Tövbə 107-ci ayə hansı məscidləri sökməyi əmr edir?



وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ
إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ

“Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri “Zirar” məscidi nəzərdə tutulur. Və onlar mütləq and içəcəklər ki: “bizim xeyir işdən başqa niyyətimiz olmayıb.” Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.” (Tövbə 107)
Bu ayə İslamın əleyhinə fəaliyyət göstərən, Allahın əmri peyğəmbərin göstərişi ilə viran edilmiş bir məscid barədədir. Bəzi dırnaqarası ilahiyyatçılar bu ayədən sui-istifadə edərək, dünya mənafeylərini nəzərə alaraq Quran ayəsini təhrif edir və istənilən məscid barədə yersiz müsahibə və fikirlər bildirirlər. Halbuki, Quranın dağıdılmasına əmr etdiyi məscidin xüsusiyyətlərini görməməzlikdən gəlirlər. Gəlin Quran işığında öyrənək ki, bu məsciddə nə kimi xüsusiyyətlər vardır ki, onun dağıdılması gündəmə gəldi.
 O kəslər ki, məscid düzəldərlər ki zərər versinlər...” وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا  1.
Məscidin tikilmə səbəbi çox mühümdür. Məscidin hansı məqsədlə tikilməsi, fəaliyyəti, cəmiyyətə verəcəyi töhfə və s. Quranın bildirdiyinə görə münafiqlər o məscidi müsəlmanlara zərər yetirmək, öz məkrli və alçaq planlarını həyata keçirtmək məqsədi ilə tikmişdilər.
2. وَكُفْرًا   - “Küfr” – Yer üzündə kafirliyi yaymaq yaxud gücləndirmək.
3. وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ – “möminlər arasına təfriqə salsınlar.” – Vəhdəti pozmaq.
4.  وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ – “Allah və Onun Rəsulu ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün.” – Casusluq. 
Quran ayələrindən istifadə edib görürük ki, Quranda sözügedən və dilimizə “zərərli məscid” deyə tərcümə edilən “zirar məscidi”ndə əsasən 4 xüsusiyyət vardır ki, hamısı da İslam və müsəlmanların əleyhinədir. Zərər vermək, küfrü yaymaq, təfriqə yaratmaq, Allah və peyğəmbəri və həmçinin möminlərə qarşı casusluq etmək, məsciddən öz məkrli niyyətlərinə yetişmək üçün sui-istifadə etmək və s.
Bu ayənin nazil olma səbəbinə və bu mövzuda olan hədislərə müraciət etdikdə görürük ki, məscidin qurulmasında “həsəd və paxıllıq” faktoru da mövcuddur. Halbuki, məscidlər təqva üzərində qurulmalıdır. (Tövbə 108)
Tövbə sürəsinin 108-109-110-cu ayələri də bu məscidlə bağlıdır.
Adlarını “ilahiyyatçı” qoyanlar Allahın ayəsini öz məkrli istəklərinə alət etməsinlər. Ölkədəki bütün məscidləri sual altına aparan məntiqsiz müsahibə, yazılardan çəkinsinlər. “Allahın evlərinə” qarşı “fikir müharibəsi” aparmasınlar. Adı “ilahiyyatçı” olanların məscidlərə qarşı olan fobiyasından sələfi-vəhhabi-İŞİD qoxusu gəlir. Axı məscid partlatmaq, məscid əhli içərisində ikən bombardman etmək, bu təkfirçilərin mənfi və batil irsidir. Müsahibə verməmişdən öncə Quranı vərəqləsəydiniz məscidlərin ilahi simbol (Nur 36) olduğunu mütləq görəcəkdiniz. O, Quran ki, dildə ondan danışır, əməldə isə ondan çox-çox uzaq düşübsünüz.


Mahir Şəkərov – İlahiyyatçı yazar.



Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)