“Mən ona Ümid dedim.”


Mərhəmət, böyüyə hörmət, yardımsevərlik və s. ...
Bunlar hər insan övladının daxilində yer alan ülvi hislərdir, nemətlərdir. Onlara sahib çıxmasaq, o nemətləri əzaba çevirən alternativlər üzə çıxır.
Bəzən, ictimai nəqliyyatda ağsaqqal və ağbirçək insanlar ayaq üstə dayanarkən nəvəsi ya övladı yaşda biri rahat əyləşərək onlara yerini vermək istəmir. Bu mövzuda foto və qınaqlar da zaman-zaman yayılır və müzakirə obyektinə çevrilir. Bu mənzərələr qarşısında təəssüf hissi keçirərkən ümid verici və qürürlandırıcı mənzərələrlə rastlaşırıq. İki fərqli zamanda şahidi olduğum iki hadisəni sizlərlə bölüşüm;
“İctimai nəqliyyatda yol gedərkən, 14 yaşlı bir uşaq oturacaqda oturmuşdu. Qoca bir qadın içəri daxil oldu. Oturacaqda uşaqdan savayı, 30-35 yaş aralarında qadın və kişilər də əyləşmişdi. Uşaq sağa sola boylandı və ayağ qalxaraq qoca qadına yerini göstərdi. “Otur qızım. Mən növbəti dayanacaqda düşəcəyəm.” deyə qadın dilləndi. Lakin, uşaq təkidlə oturmasını xahiş etdi. Və qadın əyləşdi və dərindən bir ah çəkdi.”
“Növbəti dəfə yenə 10-11 yaşlı bir uşaq anası ilə ayaq üstə dayanıb. Növbəti dayanacaqda  bir oturacaq boşaldı. Ora kim əyləşsin? Ana, kiçik yaşlı uşaq, yoxsa əlində çantası olan bir qoca kişi? Uşaq cəld özünü boş oturacağa atdı və anasını da yanına səslədi. Anası ona ayaq üstə olan yaşlı kişini göstərir və “babaya yol ver” deyirdi. Uşaq bir an duruxur və ayağa qalxaraq “baba gəl” deyir. Yaşlı kişi qadına əyləşməsini xahiş edir. Qadın isə təkidlə onun əyləşməsini istəyir. Daha sonra kiçik yaşlı uşaq “baba gəl, mən oturmaq istəmirəm, gəl sən əyləş. Nə olar baba gəldə...” deyə səsləyir. Bu məsumanə çağırış o qədər təsirli olur ki yaşlı kişi onu öpür və təşəkkür edir.”
Bu mənzərələr qarşısında insan yenə gələcəyə ümidlə baxır. O kiçik yaşlı uşağın adını bilməsəm də mən ona “Ümid” dedim. Təəssüf hissimizi boğaraq gələcəyə ümidlə baxmağı bizə əməli şəkildə öyrədən kiçik Ümidlər. Bu Ümidlər cəmiyyətdə çoxalsa, hər şeyin yaxşı olmağına hələ ki ümid var.

Mahir Şəkərov - İlahiyyatçı yazar.
 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)