Zuha 7-ci ayə peyğəmbəri (s) tənqid edir ya tərif?
İslam
peyğəmbəri (s) ilə bağlı olan bir irad da Zuha sürəsinin 7-ci ayəsi ilə
bağlıdır.
وَوَجَدَكَ ضَالًّا فَهَدَى
“Və səni (din mərifətlətindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol
göstərdi.” (Zuha 7)
Hidayət və zəlalətin mərhələləri vardır. İnsan hidayət yolunda bacardığı
qədər cəhd və səy göstərməlidir. Bu yolda edilən günahlar insanı hədəfə
yetişməkdə mane olur. Odur ki, ilahi insanlar, Allah əvliyaları nəinki günah,
hətta məkruh işlərdən belə çəkinir. Çünki, onlar getdikləri yola yaxşı
bələddirlər. Əgər bu yolu gedən peyğəmbərdirsə, o hamıdan daha çox məsuliyyətli
və diqqətlidir. Adi insanların etdikləri günahlara (yalan, qeybət, zina və s.)
peyğəmbərlər ümumiyyətlə yaxın belə düşməzlər. Hətta məkruh işi belə həyata
keçirtməzlər. Onlar məkruh işi belə özlərinə eyib bilərlər. Yəni insanı
Allahdan uzaqlaşdıran hər işi zəlalət, insanı Allaha yaxınlaşdıran hər işi də
hidayət bilərlər.
Deməli hər zəlalət günah və azğınlıq demək deyil. Zəlalət və hidayətin öz
dərəcələri vardır. Allah yaratdığı hər şeyi istisnasız hidayət edib. (Taha 50)
وَوَجَدَكَ ضَالًّا فَهَدَى
“Və səni (din mərifətlətindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol
göstərdi.” (Zuha 7)
Yəni, peyğəmbər (s) ilahi vəhyin muxatəbi olmaqla bir qədər də məqamı
ucaldı, hidayət yolunda bir addım da atdı. Nəinki peyğəəmbər (s) yolun azmışdı
sonra hidayət oldu. Bizim hidayət mövzusuna baxışımız yanlışdır deyə aldığımız
nəticə ürəkaçan olmur. İlahi insanlar ən yaxşı işin tərkini belə özlərinə böyük
bir eyib bilirlər. Odur ki, peyğəmbərlər müstəhəbb bir işi tərk etdikdə belə
narahat olurlar, tövbə edirlər. (Adəm (ə), Yunus (ə) kimi.) Allahın
əvliyalarından bir məkruh iş baş verdikdə günlərlə ona görə göz yaşı tökürlər.
Çünki, hidayət yolunda edilən ən xırda eyib belə ən uca hədəfə çatmaqda maniə
ola bilər.
Zuha sürəsinin 7-ci ayəsini yolunu azmaq kimi izah edənlərə Nəcm sürəsinin
2-ci ayəsini xatırlatmaq yerinə düşədi.
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى
Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan
çıxıb və nə də (əqidəsindən haqdan ) azıb. (Nəcm 2)
Quran Kərimdən bir neçə ayəni də bu mövzuda nümunə göstərmək olar. Allah öz
peyğəmbərlərini hidayət yolunda bir mərhəldən digərinə ucaldır – hidayət edir.
Bu hidayət onlar üçün yeni bir mənəvi məqamdır. Amma çox təəssüf bu ucalığı
bəziləri onların yolunu azmaları ilə əlaqələndirir.
أُوْلَئِكَ الَّذِينَ هَدَى اللّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ
“Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol.”
(Ənam 90)
وَمَا لَنَا أَلاَّ نَتَوَكَّلَ عَلَى اللّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا
“Allah bizi öz yollarımıza
(dünya və axirət kamilləklərinə) hidayət etdiyi halda biz nə üçün Ona təvkkül
etməməliyik?!” (İbrahim 12)
Bu ayə bütün peyğəmbərlərin
dilindəndir.
قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
“De: Şübhəsiz, Rəbbim məni
doğru yola hidayət edib.” (Ənam 161)
شَاكِرًا لِّأَنْعُمِهِ اجْتَبَاهُ وَهَدَاهُ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
“(İbrahim) Allahın nemətlərinə
şükr edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə dostluq məqamına)
seçdi və doğru yola hidayət etdi.” (Nəhl 121)
Əlavə olaraq bax: Ənam
84-85-86; Məryəm 58; Nisa 68.
Nəticə: Qurandakı ضَال kəlməsi peyğəmbərlər barədə
istifadə olunduqda, onların azğınlıqdan xilas olub hidayət olması yox, hidayət
yolunda mənəvi pillələri qət etməsi başa düşülməlidir.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder