Sələfi- vəhhabi cərəyanında terrorizimin kökü
Son zamanlar ən çox eşitdiyimiz, və oxuduğumuz sözlər; "fitnə", "fəsad", "öldürüldü", "başları kəsildi", "İŞID", "cihad", "Fələstin", "Qəzza", "İraq", "Suriya","Yəmən", "sələfi", "vəhhabi" və s. Yaxşı, bəs bütün bu fitnə və fəsadlara səbəb olanlar kimlərdir? Və ya bunu doğuran amillər hansılardır? Bu gün sadəcə özlərini pak bilib, müsəlmanları, sünni-şiə demədən “Allahu-Əkbər” sədaları ilə qətlə yetirən, özlərinə bomba bağlayaraq ictimai yerlərdə eyni sədalar altında özlərini partladan, və bu çirkin missiyalarının adlarını, İslama calaq etmək istəyənlər, "biz CİHAD edirik" deyib, cihad məfhumundan bixəbər olanlar, müsəlman olduqlarını iddia edən, lakin müsəlmanların adına xələl gətirən bu şeytanpərəstlər kimlərdir?
İslam peyğəmbərimizin (s) fitnə və fəsadın mənbəyi,
şeytan buynuzu, adlandırdığı (mənbə: Səhihi Buxari, Fitən kitabı,fəsil- 16, hədis
7094 – İbn Ömər rəvayət edir)
insanlıqdan nəsibini almamış bu kafir dəstənin bu günkü günümüzdə adları
nə olursa-olsun onların etdiklərinə heç cür bəraət qazandırıla bilməz. Özlərini
sələfi-vəhhabi adlandıran, işləri çətinə düşdükdə “biz vəhhabi deyilik” “biz əhli
sünnət vəl-cəmaətik” deyib əhli sünnənin adına ləkə olan, və əhli sünnə adından
sui-istifadə edib yenidən öz çirkin niyyətlərini izhar edən münafiqlərdir
onlar. Quran bunu münafiqlərin xüsusiyyətləri kimi qeyd etməkdədir. Uca Allah
buyurur: “Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik deyirlər,” öz
şeytanları (azmış dostları ilə) təklikdə qaldıqda isə: “Biz sizinləyik.Biz
möminlərə ancaq istehza edirik” deyirlər.” (Bəqərə 14)
Sələfi- vəhhabilər həqiqətən də əhli sünnədirmi?
Əgər onlar əhli sünnə əqidəsinin daşıyıcılarıdılarsa bəs nə üçün əhli sünnə
alimlərinin kütləvi qətlinə fərman verdilər?!
Kontr-admiral general Əyyub Səbri, Osmanlı
dövlətinin hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: “Məhəmməd ibn Əbdul-Vəhhabın sözlərindən təsirlənmiş
Əbdul-Əziz bin Səud qəbilə başçıları qarşısında söylədiyi birinci çıxışında
dedi: "Biz bütün şəhərlərə və abadlıqlara sahib olmalı, öz əqidə və şəriətimizi
onlara aşılamalıyıq. Bu arzunun həyata keçməsi üçün özlərini peyğəmbər sünnəsinin
və Məhəmməd şəriətinin ardıcılları hesab edən əhli-sünnənin elm adamlarını
aradan götürməliyik... İlk növbədə onların kökünü kəsməliyik” (Tarixe Vəhhabiyyan,
səh. 33)
Vəhhabilər necə müsəlman olduqlarını iddia edə
bilərlər ki, onlar tarix boyu İslami dəyərləri aradan aparmaq üçün çalışmışlar.
Kəşful-irtiyab kitabının müəllifi yazır:
“Kəbənin ətrafında və Zəmzəmin üzərində bütün qədimi əsərlər vəhhabilər
vasitəsi ilə xarab edildi.Ələ keçirtdikləri şəhərin əməlisaleh şəxslərinin
tarixi abidələrini məhv etdilər. Onlar bu abidələri məhv edərkən təbil vurur, rəqs
edib və oynayırdılar. (Kəşful-irtiyab, səh.27)
Vəhhabilər necə peyğəmbər (s) sünnəsinin
ardıcıllarıdır ki, onun xanımı olan Hz Xədicənin
(r) evinin üzərində ümumi ayaq yolu tikdilər. Bu azğın tayfa bu murdal əməllərini
yenidən təkrarlamaq üçün, özlərini onun ardıcılı hesab etdikləri, bütün müəslmanlara
əziz olan Hz Muhəmmədin (s) mübarək qəbrini hədəfə almışlar. Lakin onlar bu istəklərinə
nail ola bilmədilər. Bir xeyriyyəçi oranı kitabxana etməklə onların bu çirkin
işinin qarşısını alır. (Nəsihəti lil ixvanina ən-nəcdiyəyn)
Peyğəmbərə (s) qarşı etdikləri bu ədəbsizliklərini
utanmadan inernet saytlarında yayır və şəkillərini paylaşırdılar. Kəbəni büt
adlandırıb onu yıxmağı planlaşdıranlardan bunu görmək heç də təəcüblü deyil.
Peyğəmbər sünnəsi ilə getdiklərini idda edən
bu şeytan ordusu, nə üçün İslam peyğəmbərindən (s) miras qalan, müqəddəs məkan
və əşyalara qarşı düşmənçilik edirlər? Nə
üçün bütün müsəlmanların qibləsi olan Kəbəyə qarşı qarət planı həyata keçirtdilər?
Nə üçün 1785-1797-1798-ci illərdə Məkkə və Mədinəyə hücumlar təşkil etdilər? Nə üçün 1800-cü ildə Kəbəni mühasirəyə
alaraq, yeddi il müsəlmanların Kəbəyə həcc ziyarətinə getmələrinə mane oldular? Nə üçün Mədinəyə
hücum edərək peyğəmbər (s) məzarı yerləşən otağı dağıdıb, içində olan qiymətli əşyaları
qarət etdilər? Bu və bu kimi bütün
sualların cavabını vermək üçün kiçik bir yazı kifayət edən deyil. Biz burda sadəcə
o tarixə qısa nəzər salıb siz əziz oxuculara fitnə və fəsadın mənbəyini nişan
veririk. Və bütün bu deyilənlər əsassız deyil və bütün İslam alimləri
yekdilliklə İslamın başına gətirilən bu acıncaqlı tarixi hadisələri
kitablarında qeyd etmişlər...
Vəhhabi vəhşiliklərinə daha bir bariz nümunə
isə onların, içərisində misilsiz kitabları olan kitabxanaları yandırmaları
olmuşdur. Bu kitabxanalardan bir də “Əl-məktəb əl-ərəbiyyə” kitabxanasıdır. 60
min adda misilsiz qiymətli əsəri olan bu kitabxanada ayrı-ayrı şəxslər tərəfindən
müxtəlif üslublarda yazılmış 40 min nadir əlyazma mövcud idi. Bu əlyazmaların
arasında cahiliyyət dövrünə mənsub xətt üslubunda yazılmış əsərlərlə, və yəhudilərlə
müşriklər arasında Hz peyğəmbərin (s) əleyhinə müqavilə xüsusi maraq kəsb
edirdi. Hz Əli (ə) və digər səhabələrin, habelə Abdullah ibn Məsud tərəfindən
yazılmış Quran mövcud idi. Nasirəddin Səid tarixçilərin birindən belə nəql
edir: “Vəhhabilər iqtidarı ələ aldıqdan sonra bu kitabxanalarda küfr
yazılarının olmasını bəhanə gətirərək onların hamsını odlayaraq külə çevirdilər.”
(Tarixu Ali –Səud, c.1 səh. 158; Kəşful-irtiyab, səh. 187-324; Əyani əş-şiə, c. 2, səh 72; Əs-səhih min sirətin
nəbiyil-əzəm, c.1 səh. 81; Ali Səud min əyn
ila əyn, səh. 47.)
Həsən Əs-Səqqaf “Əssələfiyyətul-vəhhabiyyə”
adlı kitabında yazır: “Vəhhabilər öz ardıcıllarına
düşünməyi qadağan edir və bir iş görmək istədikdə yalnız vəhhabi alimləri ilə məsləhətləşməyi
tövsiyə edir, və başqa məzhəbdən olan alimlərlə söhbəti qadağan edirlər.( “Əssələfiyyətul-vəhhabiyyə”
səh. 86)
Öz azğın əqidələrini kitab halına salaraq
insanlara pulsuz paylanılması da onların İslam əleyhinə atdıqları növbəti bir
addımdır. Təkcə 2012-ci il həcc mövsümündə 685, adda on milyon cild kitab
dünyanın 20 əsas dilinə tərcümə olunaraq, Səudiyyə dövləti tərəfindən Allah
evinin ziyarətinə gələnlər paylanılmışdır. (Miqat jurnalı, 43-cü sayı, səh. 198. 11. 9. 81. (h.şəmsi ilə) tarixdə dərc
edilmişdir. Ukkaz qəzetindən nəql edərək.)
2011 ci ildə isə Küveyt respublikasında 100
minə yaxın kitabı, İslam adı ilə öz əqidələri
əsasında çap edib yayırdılar... (30. 6. 2011- ci il tarixli “Ər-rəyul –am əl
Kuveytiyyə” qəzeti.)
Onların etdikləri bu cinayətlər bu gün də
bitmir. İraq, Suriya, Fələstin və Qəzza kimi müsəlmanların yaşadıqları yerlərdə
hər gün müharibə odunu alovlandıraraq, terrorlar təşkil edərək, min bir bəhanə
ilə, onları qətlə yetirirlər. Maraqlıdır nə üçün bu müharibələr yalnız müsəlmanlar
yaşayan ərazilərdə gedir? Sələfi, vəhhabi, İŞID adları nə olursa olsun niyə
ancaq müsəlman öldürürlər? Özlərini əhli sünnə adlandıran bu azğın firqənin Qəzzada öldürdükləri əhli sünnə deyilmi? Nə
üçün öz əqidəsində, öz inancında olan birisini öldürürlər? Deməli məsələ əqidə
məsələsi deyil. Yuxarıda qeyd etdiyim kimi, bunların dərdi İslam ilədir, müsəlman
ilədir...
Bu günkü gündə “cihad” adı altında müsəlmanların
qətlinə fərman verənlər nə üçün Quranın və peyğəmbərin (s) cihad etmə ədəbinə
baxmırlar?
Məgər Quran buyurmurmu ki; “Sizə qarşı
vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın. (Bəqərə sürəsi, ayə
190)
Məgər Allah Rəsulu (s) kafir və müşriklərlə
apardığı müharibələrdə, körpə başı kəsərək, qocaları, qadınları, əli yalın dinc
sakinləri öldürübmü? Siz hansı İslamdan, hansı Peyğəmbərdən, hansı Qurandan
danışırsınız?!
Xeyr, siz nəinki, əhli sünnə, heç müsəlman da
deyilsiniz! Siz İslam, əhli sünnə adı altında, İslamı məhv etmək istəyən zalım
bir tayfasınız. Amma siz bu istəyinizə çata bilməyəcəksiniz. Uca Allah belə
buyurur: “Onlar Allahın nurunu öz
ağızları ilə söndürmək istəyirlər,
halbuki, kafirlərin xoşuna gəlməsə
də Allah Öz
nurunu tamamlayacaqdır.”
(Saff 8)
Sonda sizi bu ayəni oxuyub, haqqında düşünməyə
dəvət edirəm. Uca Rəbbimiz buyurur: “Onlara: Yer üzündə fitnə fəsad törətməyin
deyildiyi zaman: Biz ki, ancaq xeyirxahlıq edənlərik - deyirlər.” (Bəqərə 11)
“Sözsüz ki, onlar fəsad törədənlərdir, amma
bunu başa düşmürlər.” (Bəqərə 12)
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder