“Peyğəmbərlər günahları ilə bizə nümünədir” yalanı


 
لَقَدْ كَانَ لَكُمْ ف۪ي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُوا اللّٰهَ وَالْيَوْمَ الْاٰخِرَ وَذَكَرَ اللّٰهَ كَث۪يراًۜ

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümünəsi vardır.” (Əhzab 21)
Quranın bizə nümünə kimi tanıtdırdığı Hz Muhəmməd (s), həyatın bütün sahələrində bizə örnəkdir.  Qüsursuz, nöqsansız və ilahi yolları ən kamil bilən bir bələdçi. Bu kamil insana günah nisbət verənlərə Əhzab sürəsinin 21-ci ayəsini xatırlatdıqda “peyğəmbər günahı ilə bizə nümünədir” deyirlər. Bəzən isə daha çox irəliyə gedərək “əgər peyğəmbər günah etməsəydi bizə nümünə ola bilməzdi” deyilir. Və beləliklə zehinlərdə “günahkar peyğəmbər” obrazı yaradırlar. Onların fikrincə peyğəmbər günah etməli və sonra isə tövbə edərək, günahın pisliyini bizə bu yolla anlatmalıdır. Bu düşüncədə olanların məntiqinə əsasən peyğəmbərlər (bu sözə görə Allaha sığınırıq) bütün iyrənc və çirkin günahları (zina, qeybət,yalan və s) bir-bir etməli daha sonra isə o günahlardan tövbə etməklə nümünə olmalıydı. Lakin, Quran Allah Rəsulunu (s) bizə pak, qüsursuz və bütün günahlardan uzaq olaraq təqdim edir. Maraqlıdır niyə bəziləri günah edən bir peyğəmbər axtarışındadır. Niyə min dərədən su gətirərək peyğəmbərə (s) günah nisbət vermək istəyirlər? Bu cür düşünənlər ya günahın nə olduğunu bilmir,  ya peyğəmbəri doğru şəkildə tanımayıb ya Qurandan uzaq düşüb ya da təəssüfkeşlik üzündən həqiqəti təhrif edir. Bu cür iddialar yalan və Allah Rəsuluna (s) iftiradan savayı bir şey deyildir.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)