Nadanlara nəsihət- "Quran həm ölülər, həm də dirilər üçündür."
İslamı məhv etmək üçün çalışanlar bu missiyalarını müxtəlif cür həyata
keçirirlər.Bəziləri öz məkrli
niyyətlərini açıq-aşkar izhar edib, dilə gətirdiyi halda, bəziləri isə İslam
libasına bürünərək, bunu İslam, müsəlman adıyla həyata keçirtmək
niyyətindədirlər. Onlar elə bilirlər ki, İslamı öz batil
əməlləri ilə aradan apara
biləcəklər. Quranın bəyanı ilə
desək: “Allahın nurunu öz
ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və
iftira ilə batil etmək) istəyirlər,
halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.”
(Saff 8)
Bu cür fikrə düşənlərdən biri də,
saytlarda “QURAN DİRİLƏR ÜÇÜNDÜR...” başlığı ilə yazı dərc
elətdirən, özünü əhli sünnə kimi qələm
verən, lakin, əhli-sünnə əqidəsindən çox-çox uzaq olan bir şəxsdir. Sözü uzatmadan onun yazdıqlarını
oxuyub bir- bir tənqid və
təhlil edək.
Qeyd: Müəllifin
yazısını sizə olduğu kimi
təqdim edirik. Xatırladım ki, müəllifin yazısında bir sıra qrammatik, o cümlədən hərf səhvləri
var.Biz o səhvlərə
düzəliş etmədən olduğu kimi təqdim
edirik.
Müəllif öz yazısına belə başlayır;
“Enməmişdir Bu Quran, bunu haqqıyla bilin.
Nə məzarlıqda
oxunmaq, nə də fal baxmaq üçün"
Məhmət Akif.
Müəllifə cavab: Müəllif yazısına Mehmet Akifin
şeri ilə başlayır və şeirdəki
“Nə məzarlıqda oxunmaq” ifadəsini oxucunun diqqətinə çatdırmaq istəyir. Görəsən niyə?
Bu şeir, Mehmet Akifin Quranla bağlı yazdığı şeirindən bir misradır. Bu misradakı “Nə məzarlıqda
oxunmaq” ifadəsini müxtəlif cür izah
etmək mümkündür. Görəsən müəllif niyə bu
ifadədən ancaq bunu başa düşür ki, “Quranı məzarlıqda oxumaq olmaz.”
Bu şeiri hər
kəs istədiyi şəkildə yoza bilər. Düşünən, ağıllı, və İslamdan xəbəri olanlar çox yaxşı bilir
ki, bu şeirdəki “Nə məzarlıqda
oxunmaq” ifadəsinin, Quranı məzarlıqda oxunub-oxunmaması ilə heç
bir əlaqəsi yoxdur. Lakin, insanları aldatmaq istəyən bu müəllif
şeridən sui-istifadə edərək, öz çirkin niyyətini ortaya qoyur.Bu
cür yanaşma batil və
məntiqsizdir. Lap fərz edək
ki, Mehmet Akif siz düşündüyünüz
kimi düşünür və şeiri də
o məqsədlə yazmışdır. Nə olsun ki?
Məgər Mehmet Akif İslam alimidir?
Lap olsun İslam alimi...
Məgər onun yazdığı
şeir, İslam peyğəmbərinin (s) sözündən daha üstündür?
Bu nə məntiqsiz addımdır. Siz “Quran dirilər üçündür” fikrini (zi) bu iki
misralıq şeir ilə subuta
yetirmək istəyirisiniz?! Sizin bu halınız çox gülüncdür. Sizin məsəliniz, dəryada boğulan zaman hər
yerdən əli üzülən, nəhayət əlini saman
çöpünə atan kəs
kimidir. Siz bunun fərqindəsinizmi? Əgər siz dini bir araşdırma aparmaq fikrinə düşmüsünüzsə, onda zəhmət çəkin dediklərinizi
Quranla və hədislə
sübuta yetirin. Hansısa şairin şeiri ilə
yox. Sizin bu addımınız
acizliyinizin əlamətidir.
Müəllif daha sonra yazır: “Allah buyurdu: "(Ey Muhəmməd!") sənə endirdiyimiz bu kitab
mübarəkdir; ayələrini düşünənlər, ağıllı
olanlar da öyüd
alsınlar" (Sad, 29)
Səhabələr Quranın hökmlərini yerinə yetirmək,
qadağalarını tərk etmək üçün
bir- birləri ilə yarışdılar və beləcə
də dünya və
axirətin xoşbəxt insanları oldular.
Müəllifə cavab: Bəli, Allah Quranda
dəfələrlə insanları düşünməyə dəvət edir
ki, buna nümunə kimi
bir ayə də qeyd etmisiniz.
Siz deyirsiniz ki; “Səhabələr
Quranın hökmlərini yerinə yetirmək, qadağalarını tərk etmək üçün bir
- birləri ilə yarışdılar və beləcə
də dünya və
axirətin xoşbəxt insanları oldular.” Ay müəllif,
siz də qadağalardan çəkinməklə, ilahi hökmləri yerinə yetirməklə
xoşbətlərdən olun. Məgər bu məsələdə
sizə mane olan var?
Müəllifin yazısının davamını oxuyaq: “Daha sonra gələn
nəsillərdən bəziləri (daha doğrusu çoxu) Quranın həyat prinsiplərini tərk edib,
sadəcə qəbirstanlıqda və hüzn
günlərində oxuyaraq ona bir
"ölü kitabı" nəzəri ilə baxmağa başlayınca zillətə düşdülər. Başqa sözlə desək
Allahın bu sözünə
muxatab oldular: "Peyğəmbər, Ey Rəbbim! doğrusu ümmətim bu Quranı tərk
etmişdir, dedi" (Furqan, 30)”
Müəllifə cavab: Quranın prinsiplərini tərk etmək başqa,
onu qəbiristanlıq və hüzr
günlərində oxumaq başqa... Siz bu ikisini bir- birindən ayırd edə
bilmirsinizsə , niyə əlinizə qələm alıb bu
yazını yazmısınız? Quranın hökmlərinə əməl etməmək və qəbristanlıqda
Quran oxumaq, hər ikisi eyni şeydir?! Bunu hansı məntiqdən
cıxış edib deyirsiniz?!
Qurana “ölü kitabı” nəzəri ilə baxanlar,
nadan və cahillərdir. Heç bir ağıllı müsəlman Qurana “ölü
kitabı” nəzəri ilə baxmır. Amma siz yazınızda bu ifadəni
işlətməklə, həmin nadan və
cahillərlə eyni fikirdə olduğunuzu bir daha təsdiqlədiniz. Siz bunun fərqindəsinizmi?! Zillətə düçar olanlar
da, məhz elə o nadan və
cahillərdir.
Yazdığınız Quran ayəsinə gəldikdə isə, o ayə
sizin fikriniz üçün dəlil
və sübut sayıla bilməz. Əksinə, bu ayə sizin
öz əleyhinizə dəlil və
höccətdir. Siz bu ayəni
deməklə, oxucuya çatdırmaq istəyirsiniz ki, qəbiristanlıqda və ölü üçün Quran
oxumaq olmaz?! Siz bu qənaətə necə gəldiniz?!
Əgər desəniz ki, ayədəki
“Ümmətim bu Quranı tərk
etmişdir” ifadəsini nəzərdə tutursunuz, onda siz yenə də
səhvə yol verəcəksiniz.
Bu hədisə diqqət edin.
“Allah Rəsulu (s) qəbiristanlıqda
bir qəbirin yanında dayanan
bir ərəbi gördü və
ondan soruşdu: Sən nə edirsən?
Ərəb dedi: Bu mərhumun ruhuna Quran oxuyuram.
Allah Rəsulu (s) buyurdu: Həqiqətən
sənin və ölənin bu işdən çox savabı
olacaq. Bu ən gözəl hədiyyələrdəndir. (Hədisin mənbələri: Səhihi Muslim c.1, səh. 61, Səhihi Muslim c .2, səh. 360, Tirmizi c.5, səh 301,
Tirmizi c.8, səh 306, Nəsai c.6, səh 117, Nəsai c.8, səh 117, Əhməd bin Hənbəl –Müsnəd c.1, səh 95, Əl- Qunduzi əl-Hənəfi
- “Yənaibul-Məvəddət səh 55 və 180, və s.)
Ay müəllif, Allah Rəsulu (s) qəbristanlıqda ölü üçün Quran
oxuyan şəxsi nə
üçün, bu əməlindən çəkindirmədi?! Əksinə onu bu
işə daha da həvəsləndirərək
buyurdu: “Həqiqətən sənin və
ölənin bu işdən çox savabı
olacaq.Bu ən gözəl
hədiyyələrdəndir.”
Allah Rəsulu (s) dünyasını dəyişənlər üçün Quran oxumağı qadağan etmədiyi halda, sizə kim ixtiyar verib ki, bu işi qadağan edəsiniz?! Hətta, utanmadan Quran ayəsindən
də sui-istifadə edərək, insanları aldadırsınız. Uca Allah bu
cür şəxslər barədə buyurur:
“Allah barədə yalan
uyduranlardan və onun ayələrini, yalan hesab edənlərdən daha zalım
kim ola bilər?!”
(Əraf 37)
Digər ayədə isə bu cür şəxslərin acı aqibəti haqqında belə buyurur: “(Ya peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub
söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)” (Zumər 60)
O gün hər ümmətdən,
ayələrimizi təkzib edənləri, dəstə-dəstə yığarıq. Sonra onlar (cəm şəkildə) məhşərə sürüklənəcəklər. (Nəml 83)
Allahın ayələrini öz istəklərinə
görə izah edib, insanları aldadanlara, Allah qiyamət günü belə
xitab edəcək: “Onlar (haqq-hesab yerinə)
gəlib çatdıqda (Allah) buyurar: Ayələrimizi
başa düşmədiyiniz halda, onları yalanmı hesab edirdiniz?! Siz nə edirdiniz?! Yaxud siz
(dünyada) nə edirdiniz?! (O nə iş idi ki, görürdünüz?!)” (Nəml 84)
Ay müəllif, hədisdən də gördüyünüz kimi Hz peyğəmbər (s) sizdən və sizin kimi
düşünənlərdən fərqli olaraq, Quranın qəbristanlıqda və ölü üçün oxunmasının əleyhinə deyil. Bəs buna sözünüz nədir?! Sizin fikrinizcə
peyğəmbər (s) dünyasını dəyişənlər üçün Quran
oxumağa izn verirsə,
deməli o da Quranın prinsiplərini, tərk edərək Qurana
“ölü kitabı” nəzəri ilə baxır?! Və ya qeyd
etdiyiniz kimi, peyğəmbər (s) bu işi görməklə
“zillətə” düşüb?! Onda belə çıxır
ki, dəlil olaraq gətirdiyiniz
bu ayə; “Peyğəmbər, Ey Rəbbim! doğrusu ümmətim bu Quranı
tərk etmişdir, dedi” (Furqan, 30)” Hz peyğəmbərə (s) də şamil
olunur? Əgər desəniz ki, xeyr, onda siz yuxarıda
qeyd etdiyiniz dəlili inkar
etmiş olacaqsınız. Yox əgər, bəli cavabını versəniz, onda siz Peyğəmbəri
(s) Quranın prinsiplərini tərk etməkdə, Quranı “ölü kitabı”
adlandırmaqda və ən əsası isə peyğəmbəri (s) zillətə düşməkdə ittiham etmiş
olacaqsınız ki, biz bu cür azğınlıqdan Allaha pənah aparırıq. Sizə məsləhətim
budur ki, ya susun , ya da etdiyiniz səhvi etiraf
edin. Bilmədiyiniz mövzu barəsində də, birdə heç vaxt
danışmayın. Çünki atdığınız bu elmsiz (savadsız) addımlar sizi həm
bu dünyada, həm də axirətdə rüsvay edəcəkdir.
Müəllif sonra yazır: “Şübhəsiz Allah Quranı, onu anlayıb həyatlarına tətbiq etmək
üçün dirilərə göndərdi. Quran ölülər üçün göndərilmiş bir kitab
deyildir.”
Müəllifə cavab: Müəllif yazısının bu yerində, özü də fərqində
olmadan , mövzunu tam başqa bir
istiqamətə yönləndirir. Başqa sözlə desək,
yeni bir mövzu açır. Məsələ aydın olsun
deyə bu hissəni sizə cümləbə-cümlə, yazıb izah edərik. Müəllifin yazdığı
bu
iki cümləyə diqqət edin.
1-ci cümlə: “Şübhəsiz Allah Quranı, onu anlayıb həyatlarına tətbiq etmək
üçün dirilərə göndərdi.”
Müəllif bu cümlədə diri deyəndə, yeyən, gəzən, gülən, danışan şəxsləri nəzərdə tutur.
2-ci cümlə: “Quran ölülər üçün göndərilmiş bir kitab deyildir.”
Müəllif bu cümləsində, “ölü” deyəndə, dünyasını dəyişənləri nəzərdə tutur.
Müəllifə ümumi bir cavab:
Müəllifin bu iki cümləsi,
əslində onun İslama olan
baxışının düzgün olmadığını bir daha nümayiş
etdirir. Çox qəribədir ki, müəllif “ölü” deyəndə
dünyasını dəyişənləri, diri deyəndə isə, bunun əksini (ölü olmayanları- sağları) nəzərdə tutur. Müəllifin bu nəzərləri
İslamla tam ziddir. Çünki, Quranın məntiqində ölü və diri tam ayrı-ayrı mənalarda işlənmişdir. Ay müəllif! Quran ölü deyəndə,
əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə tutur.Və Quran diri
deyəndə qəlbi dirilmiş (iman əhli) şəxsləri nəzərdə tutur. Bu barədə Quranda
kifayət qədər ayə var. Nümunə üçün birini qeyd edirəm.
“Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra
Bizim (dinə hidayət etməklə) dirildərək
(imanından,) vasitəsilə insanlar arasında yol getdiyi
(yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və
ondan çıxmayacaq
şəxs kimidir?!...” (Ənam 122)
Ay müəllif! Quran hətta
bəzi yerlərdə ölüləri diri adlandırır.
Uca Allah buyurur: “Allah yolunda öldürülənləri əsla ölü
zənn etmə, əksinə, diridirlər və onlara
Rəbbi yanında ruzi verilir.”
(Ali-İmran 169)
Ölü və diri kimdir? – sualına ən gözəl
cavabı elə Quran
özü verir elə
deyilmi?!
Siz qeyd edirsiniz ki; “Şübhəsiz Allah Quranı,
onu anlayıb həyatlarına tətbiq etmək üçün
dirilərə göndərdi.”
Bəli, o dirilərə ki, onların qəlbi Allah nuru ilə
hidayət tapmış, və onlar bu
hidayətin sayəsində, xəlq olunmalarının əsl mahiyyətini anlayıb, Qurana əməl edirlər.
Quranı bir həyat kitabı
halına gətirərək, oxuyub əməl edirlər.
Yoxsa ki, həyatını Quran üzrə yaşamayan,
dinindən, Quranından xəbərsiz olaraq yaşayan
bir şəxs, İslamın nəzərində ölü kimidir.
Uca Allah bu həqiqəti
belə bəyan edir: “Və (iman əhli olan beyin və qəlb)
dirilər(i) ilə də
(küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! (Fatir 21)
Deməli, Quranın məntiqində ölü və diri olmağın
meyarı, həyat və ölüm
yox, İMAN və KÜFR olaraq təyin edilir.
Müəllif yazısına davam edərək
yazır: “Ölülərin artıq əməlləri kəsilmişdir və onlar
Quranı nə oxuya
bilər, nə də onunla əməl edə bilərlər.”
Müəllifə cavab: Çox qəribədir ki, bu cümlənizdən
bir qədər sonra, insana öldükdən sonra yetişən savablardan bəhs edən
hədis qeyd etmisiniz.
Siz o hədislə
bu dediklərinizi inkar edirsiniz. Yəni insan öldükdən sonra ona
heç bir savab
yetişmir. Sizin öz ifadənizlə
qeyd etsək; “Ölülərin artıq əməlləri kəsilmişdir ...” Sizin qeyd etdiyiniz
hədis sizin fikrinizin
tam ziddinədir. Çox maraqlıdır ki, özünüz deyib, özünüz də yalan
danışdığınızı təsdiq edirsiniz. İndi biz sizin hansı sözünüzə
inanaq?! Belə bir halda ki,
fikirləriniz müxtəlif və bir
–birinə ziddir...
Siz daha sonra qeyd
edirsiniz ki; “və onlar
Quranı nə oxuya
bilər, nə də onunla
əməl edə bilərlər.”
Ay müəllif, sizə kim deyib ki, ölülər Quran oxuyur? Siz Azərbaycan dilini bilmirsiniz? Ölülər Quran oxumur,
əksinə ölüyə Quran oxunur. Bunu bir- birindən ayıra bilmirsiniz? Məlum məsələdir ki, dünyasını dəyişənlər nə Quran oxuya
bilər, nə də Qurana əməl edə bilərlər.
Bu sizi niyə belə təəccübləndirb?
Müəllif daha sonra yazır: “Övladlarından başqasının oxuduğu Quranın savabı isə
onlara çatmaz.”
Müəllifə cavab: Müəllif bu cümləsi ilə bir
daha yalan danışdığını isbat edir. Diqqət edin. Müəllif yuxarıda sözünə başlayarkən, Quranın ölü üçün oxunmasını, Quranın prinsiplərini tərk etmək
və zillətə düşmək kimi qələmə
verir. Amma bu cümləsində
deyir; “Övladlarından başqasının oxuduğu Quranın savabı isə
onlara
çatmaz.”
Deməli övladın oxuduğu, Quranın savabı valideynə
çatdığı halda, başqa birisi bu işi görsə, savab çatmır? Ay müəllif, Allah Rəsulu (s) sizin bu sözünüzün əksinə olaraq buyurur: “Hər kim qəbristana
girib Yasin oxuyarsa və savabını
ölülərə bağışlayarsa o gün Allah onların
(ölülərin) əzabını yüngülləşdirər, özünə də bu qəbristandakı ölülərin sayı qədər
savab verilir. Hər kim qəbristana
girib İxlas sürəsini
11 dəfə oxuyub
savabını ölülərə bağışlayarsa oradakı ölülər qədər ona savab
verilir.” (Əbu Davud, Əhməd, İbni Hibban, Daha ətraflı bax: "Şərh Səhihi Muslim", c 3, səh 202 )
Ay müəllif! Allah Rəsulu
(s) Quran oxuyanın kimliyindən asılı olmayaraq
hər kəs oxusa,
savab çatar buyurur. Bəs siz nə deyirsiniz?
Müəllif yazısının davamında yazır: “Hələ günümüzdə çox yayğın olan
qəbirstanlıqda pulla Yasin oxutmağın savabı ölülərimizə
nəinki çatmayacaq, hətta onu oxuyanlar
və oxutduranlar üçün bir vəbalı (bəlası) da toxunacaqdır. Allah Bəqərə surəsində bizə "Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız
Məndən qorxun." (2/41) deyir. Allahın ayəsini ucuz qiymətə satmağın növlərindən biri də
onu ölülərə oxumaqdır.”
Müəllifə cavab: Siz yenə də
mövzu içində, mövzu açdınız. Quranı ölüyə
və ya qəbiristanlıqda oxumaq ayrı, Quranı pulla oxumaq
ayrı. Niyə siz hər dəfə eyni səhvləri
təkrar edirsiniz?!
Gəlin belə bir sual qoyaq
və müzakirəyə başlayaq. Sual: Quranı
pulla oxumaq və
ya oxutdurmaq olarmı?
Cavab: Əvvəla bunu bilmək lazımdır ki,
insanın dünyasını dəyişənlər üçün
Quran oxuması və ya oxutdurması ixtiyari bir işdir. Dünyasını dəyişənlərə Quran oxuyaraq savabını onlara hədiyyə etmək savab və bəyənilən
bir əməldir ki, biz bunları əziz peyğəmbərimizin (s) tövsiyələrinə uyğun olaraq
həyata keçiririk. Bu barədə hədislər
mövcuddur ki, buna toxunarıq. İndi keçək Quranın pulla oxunub oxunmaması məsələsinə. Əgər bir şəxs, şəriətdə deyildiyi kimi, atası vəfat edən
zaman, onun cənazəsinə özü qüsl verməyib,
bu işi başqasına tapşırırsa, onun kəfənlənməsi, qəbirinin qazılması, onun ruhuna Quran oxumaq
və bu kimi
bütün işlərin öhdəsindən gələ bilmirsə
və bu deyilən
işləri başqasına həvalə edirsə,
deməli onun haqqını da verməlidir.
Kimsə bir işi bacarmırsa, və başqasına o işi
gördürürsə, onun haqqını verməməlidir? Bu da şəriətdə
yazılıb?
Əvvəla, heç kimi məcbur edən yoxdur ki, kiməsə pul verib
Quran oxutdursun. Heç Allah da bunu
bizdən tələb etmir. Hər kəs könüllü şəkildə bu işi görür. Kimsə də Quran
oxuya bilmirsə və bunu
bacaran bir şəxsə həvalə
edirsə onun haqqını
da verməlidir. Bu İslam dininin
əsas prinsiplərindəndir. Hədisi-Qudsidə buyurulur: “Allah buyurur ki: “Üç qrup insan vardır ki,
Qiyamət günü Mən onların qənimiyəm. Mən, kimə qənim kəsilərsəm, onu həlak edərəm. O üç qrup insan bunlardır:
1. Mənə söz verib, sonra vədindən dönən, ,
2. Azad bir insanı (kölə kimi)
sataraq pulunu yeyən
3. Bir nəfərə iş gördürüb, ondan istifadə etdikdən sonra pulunu verməyən kimsələrdir.” (Sünəni-İbn Macə,
Babur-Ruhun, 2143.)”
Allah özü buyurur ki, bir insana iş gördürsəniz
onun haqqını verin.
Deməli, bir kəs bacarmadığı bir işi
başqasına gördürürsə onun haqqını da verməlidir.
Bu, bütün işlərdə belədir. Quranı pulla oxumaq
da bu qəbildəndir.
Yox, əgər kimsə pul
vermək istəmirsə zəhmət çəkib öz
işini özü görsün.Yoxsa kimdənsə tələb etməsin
ki, atama-anama, qardaşıma müftə Quran oxu. Bu həm İslama,
həm də ağıl və
məntiqə ziddir.
Müəllif qeyd edir ki; “...qəbirstanlıqda pulla Yasin
oxutmağın savabı ölülərimizə nəinki çatmayacaq,
hətta onu oxuyanlar və oxutduranlar
üçün bir vəbalı
(bəlası) da toxunacaqdır.”
Deməli Yasin pulsuz oxunsa ölüyə çatar? Quranı oxuyanlara və
oxutduranlara bu işin nəinki vəbalı (bəlası) toxunacaq, əksinə, bu işi gördüklərinə
görə savab qazanacaqlar.
Necəki, Abdulllah ibni Ömər insanlara
tövsiyə edirdi ki,
öz ölənləri üçün Quran
oxusunlar. (Beyhəqi 4 c, səh 56)
Əgər bu işin bəlası
var idisə nə üçün Abdullah ibni Ömər
bu işi camaata
tövsiyə edirdi?
Siz qeyd edirsiniz ki; “Allah Bəqərə sürəsində bizə "Mənim ayələrimi ucuz qiymətə
satmayın və yalnız Məndən qorxun." (2/41) deyir. Allahın ayəsini ucuz qiymətə
satmağın növlərindən biri də
onu ölülərə oxumaqdır.”
Sizin dəlil kimi gətiridiyiniz
ayə yenə də
sizin fikriniz
üçün dəlil və
subut sayıla bilməz.
Siz heç olmazsa bu yazını
yazarkən, bu ayənin təfsirini, onun nazil olma
səbəbini oxusaydınız yəqin özünüz də görəcəkdiniz
ki, bu ayə tamamilə başqa mövzudan
bəhs
edir. Allah bu ayədə
yəhudi alimlərinin öz əhdlərinə
- Tövratda peyğəmbərin gəlişi ilə
bağlı qeyd olunan ayələri camaatdan gizlədərək, peyğəmbərə qarşı
çıxmalarından, danışır. Onlar Allahın ayələrinə qarşı kafir
oldular. Alimlərin susmasının və haqqı
gizlətməsinin səbəbi, onların maddiyyata bağlılıqları idi. Allah
da onların bu əməllərini
rəmzi olaraq “ayələri satmaq” adlandırır. Amma görünən budur ki,
siz bu ayənin əsl
mahiyyətindən xəbərsizsiniz. Artıq ikinci dəfədir
ki, insanları aldatmaq üçün Quran ayəsindən
sui- istifadə edirsiniz. Allahdan qorxmursunuz?!
Müəllifin yazısının davamını oxuyaq: "İkra!" (Oxu) əmri ilə başlayan Quranı ölünün necə
oxuyacağını heç düşündünüzmü? Öldükdən sonra "Məni doğru yola
yönəlt!" deyə dua etməsini
necə? "Mənim həyatım da, ibadətim də, ölümüm də aləmlərin
Rəbbi olan Allah
üçündür" deməsi isə mümkün
deyil. Bir ölünün edə bilməyəcəyi
əmrlər və qadağalar
var quranda.
Müəllifə cavab: "İkra!" nədir? Siz Quran
ayəsini Azərbaycan əlifbası ilə də düz yaza bilməmisiniz. "İkra!" yox, “İqra”
(Oxu!) olmalıdır ay müəllif!!!
Siz yenə də yuxarıda
cavabını verdiyimiz bir sözü burda
da təkrar etmisiniz. Dedik axı, “ölü Quran oxumur, əksinə ölüyə Quran
oxunur.” Siz diri olduğunuz
və görən gözlərə
sahib olduğunuz halda, İqra sözünü
İkra yazırsınız. Belə olan halda
qəbirdəki ölüdən nə gözləyirsiniz?
Siz
deyirsiniz ki; "İkra!" (Oxu) əmri
ilə başlayan Quranı ölünün necə
oxuyacağını heç düşündünüzmü? Xeyr, ay
müəllif! Biz bunu düşünmədik
və buna ehtiyac da duymadıq. Çünki hamı bilir
ki, qəbirdəki ölü Quran oxumur. Amma siz hələ
də bunu bilmirsiniz. Əgər ölü Quran
oxuya bilmirsə, onda necə dua
edə bilər? Bəs siz necə,
bunu düşündünüzmü?
Siz deyirsiniz ki; “Bir ölünün edə
bilməyəcəyi əmrlər və qadağalar
var quranda.”
Siz bunu bilmirdiniz? Ölünün edə bilməyəcəyi əmrlər var deyirsiniz. Onda bu cümlənizdən
belə çıxır ki, ölünün əməl edə biləcəyi əmrlər də
var Quranda?
Müəllif sonra yazır: “Elə ona görə
də "Ölənlərə siz eşittirə
bilməzsiniz" (Fatr, 22) deyir.”
Müəllifə cavab: Yuxarıda qeyd etdiyimiz
kimi, Quranın məntiqində ölü və diri tam
ayrı-ayrı mənalarda işlənmişdir. Quran ölü deyəndə,
əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə tutur.Və Quran diri deyəndə
qəlbi dirilmiş (iman əhli) şəxsləri nəzərdə tutur. Bu barədə ayə
də qeyd etdik.Odur ki, yenidən eyni mövzuya
qayıtmaq istəmirəm.
Müəllif sonra yazır: Allah
Rəsulu belə buyurdu:
"İnsan öldüyü zaman üç
şey
xaric bütün əməlləri kəsilir:
1) Qalıcı bir sədəqə (məscid, yol, su, xəstəxana və s. tikərsə)
2) Başqalarının istifadə edəcəyi
bir elm (buraxarsa)
3) Ona dua edə biləcək
salih bir övlad
(varsa)." ( Müslim)
Müəllifə cavab: Müəllifin yazdığı bu hədis, insan dünyasını dəyişdikdən sonra ona
yetişəcək savab əməllər barəsindədir. Bunu hədisin mətnindən də aydın görmək
mümkündür. Bu isə müəllifin
yox, bizim fikrimizi dəstəkləyən bir hədisdir.
Çünki, müəllif iddia edir ki,
Quran yalnız dirilər üçündür. Allah Rəsulu (s) isə dəfələrlə buyurub: “Ölülərinizə Yasin oxuyun.”
(Müsnəd c 5, səh 26)
Müəllif qeyd etdiyi bu hədisin mənbəsini də yazmayıb.
Odur ki, biz onun da
yerinə zəhmət çəkib hədisin mənbəsini tapdıq. Sözügedən hədisin mənbəsi budur: (Muslim, Vəsiyyət babı 3, Əbu Davud Vəsiyyət babı 14)
Müəllif yazısının davamında yazır: “İbn Kəsir, "İnsan üçün sadəcə əməyinin
qarşılığı vardır" (Nəcm, 39) məalındakı ayənin təfsirində
belə deyir: Yəni heç kim
başqasının günahına yüklənə bilməyəcəyi kimi, özü üçün qazandıqlarından
başqa, başqasının edəcəyi savabdan da faydalana
bilməz.”
Müəllifə cavab: Biz də öz növbəmizdə İbn Kəsirin
təfsirinə müraciət etdik . Bəli, İbn Kəsir həqiqətən də o iddianı edib. Amma bu yenə
də müəllifin sözü üçün
subut sayıla bilməz. Görkəmli əhli sünnə
alimi Cəlaləddin Suyuti özünün “Şəfaussudur” kitabında İbn Kəsirin bu iddiasını rədd edərək yazır: “Əvvəla: Həmin hökm bu
ayə ilə nəsx
olunub: “O kəslər ki,
iman gətiriblər onların imanda onlara
tabe olan övladlarını dа onlara qovuşduracağıq. Biz onların əməllərindən heç bir
şey əskik etmərik.
Hər bir insan əməlinin
girovundadır” (Tur, ayə 21)
İkincisi: Ayənin hökmü İbrahim və Musanın
(ə) qövmünə məxsus olub.
Üçüncüsü: Ayədən məqsəd kafirlərdir. Amma möminlər öz əməlləri
ilə qazandıqlarının və onlardan
sonra əncam verilmiş əməllərin savabına yetişirlər.
Dördüncüsü: Allah rəhmət və təfəzzül
babından ayrı yollardan da dünyadan getmiş insana
savab əta edə bilər. (Daha ətraflı bax: Cəlaləddin Suyuti - Şəfaussudur bişərhi halil movta
vəl qubur, 402-406)
Ay müəllif, gördüyünüz kimi, Cəlaləddin Suyuti İbn Kəsirin
iddiasını rədd etdi.
Bəs buna sözünüz nədir? Buyurun Cəlaləddin Suyutinin bu dörd
iddiasına cavab verin
və öz sözünüzü bu yolla təsdiqləyin.
Müəllifin yazısının davamını oxuyaq: “İmam Şafi isə bu ayənin hokum üçün: "Ölülər üçün oxunub, hədiyə edilən Quranın
savabı onlara çatmaz,
çünki oxunan Quran onların
əməli və savabı
deyildir.”
Müəllifə cavab: Ay müəllif, sizin bu sözünüz lap “AĞ
YALAN” oldu. Siz niyə öz
iddialarınızı sübutla qeyd etmirsiniz?! İmam Şafei harda deyib
ki, ölü üçün Quran yoxdur?!
İmam Şafei sizin bu
əsassız iddianızı rədd edir. İmam Şafei öz fiqh
kitabında Hz peyğəmbərdən (s) bu hədisi nəql edir: “Ölülərinizə Yasin oxuyun.” (Büyük Şafii İlmihali səh 198, türkçə)
Necə olur ki, Şafei həm ölü
üçün Yasin yoxdur- deyir, digər tərəfdən isə, öz fiqh kitabında
“Ölülərinizə Yasin oxuyun” hədisini qeyd edir. Niyə İmam Şafeinin
adından yalan danışırsınız?!
İmam Şafeidən dəlil gətirirsiniz
amma onun fiqh
kitabından xəbəriniz yoxdur. İmam Şafei mövzu
ilə bağlı buyurur: “Qəbrin başında
Qurandan ayə və sürələr
oxumaq müstəhəbdir. Quranı xətm etmək
daha gözəldir. (Abdullah Əş-Şafii- Əl-Mənaqib kitabı səh
204, həmçinin bax: Nəvəvi- Riyazus-Salihin səh 293)
Müəllifin yazısını oxumağa davam edək: “Bunun üçün Allah
Rəsulu ölülərə Quran oxumağı ümmətinə tövsiyə etməmiş, onları buna təşviq etməmiş, bu barədə heç bir əmr
verməmişdir.”
Müəllifə cavab: Ay müəllif , heç bu qədər də insafsızlıq olar? Peyğəmbərin (s) adından yalan danışmağa utanmırsınız? Yəni peyğəmbər
(s) bu barədə bir dənə də olsun hədis
deməyib? Bəs yuxarıda qeyd etdiyimiz hədislərə sözünüz nədir? Məgər onları peyğəmbər (s) söyləməyib?
Müəllifin yazısını davamını oxuyaq : “Bu mənada bir
söz səhabənin heç birindən eşidilməmişdir.İbadətə aid əmrlər
dəlillərə istinad edir. İbadət barəsində fikr söyləmək,
müqaisə etmək, yeni qanunlar qoymaq mümkün deyil...”
Müəllifə cavab: Doğurdan? Bəs bu hədisə nə deyirsiniz?
Əbu Hüreyrə nəql edir: “Allah elçisindən soruşdum. Ey Allahın elçisi! Biz özümüz Allahın kitabını oxuyaraq savab qazanırıq.
Dünyasını dəyişən şəxslər üçün də Quran oxuya
bilərikmi?
Allah elçisi buyurdu: Bəli, Ölənləriniz üçün Yasin
oxuyun.” (Səhihi Müslim c 5, səh 73-78)
Ay müəllif, bəs deyirdiniz ki, bu barədə heç bir
səhabədən hədis yoxdur. Deməli var,
lakin, siz xəbərsizsiniz. Lap fərz edək ki,
heç bir səhabə bu barədə hədis nəql
etməyib. Bu nəyi dəyişdirəcək? Məgər bir hökmün qəbulu
üçün səhabənin hədis gətirməsi mütləqdir? Əgər səhabələr namazla bağlı heç bir hədis
nəql etməsəydi, İslam ümməti namaz qılmayacaqdı?
Müəllifin yazısının davamını oxuyaq: “ 1) Quranı ölülərə oxumaq fikri insanlar arasında çox yayğındır.
Belə ki, Quranı oxumaq ölümün
əlaməti olaraq qəbul edilir.
Bir evdən tez - tez Quran səsi eşidilərsə orda bir hüzn və ya bir matəm
olduğu qənaətinə varılır.”
Müəllifə cavab: Ay müəllif, ölülərə Quran oxumaq fikrinin insanlar arasında yayğın olması sizi
niyə narahat edir? Bu ki, peyğəmbərin (s) bizə olan tövsiyələrindəndir. Quranı ölünün əlaməti
sayanlar elə özləri də mənəvi cəhətdən ölü olanlardır. Bir evdən Quran
səsi eşidilirsə siz niyə
bu qənaətə gəlirsiniz ki, orda hüzn və ya matəm var... Deməli siz özünüz
də Qurana ölü kitabı nəzəri
ilə baxanlardansınız. Əgər belə olmasaydı siz heç vaxt bu
qənatə gəlməzdiniz. Siz Quranın bu ayəsindən xəbərdar olsaydınız bu sözü
dilinizə gətirməzdiniz. Uca Allah buyurur:
“Qurandan bacardığınız qədər oxuyun!”
(Müzzəmmil 20)
Məgər Allah Rəsulu (s) buyurmayıb ki; “Öz evlərinizi Quran oxumaqla nurlandırın.”
Evlərinizi qəbristanlığa çevirməyin,
Quran oxuyun! Quran oxunan evə şeytan girməz. Kim evində Quran oxuyarsa, o ev, əhlinə qarşı genişlənər və mələklər
də orda hazır
olar, şeytanlar qaçar, xeyir artar.
Quran oxunmayan evə gəlincə,
o ev əhlinə qarşı daralar,
mələklər oranı tərk edər,
şeytanlar ora nüfuz edər, o evdə xeyir azalar. (Tirmizi, Fəzailul-Quran 18)
Qiyamət günündə Qurani-Kərim məhşərə gələrək Allaha buyuracaq.
İlahi Quran oxuyan şəxsləri şərəfinlə zinətləndir.Ona şərəf libası geyindir.
O şəxsə o an şərəf libası geyindiriləcək.
Quran yenə deyəcək: İlahi! Ona şərəf tacı geyindir.O şəxsə şərəf tacı
geyindiriləcək.Quran yenə buyuracaq:
İlahi! Ondan razı ol. Çünki, sənin razılığından daha böyük bir
şey yoxdur. Və beləliklə Quran onu oxuyan
şəxsi ən uca mərtəbəyə ucaldacaq. (Tirmizi, Fəzailul-Quran 18,
Darimi, Fəzailul-Quran 1)
Ay müəllif, bundan sonra evlərdən Quran səsi
eşitsəniz, fikrinizə hüzn və
matəm yox, qeyd etdiyimiz ayə və hədislər
düşsün.
Müəllifin yazısının davamını oxuyaq: “2) Namazı həyatında tərk edən
birinə öldükdən sonra Quranın
heç bir faydası
yoxdur. Onlar üçün Allahın əzabla təhdidi
var: "Vay o namaz
qılanların halına ki, onlar qıldıqları namazdan qafildirlər.’ (Maun, 5)
Quranın bu təhdidi namazı həyat məqsədinə
çevirməyənlər üçündür. Namz qılsalar belə, qıldıqları namaz onları təmizləmir, dəyişmir, həyatlarını yönləndirmir. Namazından qafil olanı Allah
belə bir ayə ilə təhdid edirsə,
o zaman namaz
qılmayanın halını siz
düşünün!”
Müəllifə cavab: Ay müəllif,
məgər namaz qılmayan kafirdir? Bəli, Quran kafirə, münafiqə,
müşrikə fayda verməz. Çünki, onlar həyatda
ikən Qurana arxa çevirmiş
və onu qəbul
etməmişlər.Quran ancaq müsəlman və möminlərə
faydalıdır həm diri ikən,
həm ölü ikən. Bu Quranın məntiqidir, bu Quranın sözüdür. Uca Allah buyurur: “Quranda möminlər üçün şəfa
və rəhmət olan ayələr
nazil edirik. O, kafirlərin ancaq ziyanını-günahını artırar.” (İsra 82)
Bəli, möminlər həyatda ikən Qurana əməl
etdiyi kimi, vəfat etdiklərində də bu ilahi kəlamın
savabından faydalanırlar. Lakin, kafir,
münafiq və müşriklər isə həyatda ikən bu
ilahi kəlamlar onlara oxunduğu zaman, onları qəbul etmir
və istehza edirdilər. Onların bu davranışları
onların dünyada ikən , günahlarını artırır və zəlalətə
aparırdı. Bu cür şəxslərə
öldükdən sonra da
Quranın heç bir
faydası yoxdur.
Yazdığınız ayənin mövzu ilə əlaqəsi
yoxdur. Ayə namaz qılmayanlara yox, namazı qılıb lakin,
öz qıldığı namazından qafil olanlara
aiddir. Başqa sözlə, bu ayə elə
namaz qılanlara aiddir.
Amma siz ayəni namaz qılmayanlara
aid etmisiniz. Niyə? Siz fikrinizin
isbatı üçün ayələri işinizə alət edirsiniz.
Müəllifin yazısının davamını oxuyaq: “3) "Ölənlərə Yasin oxuyun" hədisinə gəlincə İbnu’l-Kattan onun ‘muztarib’
hədis olduğunu, Darəkutni də onun
haqqında: ‘İsnadı muztarib, mətni məchul və salih olmayan bir hədis’ olduğunu söyləyir.
Rəsulullahdan və əsabından meyid üzərinə "Yasin", Fatihə" və ya Qurandan hər hansısa bir ayə
oxunduğu sabit deyil. Belə ki, Allahın Rəsulu
meyid dəfn edildikdən sonra əsabına
belə
deyirdi: "Qardaşınıza Allahdan
bağışlanma diləyin.”
Müəllifə cavab: Müəllif səhv etməyə
davam edir. Müəllif iddia edir ki, “Ölənlərə
Yasin oxuyun” hədisi səhih deyil. Ay müəllif, siz yenə
də səhv edirsiniz.
“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri;
1. Səhihi Müslim c 5, səh 73-78
2.Nəvəvi - Riyazus-Salihin səh 293.
3. Səhihi Müslim c 3, səh 202.
4. Səhihi Müslim c 1, səh 61.
5.Tirmizi c 8, səh 306.
6.Nəsai c 6, səh 117.
7.Qunduzi Əl-Hənəfi - Yənaibul-Məvəddət
səh 55.
8.Tirmizi c 5, səh 306.
9.Əhməd ibni Hənbəl c 1, səh 95.
10.Səhihi Muslim c 2, səh 360.
11.Cəlaləddin Suyuti –
Tarixul-Xuləfa səh 190.
12. Büyük Şafii İlmihali səh 198, türkçə
13.Şərhul-Səhihi Muslim c 3, səh 202.
14.Müsnədi Əhməd c 5, səh 26.
Ay müəllif, bəs deyirdiniz
bu hədis səhih
deyil. Amma gördüyünüz kimi, bu
hədis bir sıra səhih mənbələrdə gəlmişdir. Əgər hədis səhih
deyilsə bəs niyə
bu kitablar onu öz kitablarına
daxil
ediblər?
Müəllifin yazısının davamını oxuyaq: “4)
İslam dəvətçilərindən biri belə
deyir: "Ey Müsəlman! Təəssüflər olsun ki,
ölümlə qarşılaşıncaya qədər Quranı
həyatında tərk etdin,
Onunla əməl etmədin, o zaman rahat ölə
bilməyin üçün sənə
Yasin oxudular. Quran sənin dirilmən
üçünmü, yoxsa ölmən üçünmü
nazil oldu?!”
Müəllifə cavab: Ay müəllif, kimdir bu dəvətçi?
Niyə dəvətçinin adını qeyd
etmirsiniz? Siz Allahın və peyğəmbərin (s) adından çəkinmədən yalan danışdığınıza
bu yazıda dəfələrlə
rastlaşdıq. Sizin İslam dəvətçisi dediyiniz şəxsin adından
yalan danışmayacağınız nə məlumdur…
Odur ki, bu cür iddialar
etdikdə dəlil gətirin. Yoxsa bu dediklərinizə sizdən başqa
heç kim inanmayacaq. Digər tərəfdən sələfi-vəhhabi
şeyxlərinin fikrini “dəvətçi” imzası ilə beyinlərə yeritməyin. O, dəvətçiləri
biz İslamdan hesab etmirik.
Müəllifin yazısının davamını oxuyaq: “5) Allahın Rəsulu əshabına,
qəbiristana girdikləri zaman Fatihə
oxumalarını əmr etməmişdir. Əksinə bu duanı etmələrini tövsiyə etmişdir: “Əssəlamu aleykum əhləddiyar minəl muminin
və inna inşaallahu
bikum lelahigun. Əs’əlullahə ləna və
ləkum əl’afiyə.’ Yəni ‘Ey möminlər diyarı, Allahın salamı (rəhməti) üzərinizə olsun. İnşallah bizlər də
sizə qovuşqcağıq. Bizə də sizə
də Allahdan əfv (əzabdan qurtulmağı) diləyirəm.’
Bu hədis ölülər üçün necə dua edəcəyimizi
bizə öyrədir. Onlardan yardım istəməyi, onları yardıma çağırmağımızı və ya onlar üçün
əməl edə bilməyəcəkləri Quranı oxumağı
deyil.”
Müəllifə cavab: Müəllif qaş düzəltmək
yerinə vurub gözü də
çıxartdı. Diqqət edin. Müəllif yazısının əvvəl hissələrində Fatir sürəsinin
22-ci ayəsinə istinadən qeyd etmişdi
ki, ölülər bizi eşitmir. Amma indi isə qeyd edir ki, peyğəmbər (s) qəbiristanlığa daxil olarkən
ölüləri salamlayardı. Əgər ölü eşitmirsə, peyğəmbər (s) niyə onlara salam
verirdi? Siz yazdığınız hədisi yazarkən
yenə də səhvə
yol vermisiniz. Siz belə yazmısınız:
“və inna inşaallahu bikum lelahigun.”
Amma əslində belə olmalı
idi: və innə
inşaallahu bikum lahiqun.
Siz iki səhvə yol
vermisiniz. 1.Siz cümləni inkar mənasında
yazmısınız. “Lelahigun” yox “lahiqun”
olmalı idi. Çünki, (لَا
) inkar ədatıdır. Sizin yazdığınız cümlənin mənası belə
olur. (Ey qəbir əhli) İnşallah biz də
sizə qovuşmayacağıq.
Amma əslində məna belə olmalı idi: (Ey qəbir əhli) İnşallah biz də sizə qovuşacağıq.
Sizin qeyd etdiyiniz bu dua peyğəmbərimizin (s) qəbiristanlığa daxil olarkən
etdiyi
duadır. Amma siz duanı səhv yazmaqla
yenə də peyğəmbərimizin (s) adından yalan danışdınız. Siz qeyd etdiyiniz
bu hədisin də mənbəsini göstərməmisiniz.
Sizin yerinizə bu zəhməti də biz çəkdik. Qeyd olunan hədisin
mənbəsi budur: Muslim, Cənaiz 104, İbn
Macə 36.
Diqqətli olun ay müəllif, heç kim ölü üçün Quran oxumaqla
cəhənnəmə getməz. Buna əmin ola
bilərsiniz. Amma siz bu yazınıza görə Allahdan tövbə edib,
bağışlanma diləməsəniz, Cəhənnəmə gedəcəyiniz
açıq-aşkardır. Çünki siz , Allah və Onun
Rəsulunun (s) adından dəfələrlə yalan danışdınız.
“Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən
daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” (Ənam 21)
Müəllifin yazısının davamını oxuyaq: “6) "Ölü üçün" oxunan Yasin
surəsi 70 - ci ayədə "dirilər üçün..."
deyilir. Fatihə surəsində isə "Biz yalnız Sənə
ibadət edər və
yardımı da Səndən
diləyərik. Bizi doğru yola yönəlt!"
deyə dua etməyimiz istənilir. Öldükdən sonra hansı ibadətdən söz gedə
bilər? Və ya ölü necə doğru yola yönələcək.
Bütün ibadətlər ölən günə qədərdir.
Quranın da ifadəsi ilə "ölüm gəlib çatıncayadək"
bizdən salih əməl
üzrə olmağımız, sədəqə verməyimiz, bizə verilən ruzidən infaq etməyimiz
istənilir.
Allah Quranı onunla əməl
edə biləcək vəziyyətdə olan dirilərin oxuması və əməl
etmələri üçün endirdi: "(Quran) diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin"
(Yasin, 70). Ölüləri xəbərdar etmək mümkün deyil.”
Müəllifə cavab: Ay müəllif,
sizin bu iddianıza artıq yuxarıda cavab vermişik. Quran məntiqində ölü və
diri deyildikdə sizin başa
düşdüyünüz ölü və dirilər nəzərdə tutulmur. Quran insanın mənəviyyatına, qəlbinə, ruhuna işarə edir . Zəhmət
çəkin təfsir oxuyun,
yoxsa tərcümə oxumaqla heç nəyə nail olmayacaqsınız.
Müəllifin yazısının davamını
oxuyaq: “7) Quranın əsl məqsədini unudaraq onun missiyasını
dəyişmək zülmdür. İnsanın edə biləcəyi
ən böyük yanlışdır.
İçində yazılanları həyatında bircə dəfə
açıb oxuyan, oxuduunu anlayan heç kimsə
onu ölü üçün oxumaz.
Müəllifə cavab: Ay müəllif, bəs Allahın və əziz peyğəmbərinin (s) adından yalan
danışmaq zülm deyil? Siz özünüz Allahın ayələrinə zülm etdiyiniz halda, başqalarına nəsihət verirsiniz?
Müəllifin yazısının davamını oxuyaq: Çünki bütün əmrlər
ya dirilər üçündür, ya da ölü qəlbləri
diriltmək üçün.
Müəllifə cavab: Bəli əmr və hökmlər siz dediyiniz
kimi, ya dirilər üçündür, ya da, ölü qəlbləri diriltmək üçün. Əgər söhbət əməl
etmək, və ilahi hökmləri
yerinə yetirməkdən gedirsə razıyam. Çünki, məlum məsələdir ki, ölən insan
namaz, oruc və bu kimi ilahi
hökmləri yerinə yetirməyə
qadir deyil. Bunun üçün məqalə yazmağa ehtiyac yox idi.
Müəllifin yazısının davamını oxuyaq: “İnsanın yaşaması, yeyib - içməsi, gəzib
-dolaşması onun diri olmasına dəlil sayılmamalıdır. Çünki diri olmaq
düşünmək deməkdir. Quran düşünənlər üçündür. Ağıldan məhrum olan
xəstələr Quranla əməl etməyə
mükəlləf tutulmayıblar. Allah onları cəzadan
azad edəcək. Çünki düşünə bilmirlər.
Düşünə bilib düşünməyənlər, ölü qəlblərini diriltmək istəməyənlər, vəhyin dirildici gücünə inanmayanlar
isə əzaba düçar olacaqlar!
Quran bir qissəni, bir hekayəni, bir misalı verdikdən
sonra bir də sual
verir: "Heç düşünməzmisiniz?",
"Heç ibrət almazmısınız?" "Dünyanı dolaşaraq gəzib inkar edənlərin aqibətini görmədinizmi?"
Müəllifə cavab:
Bu yazdıqlarınıza heç bir
iradım yoxdur.
Müəllifin yazısının son hissəsini
oxuyaq: “Kor olmaqdan, korlar kimi
davranmaqdan, vəhyin aydınladıcı işığına göz yummaqdan
Allaha sığınaq. Bizə "OXU!" deyə əmr
etdiyi kitabı oxuyaq.
Nicat yalnız bundadır.”
Müəllifə cavab: “Allahın ayələrini görməməzlikdən gələrək kor olmaqdan,
Allaha və Onun Rəsuluna
(s) böhtan atmaqdan və beləcə
də Allaha qarşı
kafir olmaqdan Allaha pənah
aparırıq. Ay müəllif, biz Allahın “OXU” əmrinə tabe olaraq, onun bizə nazil etdiyi
kitabı oxuyur və
bacardığımız qədər əməl etməyə çalışırıq.
Siz özünüz də bu əmrə
tabeçilik göstərərək bu ilahi kəlamları
oxusanız, dünya və axirətiniz
üçün daha xeyirli olar. Salam olsun doğru
yola tabe olan
hər bir kəsə!
(Taha 47)
Ölüyə Yasin oxumaq əhli sünnənin digər kitablarında.
İbn Macənin bir rəvayətini də sizlərə olduğu kimi
təqdim edirik. xəlifə Əbubəkirdən rəvayət edir: "Kim atasının və ya
anasının və ya bunlardan birisinin qəbrini cümə günü ziyarət edərək orada Yasin
sürəsini oxusa, Allah qəbir sahibini bağışlar." (İbn Macə
tərcüməsi, 4:274)
İslam alimləri, ölünün ruhuna Quran oxunduğu zaman
ardından bir dua ilə ruhlarına bağışlanmasını tövsiyə etmişlər, səhabələr də bu
şəkildə yapmışlardır. İmam-ı Beyhəqi bir rivayətində, Abdullah bin Ömərin
ölülərin ruhuna Bəqərə sürəsindən oxuna biləcəyini tövsiyə etdiyi nəql
olunmaqdadır.(Beyhəqi, 4:56)
Bundan əlavə ölülərə Yasin sürəsinin oxunması Səid
Nursinin kitabında da rast gəlinir. Bax: Şualar, s.576
Allah Rəsulu (s) buyurdu: “Qəbir əhli suad boğulan və
köməyə ehtiyacı olan kimsələr kimidir. Atasından,
qardaşından, dostunda ona yetişəcək duanı gözləməkdədir. Bu dua ona çatdıqda,
bu duanın savabı dünya və içindəkilərindən daha çox onun üçün qiymətli olur.
Şübhəsiz ki, həyatda olanların hədiyyələri dua və istiğfarlardır. (Mişkatul- Məsabih,
1:723)
Hənəfi məzhəbinə əsasən bir insan qohum-əqrabasının
yaxud dostunun qəbri başında Quran oxuması gözəldir. ( V.
Zuhayli, Əl-Fiqhul-İslami 8/ 49)
Bir müsəlman öz saleh əməllərinin (Quran oxumaq, həcc,
zikr və s) savabını başqasına hədiyyə edə bilər. Bu fikirlər də Hənəfi fiqh
alimlərinə aiddir. (Fəthul-Qadir 6/ 132; Əl-Bəhrur-raik 7 -379- Şamile;
Rəddul-Muxtar, 2/263)
Maliki məzhəbində isə şərtsiz olaraq şəxsin öz qəbri
üzərində Quran oxumasını tövsiyə etməsi icazəlidir. (V. Zuhayli, Əl-Fiqhul-İslami
8/51)
Şafei və Hənbəli məzhəbinə görə şəxsin öz məzarı
üzərində Quran oxumağı vəsiyyət etməsi icazəlidir. (V. Zuhayli,
Əl-Fiqhul-İslami 8/51)
İmam Şafeinin fiqh kitabı.
Kitabın adı: Büyük Şafii İlmihali, səh.
218.
İmam Əbu Hənifənin fiqh kitabı.
Kitabın tam adı: Büyük İslam İlmihali, səh. 263.
İmam Əbu Hənifənin fiqh kitabı.
Yorumlar
Yorum Gönder