər, lakin onlar namazda əhli sünnənin heç bir məzhəbinə
tabe olmurlar. Namazda ayaqlarını gen-bol açırlar.) 2.Namazdan sonra əl qaldıraraq dua etməyi bidət hesab edirlər. 3.Xoşlarına gəlməyən ayə və hədisi
asanlıqla inkar edirlər. 4.Quran və hədisdən başqa hər şey
bidətdir. 5.Ayələri təfsir etmək olmaz.
6.Təvəssül və Təbərrük küfrdür.
7.Əhli beyti sevmək şirkdi.
8. Məzar, türbə düzəltmək, qəbr ziyarəti olmaz.
9.Allahı
cisimləşdirmək. 10.Onları
qəbul etməyən hər kəs kafirdir. 11.Peyğəmbərdən şəfaət ummaq
olmaz.
12.Peyğəmbər və saleh insanların mövlud və matəmlərini qeyd etmək bidətdir.
13.Ölülərə
ağlamaq haramdır.
14. Düşünmək məntiqi nəticə çıxartmaq haramdı.
Allah barədə olan
inamları.
1.Vəhhabilərə görə Allah cismdir və məkan olaraq göydədir: - Fikirlərini subut etmək üçün
bu saxta hədisi uydururlar. Saxta hədis: “Bir gün peyğəmbər bir kənizdən
soruşdu: Allah hardadır? Kəniz dedi: “Göydə.”
Peyğəmbər (s) onun sahibinə ded i: Onu
azad et o, iman sahibidir.” (Kitabul ərş,
səh 63).
Bu hədis saxta hədisdi. Əgər Allah göydədisə onda yerdə deyil. Əgər
Allah cisimdirsə onda onun məkana ehtiyacı var. Əgər ehtiyacı varsa deməli
möhtacdır. Əgər möhtacdırsa onda Allah deyil. Baxmayaraq ki, Allah Quranda dəfələrlə
buyurur ki, Allahın heç kimə və heç nəyə ehtiyacı yoxdur. Bir dəstə müşrik peyğəmbərin
yanına gələrk dedilər: “Ya peyğəmbər! Bizim
ilahlarımız daşdandı, taxtadandı, dəmirdəndi, bəs sənin Allahın nədəndir?” Allah
peyğəmbərə İxlas sürəsini nazil etdi.
" (Ya
peyğəmbər!) De ki, o Allah birdir, şəriki yoxdu. Allah heç kəsə, heç nəyə
möhtac deyil. O doğmayıb doğulmayıb. Onun heç bir tayı bərabəri yoxdur.” (İxlas
sürəsi)
Quran ayəsi
subut edir ki Allah cism deyil. Çünki cism olan şey möhtaclıdır və ölümə məhkumdur.
Məlum oldu ki Allahın məkana ehtiyacı yoxdur. Deməli Allah göydədir sözü batil
və puçdur. Allah buyurur: “Məşriqdə məğribdə Allahındır. Hansı tərəfə yönəlsəniz
Allah o tərəfdədir. (Bəqərə 115)
2. Allah oturub: - Vəhhabilər Allahın oturduğu
iddiasindadırlar. (Fəthul-Məcid Əbdurrahman bin Muhamməd bin Əbdulvəhhab səh: 256)
Digər vəhhabi lideri İbn Baz deyir: Allah zatıyla ərşin üstündədir. (Həcc
jurnalı h. 1425-ci il. 11 bölüm, Məkkə səh. 73-74)
3. Allah da
istirahət edir: - Vəhhabilərin Allah barədə digər batil fikirlərindən
biri də Allahın yatıb istirahət etməsidir. Onların iddiasına görə Allah da
insan kimi yatır, istirahət edir. (Kitabul- ərş səh. 18)
4. Allah insanları
özünə bənzər yaratdı: - Vəhhabilər
deyir: “Allah, Onun sürətinə bənzəyən insan yaratdı. (özünə bənzər şəkildə
yaratdı). (İman əhlinin Adəmi Rəhman sürətində yaradılmasi ilə bağlı əqidəsi-Mahmud
əl- Tuşayciri s 76.)
5.
Cəhənnəm əbədi deyil: - Vəhhabilərə görə cəhənnəm əbədi deyil. Orda kafirlərin əzabı sona
çatar. (Əl qavlul-Muxtar lifenai ənnar- Əbdulkərim Əl həmid s 7) Vəhhabilərin
bu fikri də Qurana ziddir. Allah Quranda dəfələrlə cəhənnəmin əbədi olmasından
söz açır.
6.
Əbu Ləhəb və Əbu Cəhl müsəlmandır: - Azğın vəhhabilər deyir: “Əbu Ləhəb və Əbu Cəhl “lə
iləhə illəllah Muhəmmədər- Rəsulullah” deyib də peyğəmbər, əvliya və salihlərə
təvəssül edən müsəlmanlardan daha çox imanli mömin və ixlasdılar. (Tövhidi necə
anlarıq- Muhamməd Başəmil s 16 Səudi Ərəbistan) Əbu Ləhəb və Əbu Cəhl peyğəmbərlə
müxalif olan kafirlərdi, lakin bu azğınlar onları möminlərdən daha üstün hesab
edirlər.
Peyğəmbər (s) haqqında inamları.
1.
Hz Adəm (ə) peyğəmbər deyil: - Vəhhabilər deyir: “Adəm nə nəbi,
nə də rəsuldur.” (Peyğəmbərlərin hamısına iman etmək-Abdullah bin Yezid)
2.
Peyğəmbərə (s) salavat gətirmək günahdır: - Əbdulvəhhab
peyğəmbərə salavat gətirməyin əleyhinədir. Baxmayaraq ki Allah özü və mələklər
peyğəmbərə salavat göndərir və möminlərə də bu işi əmr edir.(Əhzab 56)
Əbdulvəhhab
deyir: “Fahişənin fahişəxanada zina etdiyinə görə qazandığı günah, peyğəmbərə
salavat göndərənin günahından azdır.”
Əbdulvəhhab deyir: “Mənim əsam peyğəmbərdən
(s) daha xeyirlidi. Çünki, mən əsadan
istifadə edir və onunla ilan öldürürəm. Amma, Muhəmməd artıq ölüb və heç kimə
faydası toxunmur. (Sələfiyyətul-vəhhabiyyə səh. 42) Əbdulvəhhab peyğəmbərə bu cür ədəbsizlik edir.
Onu adıyla çağırır və deyir o ölüb. Hətta əlindəki quru ağacı peyğəmbərdən daha
üstün hesab edir.
3.
Mövlud bidətdir: - Vəhhabi liderlərindən
olan İbn Fovzan deyir: “Cahil müsəlman və azğın alimlər peyğəmbərin mövludunu
qeyd edir.” Digər bir vəhhabi İbn Baz
deyir: “Peyğəmbər mövludunu qeyd etmək yəhudilərə bənzəməkdir.” (Ət tovhid s
115-116, həmçinin Ət təhrizu minəl bidət s 5.)
4.
Əzandan sonra salavat gətirmək olmaz:- Adi şəraitdə salavatın əleyhinə olan vəhhabilər
əzandan sonra da peyğəmbərə salavat gətirməyi günah hesab edirlər. Vəhhabilər
deyir: “Əzandan sonra peyğəmbərə aşikar salavat getirmək insanın öz anasıyla
zina etməsi kimidir.Böyük günahdır.” (Şamdakı Revada məscidinin imamı-Muhamməd Əccvivatinin
Əl-isabə kitabı)
Vəhhabilər
açıq aşkar Allahı və peyğəmbəri inkar edirlər. Elə bu işlərin nəticəsi oldu ki İslam
alimləri vəhhabiləri kafir adlandırdı. Əziz İslam peyğəmbəri (s) buyurur: "Şərq
tərəfdən elə adamlar peyda olacaqlar ki, onlar Quranı səmimi qəlbdən
oxumayacaqlar.Hədəfi deşib gedən ox kimi onlar İslamdan uzaqlaşarlar."
Başqa bir hədisdə buyrulur: Bir gün İslam peyğəmbəri dua edərkən buyurdu. İlahi
ölkələrimiz Şam və Yəməni rəhmətinlə doldur, şərəfləndir. Nəcd haqqında
soruşduqda belə buyurdu: Xeyr! Ordan şeytan buynuzları peyda olacaq. Bu məşhur
hədis bir çox əhli sünnə mənbələrində həmçinin Buxari və Müslimdə mövcuddur.
(Bax: Buxari “Dar ibn Kəsir” çapı, ili:1423,
252-ci səhifə, 1037-ci hədis;
Buxari 1755-ci səhifədə olan rəvayət. “Kitab əl-fitən”, 16-cı bab, “Bab qovl ən-Nəbiyy
(s) əl-fitnə min qibəlil-məşriq”, 7093-cü hədis; “Səhih Müslim” Kitab Səudiyyənin ər-Riyad şəhərində “Dar ət-Tayyibə”də
çap olunmuşdur. Müəllif kitabın 474-cü səhifəsində “Kitab əz-zəkat”da 48-ci
babda – “Bab ət-təhriz əla qətl əl-xəvaric” də hədisi gətirib və s)
Bunu qeyd
edək ki, vəhhabilərin lideri Əbdulvəhhab
da Nəcd vilayətindəndir.Bəzi mənbələr onu Nəcdli Muhamməd kimi qeyd edir.
Bunuda deyək
ki, bu vəhhabilərin inanclarının sadəcə bir qismidir. Onların hətta öz məhrəmləri
ilə belə müəyyən münasibətləri və bu işə təşviq edən hədislər mövcuddur.
Mahir Şəkərov
– İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder