Elşad Miri və Bayandır Əbduləzizi birləşdirən ortaq cəhətlər – “Məzhəbsizlik”, “Quranilik” və...


Hədis: “Elm bir nöqtə idi, nadanlar onu artırdı.”
Sözümə bu hədislə başlamağım heç də əbəs deyildir. Dəfələrə öz ardıcıllarını düşünməyə vadar edən dinimiz, nədənsə həmişə düşüncədən məhrum olan naşıların hədəfinə çevrilir. Allaha və Onun peyğəmbəri (s) barədə və eləcə də din adına saxta və uydurma məlumatları din adı ilə müsəlmanlara sırımaq istəyənlər həmişə olub və olacaqdır. Bizim vəzifəmiz onların müqabilində ayıq -sayıq olub, saxta məlumatların fikrimizə, həyatımıza sirayət etməsinin qarşısını almaqdır.
Son günlərdə Türkiyədəki “ilahiyyatçının” din əleyhinə söz və kitablarını Azərbaycana gətirmək sevdasına düşənlər də var. Əgər xarici dildə olan bir elmi əsər, kitab, təfsir və s həqiqətən cəmiyyət üçün faydalı olacaqsa, hər bir müsəlmanın borcudur ki, xarici dildə olan məlumatları insanların öz doğma dillərində ixtiyarlarında qoyulsun. Bu təqdirə layiqdir. Lakin, əqidəsi və dini məlum olmayan,, bir sıra dini məsələləri inkar edən açıq-aşkar dinlə mübarizə aparanların saxta və uydurma əqidələrinin Azərbaycan gətirilməsində görəsən nə kimi maraq var?  Axı biz bu işlərin acı təcrübəsini illər öncə dəfələrə müşahidə etdik.
Vaxti ilə Harun Yəhyanın zahirdə müəllifi olduğu, həqiqətdə isə özünə məxsus olmayan kitabları ölkəmizdə geniş şəkildə yayanlar, öz adlarını da kitab üzərində böyük həvəslə qeyd edirdilər. Lakin, saxta müəllifin əxlaqsız video kadrları, İslama zidd addımları mediada yayıldığından, massonluğu ilə bağlı faktlar üzə çıxdığından onların buradakı təbliğatçıları “hocam” dediklərinin təbliğatına xitam verdilər. Amma, bütün bunlar tarixin qaranlıq səhifələrinə həkk olunurdu.  Biz hələ nurçular mövzusuna girmirik. Ən azından ona görə ki, onların təbliğatçıları daha sonra anti təbliğat mövqeyində durdurlar.
Harun Yəhya, Fətullah Gülənlərin yeni adı Bayandır  Əbduləziz...
Bu ad, mətbuatı izləyən heç kimə yad deyil.  Elşad Mirinin Bayandır Əbduləzizlə müsahibəsinin, təqdimatında  “fərqli fikirləri ilə bilinən” ifadəsi də heç də təsadüfi deyildi. Elə o fərqli (Neoislam düşüncəsi) fikirlərinə görə, Bayandır Əbduləziz Türkiyənin tanınmış  ruhaniləri arasında daim tənqid olunmuşdur. Bayandır Əbduləziz və bu kimi düşünənlər çox təhlükəli bir oyunun qurucusudurlar. Diqqət edin. Bu şəxslər, özlərini din fədailəri, din üçün ürəyi yanan kimi göstərmələri çoxlarının aldandığı məqamdır. Fətullah Gülənin geydiyi donlar, etdiyi artistliklər yaxın keçmişdir. Bu mənfi düşüncənin sahibləri hər şeyi guya Quranla həyata keçirir  və Quranda olmayan mövzuları rahatlıqla rədd edir, peyğəmbər (s) sünnəsinə, təfsirlərə zərrə əhəmiyyət vermirlər.  Bu kimi şəxslər, heç kim özlərinə irad tuta yaxud dəlil gətirə bilməsin deyə özlərini “məzhəbsiz” adlandırırlar.  Amma anlamırlar ki, hətta daşın da, qumun da bir məzhəbi var. Qurandan dəm vuran bu “İslamçılar” Qurandakı məzhəb anlayışını belə unudublar.  Bayandır Əbduləzizin  və Elşad bəyin bu baxımdan ortaq və birləşdirən cəhətlərindən biri də “məzhəbsizlik” və yalnız Quranla getdiyini düşünən “Quranilik” adlı iki İslama zidd baxışıdır.
Xristianlıqda və eləcə digər öncəki dinlərdə olduğu kimi, bu düşüncənin sahiblərində də çox təhükəli bir istək vardır. Peyğəmbərə (s) “günah”, “azğınlıq”, kimi mövzuları nisbət verərək cəmiyyətin zehnində “günah edən bir peyğəmbər” formalaşdırmağa cəhd edirlər. Bütün peyğəmbərlərə bir qulp qoyaraq, onları günahda, yolunu azmaqda ittiham edənlər, əslində təhrif olunmuş dinlərdəki mənfi siyasətin təkrarçısıdırlar. Bütün qüvvələrini peyğəmbərlər əleyhinə səfərbər edən “ilahiyyatçılar”ın  istinad etdikləri Quran, peyğəmbərlərin məsumluğunu aydın şəkildə isbat edir. Bu haqda geniş araşdırmalar oxucuların ixtiyarına qoyulmuş və irəli sürdükləri batil iddialar Quranla rədd edilmişdir.
Bayandır  ƏbdulƏzizin müsabəsində bir maraqlı məsələdə budur ki, “Quranın Quranla təfsiri” metdounu sanki özü icad edibmiş kimi çatdırmasıdır. Elm əhli çox yaxşı bilir ki, bunu Bayandır ya digərləri ilə zərrə əlaqəsi yoxdur. Yadıma Harun Yəhya düşdü yenə. O da, insanlara kitab yazdırır və öz adı ilə çap etdirirdi. Dedim axı ad fərqlidir , düşüncə və fikir isə yerindədir.
Qurandan danışan amma Quranın ruhundan xəbərsizlərin bir iddiası da həmişə dedikləri “Ölü üçün Quran oxumaq” Guya camaat məhz ölü üçün Quran oxuduğundan din, İslam,Quran unudulub. Bu nə gülməli nonsensdir belə? Ölü üçün Quran oxumayın deyirsiz, bəs nə oxuyaq? Alternativi də söyləyin. Məgər siz peyğəmbərdən daha çox hidayət olunmuşlarsız? Peyğəmbər (s) bu işi tövsiyə etdiyi halda sizlərə nə olub ki, İslam əleyhinə təbliğat aparırsınız? Ölü üçün mahnı oxuyaq, rəqs edək, yaxid digər mədəniyyətlərdə olan qeyri mənəvi addımları ataq? Sizin yoxdur dediyinizə peyğəmbər sizlərin üzünüzə şillə kimi yapışacaq VARDIR sözünü söyləyir.
“Ölənlərə  Yasin  oxuyun”  hədisinin  mənbələri;
1. Səhihi  Müslim  c 5, səh  73-78
2.Nəvəvi - Riyazus-Salihin səh  293.
3. Səhihi Müslim c 3, səh  202.
4. Səhihi Müslim c 1, səh  61.
5.Tirmizi c 8, səh 306.
6.Nəsai  c 6, səh  117.
7.Qunduzi  Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8.Tirmizi c 5, səh  306.
9.Əhməd  ibni  Hənbəl c 1, səh  95.
10.Səhihi  Muslim c 2, səh  360.
11.Cəlaləddin  Suyuti – Tarixul-Xuləfa  səh  190.
12. Büyük  Şafii  İlmihali  səh 198, türkçə
13.Şərhul-Səhihi  Muslim c 3, səh  202.
14.Müsnədi  Əhməd c 5, səh  26.
İstər Elşad, istərsə də Bayandır bəyin söylədikləri yeni fikir və ideya deyildir.  İslam tarixinin qaranlıq səhifələrinə gömülən din düşmənlərinin fikir və ideyalarını bu günkü gündə təbliğ edən, vaxtı çatdıqda qutuya qoyulacaq fiqurlardır. Elşad bəyin bu günə qədər iddia etdiyi bütün məsələləri Quranla cavablandırıb əziz oxucuların ixtiyarında qoymuşuq. (Bax: http://mahir-shekerov.blogspot.com/
Yalnız Qurana söykənən bu "din" təbliğatçılarını gördükdə yadıma Yezidin şer divanında olan bir beyti yadıma düşdü. Yezid də Qurana əsasən içkini özünə halal etmişdi. Yezid deyirdi: "Rəbbin Quranda "vay şərab içənlərə" deməyib, lakin vay namaz qılanlara" deyib..." 
Görürüsünüzmü bu mənfi düşüncənin kökləri hara gedib çıxır? Öz batil əqidəsinə don geyindirən Yezidlər bu gün də müxtəlif adlarla gündəmdədir... 

Mahir Şəkərov - İlahiyyatçı yazar. 


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)