Şeytanın anası…
Allah insanı yaratdı və özünə əhsən dedi. (Muminun 14)
Öz ucalığının fərqində olmayanlar isə, aşağıların ən aşağısı oldu. (Tin
5)
Son günlərdə (adını belə yazmaq istəmədiyim) bir qadın peyda olaraq dini
dəyərləri öz anladığı kimi qiymətləndirir və bəzi saytlar da reytinq xatirinə
bu şeytani sözləri yayırlar.
Dəfələrlə dostlar bizə yazaraq, bu müsahibəyə cavab verməyimizi istəyiblər.
Müsahibəyə baxdıqda orada yeni bir söz və iddia görmədik. İllərlə din düşmənlərinin
çeynədiyi sözləri indi də ardıcılları çeynəməkdədir. Bu belə.
O müsahibəni gördükdə illər öncə oxuduğum bir tarixi hekayə yadıma
düşdü. “Şeytan” adlı bir kitabda oxumuşdum ki; “Bir gün bir vaiz sədəqənin
fəzilətlərindən danışırdı. Söhbətin sonunda vaiz deyir: “Şeytan sədəqə vermək
istəyən şəxsə öz ordusundan yetmiş nəfəri göndərər və onun əl-qolunu
bağlayacaq.”
Məsciddən bir nəfər ayağa qalxaraq: “Mən indi gedib bir kisə unu bura gətirib
fəqirlərə verəcəyəm” deyir və gedir. Evə çatınca xanımı ərinin bu işindən xəbər
tutunca ona mane olur və kişi bir neçə müddətdən sonra əliboş olaraq məscidə
dönür. Camaat ona deyir: “Bəs deyilmədi ki, şeytan bu işə mane olur? Şeyatnı gördünmü?
Kişi deyir: Mən şeytanı yox, onun anasını gördüm.”
Bu hekayənin məqsədi ilahi həqiqətlərdən uzaq düşən qadınların nə qədər
təhlükəli olmasını çatdırmaq üçün qeyd edilmişdir. Yoxsa Allah qatında
insanların təqva və imanı mühümdür, cinsi kateqoriyaları yox. Bu gün din adına danışan və bu yolla dini məsxərə
obyektinə çevirən qadınlar da hekayədə qeyd olunan kimidir.
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder