Xəlifələrin Novruza olan məhəbbəti

Əllamə Seyyid Murtəza Cəfəri özünün Əl-Məvasim vəl-Mərasim kitabının 98-99-cu səhifəsində yazır: “Əhli sünnət Novruzu möhtərəm bilir və bir-birlərinə hədiyyələr göndərirdilər. Xəlifə Mütəvəkkil Abbasi Novruz zamanı bəzi xüsusi şirin şeylər bişitdirər və camaat arasında paylayardı.” (Əd-Diyarat səh. 57)
Muqtədir Abbasinin anası da bu günü əziz bilirdi. (Nuşvarul-Muhazerat c 1, səh. 293)
Xəlifə Vasiq (847) Novruzu möhtərəm hesab edirdi. (Əl-əvail c 19, səh. 230)
Kitabın yazdığına görə Mənsur Dəvaniqi də Novruzu qeyd etmişdir. Bəzi mənbələr Mənsur Dəvaniqiyə nisbət verərək saxta hədis düzəltmişlər. O, hədisin saxtalığına bu kifayət edər ki, həmin ravini heç bir hədis alimi tanımır və adını qeyd etməyib.
Həccac bin Yusif Səqəfi də Novruz təntənə ilə qeyd edənlərdən olmuşdur. (Əl-əvail c 2, səh. 34)
Bütün bu hadisələr baş verdikdə isə heç bir İslam alimi onlara bu işi irad tutmurdu. (Əl-Məvasim vəl-Mərasim kitabı 98-99)
Böyük əhli-sünnə tarixçisi, hədis və rical alimi Şəmsuddin əz-Zəhəbi zamanında Məkkənin qazisi olmuş Zübeyr ibn Bəkkarın belə dediyini yazır: "Zübeyr ibn Bəkkar demişdir: Müaviyə möhür divanı quran, Novruz və Mihrican bayramlarının qeyd olunmasına göstəriş verən, məscidlərdə məqsurə tikdirən, müsəlmanı işgəncə ilə qətlə yetirən, başında qarovul dəstəsi dayanan, ilk kortec quran, İslam aləmində özünə axtalanmış xidmətçilər (xədim) götürən və minbərin pillələrini 15 edən ilk şəxsdir. O, “mən ilk padşaham”, - deyərdi. (Şəmsuddin əz-Zəhəbi, "Siyəru-əlamin-nübəla", 3-cü cüz, 3890-cı səhifə; "Beytül-əfkarid-dəvliyyə", ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan)

  Mahir Şəkərov - İlahiyyatçı yazar.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)