“Əgər Zəhranı unutsaq...”
Bildiyiniz kimi İyulun dördü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə ana və 2 yaşlı kiçik Zəhra qətlə yetirildilər. Erməni daşnaklarının bu xain həmləsindən bir neçə gün ötsə də hələ də bu acı faciəni unutmaq olmur. Bu gün hamı bütünlükə iki yaşlı Zəhradan yazır. Hələ də ona göz yaşı axıdılır.
Zəhranı şəhid edən qondarma rejim bir daha öz məkrli
və xain simasını göstərdi. 20 Yanvar, Xocalı, 31 Mart soyqırımını və Aprel döyüşlərini törədənlər, onlara yad
olmayan növbəti bir faciəni də həyata keçirtdilər. Zəhranın qətli bir daha düşmənin
nə qədər alçaq, azğın və acımasız olduğunu sübut etdi. Erməni daşnaklarının törətdiyi
bu faciə heç vaxt unudulmamalı, kiçik yaşlı Zəhranın xatirəsi daim yad
olunmalıdır. Yaxşı olar ki, Zəhranın məzarı xüsusi şəkildə bərpa edilsin, məzarı
yanında şəhidliyini əks etdirən lövhə yerləşdirilsin. Bu kiçik məzar, sadə məzarlar
kimi qəbirisitanlıqda yadlaşmamalıdır. Düşünürəm ki, o məzar rəsmi qurumların
diqqət mərkəzində olmalıdır. Zəhranın məzarı yanında onun məzlum şəkildə şəhid
olmasını əks etdirən lövhə, büst yaxud digər təsirli vasitələrdən mütləq
istifadə etməli, o məzar xalqa vətənpərvərlik ruhiyyəsini aşılayan bir məkana
çevilməlidir. O məzar, ermənilərin xain simalarını və kimliyini bütün dünya
ictimaiyyətinə göstərən əyani bir dəlil halına gəlməlidir. Belə olan təqdirdə,
iki yaşlı Zəhranı qətlə yetirən qondarma rejim necə özünün təcavüzkar
olmadığını, sülhsevər olduğunu iddia edə bilər?
Zəhranın qətl günü artıq Azərbaycan xalqı üçün yeni
bir qanlı tarix oldu. 20 Yanvar, Xocalı faciəsi kimi... Odur ki, bu qanlı
tariximizi unutmamalıyıq. Əgər Zəhranı unutsaq, başımıza növbəti Xocalı faciəsinin
gəlməsi qaçılmaz olar. Bu, və bu kimi qan yaddaşımızı unutmamaq, milli və mənəvi
borcumuzdur.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder