Quran deyir ki, namazı ələ salıb, məsxərə etmək, münafiqlərin işidir.
Vüsal Məmmədov, jurnalist, ateizmi müdafiə edən,
Dini, elmlə qarşı-qarşıya qoyan,
Zaman-zaman, namaz qılanları məsxərə edən,
Vaxti ilə qatı əhkamçı olub, ateistlərə nifrət edən,
Vəhyi inkar edərək, Quranın Allah tərəfindən
gəlmədiyini iddia edən,
Quranın oxunuşundan narahat olan, əzab çəkən və hətta
bezən,
Vaxtı ilə Hənəfi məzhəbinin guya davamçısı olan,
Qiyamət gününün əzabından zərrə qədər qorxmadığını
dildə iddia edən,
Elmi səviyyəsi Lut gölünün ətrafından daha da aşağı
olan,
Darvinin çökmüş və məhv olmuş nəzəriyyəsini
zaman-zaman diriltməyə çalışan,
Elşad Miriyə “dostum” deyərək müraciət edən və s.
Bütün bunları
Vüsal Məmmədovun müsahibələrindən cəm etmişik. Başqa sözlə, bu deyilənləri elə
özü etiraf edir və böyük iftixarla danışır. Biz sadəcə onlara işarə etdik.
Və, yenə də namazı və namaz qılanları məsxərə
etdi.
Atesit, Vüsal Məmmədov: “Namaz qılanlar bilirlər: lap
axırda çiynində oturan mələklərə salam verməlisən. Təsəvvür elə: yekə bir bir
adam oturub, gözucu sağ və sol çiyinlərinə baxaraq, oradakı mələklərlə
salamlaşır. Yəni ciddi şəkildə inanır ki, çiynində mələk oturub! Bu, artıq,
cəhalət də deyil, bunun adı şizofreniyadır. Elmi dildə buna "Reallıqda
mövcud olmayan zoomorfik canlılarla xəyali ünsiyyət şəklində
hallüsinasiya" deyirlər. Mənə inanmayan varsa, psixiatrlardan soruşun,
sizə izah edər”.
Əgər bir nəfər
həqiqəti görmək istəməsə, hətta ən Allahın peyğəmbəri də onu hidayət edə
bilməz. Çünki, o, həqiqəti eşitmək, görmək və qəbul etmək istəmir. Bəndəçilik
nişanəsi sayılan namazın məsxərə olunması yeni bir addım deyil, İslam
düşmənləri əsrlər öncə də namaza və namaz qılanlara məsxərə etmişlər. Quran, bu
həqiqəti belə çatdırır: “Siz (bir-birinizi) namaza çağırdığınız zaman
onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa
olmalarındandır.” (Maidə 58)
Deməli, namazı
ələ-salıb məsxərə etmək, həmin şəxslərin düşüncəsizliyndən irəli gəlir. Bu
ayənin təfsirinə, nazil olma səbəblərinə baxdıqda məlum olur ki, ayə, həm də
iki münafiq barəsində nazil olub. Təfisirlərdə (Təfsirul-Kəbir, Məcməul-Bəyan)
qeyd olunur ki, zahirən müsəlman olmuş iki münafiq namaz qılanları ələ salır,
məsxərə edirdilər. Daha sonra Allah bu ayəni nazil etdi.
Odur ki, belə
şəxsləri müasir zamanda da gördükdə bu ayələri xatırlayın və tarixə nəzər
salın. Yəqin bilin ki, bu kimilər dini məsxərə etməklə, onu aradan apara
bilməzlər.
“Onlar Allahın nurunu (islam dinini)
öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə
– kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır”. (Saff 8)
Mahir Şəkərov –
İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder