Cavanlara yol verin…
QEYD: Bu məqaləni bütün aktiv və fəal gənclərə, həsr edirəm.
Bugünkü cəmiyyətimizin əsas
problemlərindən biri də cavanlara olan laqeyid münasibətdir. Bəli, cəmiyyət – cəmiyyətdə olan bəzi “ziyalı” və “ağsaqqal” kimi görünən bir
qrup…
Onlar öz təcrübələrini
gənc nəsillə paylaşıb, onlara yol
göstərən bir bələdçi
olmaq əvəzinə, onların
yolunu kəsən maneəyə
çevrilirlər. Bəzən bu maneələr
sapı özümüzdən olan
baltalardan olanda, bu mübarizə
biraz daha çətinləşir…
Nə isə…
Bütün insanlara nümunə
olan Hz. Muhəmməd (s) buyurur: “
Xeyir işə açar, şər
işə qıfıl olun.”
Görəsən bu şəxslər
bütün insanlara nümunə olan Hz. Muhəmmədin (s) bu sözünü
eşitməyiblər? Nə üçün onlar hədisin əksinə olaraq
şər işə açar, xeyir işə qıfıl
olurlar? Bunun əsasən
bir səbəbi var. Çünki, onlar
özlərinin çata bilmədikləri
nailiyyətlərə, başqalarının çatdığını
gördükdə bunu həzm edə bilmirlər. Çünki, bunu həzm etmək
üçün iman lazımdır, əxlaq lazımdır, ədəb lazımdır… Ən əsası
isə insan olmaq lazımdır. Belələri isə
bütün bunlardan məhrumdurlar. Cavanlara qarşı
bu cür mövqe
nümayiş etdirən şəxslər,
deyəsən hələ də həsəd və qibtə
arasındakı fərqi bilmirlər…
Cavanlara qarşı mülayim olub, onlara dəstək
olmaq həm Alahın həm də
Onun Rəsulunun (s) bizə
tövsiyəsidir.
Hz. peyğəmbər (s) buyurur: “Sizə
cavanlara yaxşılıq (hömət) etməyi tövsiyə edirəm. Çünki, həqiqətən cavanların qəlbi yumşaq olur. Onlarla mehriban
dolanın. Həqiqətən Allah məni peyğəmbər
seçəndə qocalar mənimlə müxalifət etdi. Amma cavanlar mənə
qarşı çıxmadılar və
dini qorudular.”
Hz. peyğəmbər bu
mübarək sözləri bizə
çatdırmaqla yanaşı özü də bu
məsələdə çox həssaslıq
göstərmiş, cavanlara xususi diqqət
və qayğı göstərmişdir.
Hər zaman, hər məsələdə
onlarla məşvərət edir, onların
fikirlərinə hörmətlə yanaşardı. Allah
Rəsulunun (s) yüzdən çox səfiri olmuşdur. Bir neçəsi xaric, əksəriyyətini yenə də
cavanlar təşkil edirdi.
Peyğəmbərin (s) xarici ölkələrə olan mətublarını yenə də gənclər yazırdı.
Allah Rəsulu (s) özü də onları suryani, ibrani kimi o günün ehtiyac duyulan
dillərini öyrənməyə təşviq edirdi.
Cavanlar Allah Rəsuluna (s) o qədər məhəbbət göstərirdilər
ki, hətta Səudiyyə Ərəbistanın qərbində yerləşən Hicazdan bir
qrup cavanlar öz vətənlərindən hicrət edərək
peyğəmbərimizin (s) yanında
qalmağa qərar verdilər. Hz
peyğəmbər (s) də öz növbəsində
onlara çox etibar
edir, onları ən məsuliyyətli
vəzifələrə təyin edərdi.
Necə ki, Məsəb ibni Əmir peyğəmbərimiz (s) tərəfindən
İslamı təbliğ etmək üçün
Mədinəyə göndərilir. Bu gənc
öz təbliğatı ilə
bir çox insanları İslamla tanış etməyə müvəffəq
olur. Hətta bir yəhudi
aliminin də müsəlman olmasına vəsilə olur.
Başqa bir nümunə
isə İtab ibni Əsiddir. İyirmi yaşı olmasına baxmayaraq Məkkəyə
vali təyin olunaraq, bütün
siyasi işlər ona tapşırılır.
Baxmayaraq ki, səhabələrin arasında ondan daha yaşlı olanları var idi. Bəziləri cavan olduğu üçün bu işə etraz
etdikdə peyğəmbər (s) qətiyyətlə bildirir ki, vəzifəyə təyinatda meyar
yaş yox, ləyaqət və fəzilətdir. Hər yaşlı insan
ləyaqətli olmur. Yaş böyüklük səbəbi deyil. Böyüklük fəzilət və ləyaqətdir.
Allah Rəsulunun (s) bu
tarixi sözlərini Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı
Məaz ibni Cəbəl də daha sonralar ifadə
etmişdir. (“Siyəri Hələbi” c. 3)
Hz. peyğəmbər (s) vida həccindən
qayıdarkən bu ayə nazil oldu; “(Vəd
olunan yerlər Allah tərəfindən Hz. İbrahimin saleh övladlarına verildi.) Ya Muhəmməd! Biz
Tövratdan sonra Zəburu yazıb Davuda
bildirdik ki, bu müqəddəs yerə (Şama)
bundan sonra mənim saleh bəndələrim varis
olacaqlar.” (“Ənbiya” 105)
Bu ayə nazil olduqdan sonra peyğəmbər
(s) əmr verdi ki, böyük bir ordu hazırlansın. Orduya da sərkərdəliyi
20 yaşlı Usamə bin Zeyd etsin.
Nəhayət Zeydin gözəl sərkərdəliyi nəticəsində
müsəlmanlar qələbə qazandı. Hicrətin 15-ci ili
Qüds rəsmi şəkildə müsəlmanların oldu. Bu şəhərin adı “İlya”dan
Beytul-müqəddəsə çevrildi.
Diqqət olunası məsələlərdən biri də
budur ki, bəziləri Usamə bin Zeydin
orduya başçılıq etməsini istəmirdi. Onlar elə
düşünürdülər ki, Zeyd bu iş üçün
çox cavandı. Lakin, peyğəmbər (s) müsəlmanlara
öyrətmək istəyirdi ki, əksər cavanlar yaşlılardan daha
yaxşı səy göstərir, öhdələrinə düşən vəzifələri daha yaxşı məsuliyyətlə yerinə yetirirlər, cəbhədə şücaət və rəşadətlə vuruşur, qələbə
qazanırlar.
Nec ki, Bəni İsrail Fələstini tutmaq üçün Calut və
onun ordusu ilə vuruşanda düşmən qarşısında dayana bilmədilər.
(“Bəqərə” 249)
Amma sapanddan başqa heç bir
silahı olmayan bir gənc onların içindən çıxıb Calutun
meydanına getdi. Calut qılınc və zirehlə silalanmış yekəpər adam idi. Hamı
düşünürdü ki, Calut bu gənci öldürəcək. O cavan sapanda bir daş qoyub ona tərəf atdı. Daş
düz Calutun alnından dəyərək onu
öldürdü. Bu cavan Hz. Davud
idi ki, Quran onun haqqında
buyurur: “…Davud Calutu öldürdü. Allah ona rəhbərlik mənsəbi və hikmət verdi…” (“Bəqərə” 251)
Allahın peyğəmbəri (s) yenə də Bədir döyüşündə o zaman cavan yaşda olan
Hz. Əlini öz bayraqdarı etmişdir.
Bura qədər qeyd
olunan ayə və hədislərdən belə məlum olur ki, cavanlara qarşı diqqətli olmaq
və onların bacarıq və istedadından cəmiyyətin faydalanması
üçün istifadə etmək
lazımıdır. Bu birbaşa Allah və
Onun Rəsulunun (s) istəyidir. Bu istəyə
qarşı çıxanlar, yaşadıqları cəmiyyətdə
böyük fitnə-fəsad yaradırlar. Belə
ki, bugünkü cavanlar sabahın ağsaqqallarıdır. Odur ki, gələcəyimizi öz əllərimizlə baltalamayaq. Gənclərə, cavanlara
dəstək olaq, onları əzməyək. Onların nailiyyətlərinə sevinib qibtə edək, həsəd
aparmayaq. Çünki, həsəd və paxıllıq şeytanın sifətləridir. Gəlin ilahi rəngə
bürünərək, ilahi ayələrin işığında cavanlara hörmət edək. Çünki, cavanlar gələcəyimizdir.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder