Füzulini anlamaq üçün, əsl insan olmaq lazımdır

Məhəmməd Füzuli – Nəsimi yaradıcılığını sevə-sevə oxuyub mütaliə edən şəxsiyyət.
Məhəmməd Füzuli - XVI əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndəsi və böyük humanist şəxsiyyət.
Məhəmməd Füzuli - Feodal quruluşunun haqsızlıqlarının kəskin tənqid edən şəxs.
Məhəmməd Füzuli – Böyük şair, böyük alim.
Məhəmməd Füzuli – Elmsiz şerə, “bünövrəsi olmayan, divar” kimi baxan dahi alim.
Məhəmməd Füzuli – Azadlıq və cəsarəti şairin əsas xüsusiyyəti sayan şair.
Füzulini anlamaq üçün, özünün də dediyi kimi incə ruha, elmə yiyələnməklə yanaşı əsl insan olmaq lazımdır. Bu məharətə malik olmayanlar, Füzulinin fikri, incə, şer sənətindən uzaqdırlar. Füzulinin yüz illər öncə yazdıqları bu gün də qüvvəsindədir. Füzuli öz talantına, öz qüvvəsinə güvənən, qələminin qüdrətilə məğrur şairlərdəndir. O, ən çətin saydığı qəzəl formasının ən yaxşı nümunələrini yaratmaq vəzifəsini öhdəsinə götürmüşdür və yaratmışdır da.
Bir sıra qitələrində dövrünün bütün mənsəb sahiblərini- şahları, vəzirləri, sufiləri, xacələri, qaziləri, zahidləri, zənginləri biabır edir, onların cəmiyyətə zərər verdiklərini göstərir. "Zatında şərarət olan" bu adamların qulluqda, rəsmi dairələrdə tutduğu mövqeyi murdar boya, hiylə və riya sayır. Onlar "qara daşdırlar" ki, "qızıl qanla boyansalar" "rəngləri dəyişər, ancaq ləl olmazlar"
Füzuli o şairlərdəndir ki, ən kiçik hadisəyə, adi, insana əhəmiyyətsiz görünən və ya heç 36 görünməyən bir təsirə qığılcım, hətta ildırım ilə cavab verər. Onun lirik əsərləri, qəzəlləri, yalnız aşiqanə əsərlər deyildir. Bu əsərlər mövzu və məzmun etibarilə müxtəlifdir. Burada əsas yer tutan aşiqanə qəzəllərlə yanaşı, həyat, varlıq haqqında, sırf fəlsəfi fikirlər ifadə edən qəzəllərə, obyektiv həyat hadisələrinə həsr edilən təsviri xarakterli qəzəllərə, satirik məzmun daşıyan əsərlərə də rast gəlirik. Mircəlal deyirdi: Füzulinin şer qüdrəti elə bir nadir istedadın parlaq təcəssümüdür ki, bunun qarşısında səltənət sahibləri baş əyməlidir. Bəzən Füzulinin bədbinliyindən danısırlar. Bu danışıqlar, ancaq Füzulini anlamayanlar, yaxud da şairin sənətini qəsdən təhrifə çalışan bədxahlar arasında etibarlı sayıla bilər. Füzulidə kədər, həm də cahani bir kədər olmuşdur. Zamanın zülmünü görən həssas bir qəlb sahibinin, insanların ağır vəziyyətinə yanan humanist bir insanın ağır kədəri olmuşdur. Lakin bu kədər şairi bədbinliyə apara bilməmişdir. Füzuli qələm qüdrətilə düşrnənlərinə qarşı mübarizə aparmışdır. Bədbin adam həyatdan əl üzər. Bədbin şair özünü bir heç sayar, sükut, kənar guşə və ölüm arzular. Füzulidə, əksinə, yuxarıda dediyimiz kirai, həyat eşqi, yaratmaq həvəsi, sənət qüruru tükəniəzdir. Füzuli lirikasının sadəcə məntiqi dil ilə şərhi çox çətindir. Bu lirika sarsıdıcı təsiri ilə insanı valeh edən, onu hər seydən ayıran musiqiyə bənzəyir. Belə bir musiqidən təsirlənən adam öz həyacanını, hissiyyatını başqasına verə bilməz. Buna söz, ifadə tapmaqda çətinlik çəkər. Füzuli qəzəllərinin şərhi də eyni dərəcədə çətindir. Çünki bu əsərlər adamı od kimi alır. Soyuq mühakimə vəziyyətindən ayıraraq şairin coşqun şer aləminə aparır. Adama elə gəlir ki, bu şerlər təhlil üçün, izah üçün yazılmamış, oxumaq, ləzzət almaq, zəngin mənalar duymaq, yüksəltmək üçün, könülləri fəth etmək üçün yaradılmışdır.
Fikir verin, həmişə ləyaqətsiz və rəzil adamlar, fəzilətli şəxsləri təhqir edib. Sizcə niyə? Bunu doğuran səbəblər nələrdir? Mövzu müxtəlif baxış bucağından təhlil olunduqda, müxtəlif səbəblər özünü göstərir.
1.Tarix boyu təkəbbürlük səbəb olub ki, insanlar özlərindən üstün olan şəxsi qəbul etməyiblər. 2. Həmişə dini rəhbərləri, peyğəmbərləri gözdən salmaq üçün onlara qarşı siyasi oyunlar oynayıblar.
Birinci səbəb:Təkəbbürlük o əməldi ki, şeytanı cəhənnəmə saldı. Eləki, Hz Adəm xəlq olundu şeytan ona səcdə etməkdən boyun qaçırdı. Allah buyurdu: “Ey İblis! Öz qüdrət əlimlə yaratdığım şəxsin qarşısında səcdə etməyinə nə mane oldu? Təkəbbürlük etdin yoxsa özünü ondan üstün saydın? Şeytan dedi: Məni oddan, onu torpaqdan yaratmısan. Mən Adəmdən daha üstünəm.” (Sad 75-76)
Digər ayədə buyrulur: “Şeytan dedi: Mən elə bir şəxs deyiləm ki üfünətli palçığı qurudub ondan xəlq etdiyin bəşər qarşısında səcdə edim. (Hicr 33) Necə ki, şeytan Allaha qarşı təkəbbür elədi, əvvəlki ümmətlərdən də bəziləri öz peyğəmbərlərinə qarşı təkəbbürlük etdilər. Quran bu hadisəni belə izah edir: “Dedilər: Biz səni özümüz kimi bəşərdən başqa bir şey hesab etmirik. Sənin bizim üzərimizdə heç bir üstünlük və fəzilətin yoxdur. (Hud 27)
“Səndə bizim kimi bəşərsən, yediyimizdən yeyir içdiyimizdən içirsən. (peyğəmbərləri də cavablarında deyirdi) Siz düz deyirsiz mən də sizin kimi insanam, lakin Allah öz bəndələrindən istədiyinə nemət verər.” (Muminun 33)
Başqa bir tarixi hadisə: İbni Həcər "Əl isabə" kitabında Ənəsdən belə bir hədis rəvayət edir: “Peyğəmbərin dövründə bir kişi var idi. Onun ibadəti hamını təəccübə gətirmişdi. Bir gün peyğəmbərin yanında ondan söz açıldı. Onu tərif etdilər. Hz peyğəmbər (s) buyurdu: “Siz mənə elə bir şəxs haqqında danışırsız ki onun çöhrəsində şeytanın möhründən olan bir çirk görürəm. Elə bu vaxt o kişi içəri daxil olaraq salam vermədən əyləşdi. Peyğəmbər (s) soruşdu: Səni Allaha and verirəm, de görüm, bu məclisə daxil olanda ürəyindən belə bir fikir keçdi ki, sən burda əyləşənlərdən daha üstünsən? O dedi: Allaha and olsun ki belədir.” (Bu kişinin adı Zül Xüveyris idi. Xəvaricin rəisi).
2-ci səbəb: Siyasi oyun: Müxtəlif dövrlərdə peyğəmbərləri və dini rəhbərləri insanların gözündən salmaq istəyirdilər. Nümunə üçün bir tarixi hadisəni qeyd edək. Peyğəmbər (s) bir gün beytul-maldan müsəlmanlara paylayırdı. Zul Xuveyris dedi:Ya peyğəmbər! Ədalətlə böl. Peyğəmbər buyurdu:Vay olsun sənə. Əgər mən də ədalətli olmasam kim ədalətli olacaq?
Alimlərin qeyd etdiyinə görə bəzi insanlar əsas bu iki səbəbə görə özlərindən fəzilətli şəxsi qəbul etmirlər.


Mahir Şəkərov - İlahiyyatçı araşdırmaçı.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)