"Adsız əsgər" məzarı və imam Hüseyn (ə) reallığı
İmam Hüseynin İslam ümməti üzərində
böyük haqqı vardır. Çünki o, məzlumiyyət gücü ilə belə bir zalımlığın və
zalımın kökünü qazıdı. Özü və əhli-beytinin qanıyla Bəni-Umeyyənin, xüsusilə də
məlun Yezidin zülmüylə qurumaqda olan “Lə iləhə illəllah” ağacını öz qanıyla
sulayıb, İslam və tövhidə yenidən həyat qazandırmışdır.
Təəssüfləndirici hal budur ki,
müxaliflər imam Hüseynin (ə) xidmətlərini təqdir etmək əvəzinə, Onun ziyarətinə
gedənlərə etiraz edir, qınayır və onlara başqa nisbətlər verib, yaraşmayan
adlar qoyurlar. Daha sonra isə imam Hüseyni sevdiyini iddia edirlər. Həmin şəxslərədən
soruşmaq lazımdır ki: “Bu necə sevgidir ki, onun ziyarətinə gedənlərə acığınız
tutur? Əziz peyğəmbərimizin (s) əziz nəvəsini kimsə ziyarət edirsə siz niyə əsəbləşirsiniz?
Niyə hər il milyonlarla insanın imam Hüseynin (ə) ziyarətinə getdiyindən və matəm
tutub o məzlumun qəribliyinə ağladığına görə şikayətlənirsiniz?
Bir çox ölkələrdə “adısız əsgər”
məzarları mövcuddur. Bu qəbirlərin üzərində
abidə ucaldan xalqların məqsədini belə açıqlayırlar: “Bu əsgər zalımların
zülmünə qarşı vətənini qorumaq üçün canından keçmişdir. Amma onun bədənindən və
geyimindən kim olduğu və hansı ailə və şəhərdən olduğuna dair hər hansı bir məlumat
və əlamət yoxdur. O, əsgər hər nə qədər adsız və kimliyi naməlum olmasına
baxmayaraq, qanını zalımların zülmündü dəf etmək yolunda axıtdığı üçün dəyəri
vardır. Hər hansı bir dövlət adamı, nazir və ya dövlət məmuru o şəhərlərdən
birinə səfər etsə, ehtiram üçün o adsız əsgərin qəbrini ziyarət edər və məzarı
üstünə gül çələngi qoyur. Ona, milli heysiyyətlərini dünya millətləri
qarşısında qorumaq üçün ehtiram göstərirlər.
İndi biz insaflı olanlardan
soruşuruq: “Biz müsəlmanalar 72 nəfər bilinən, tanınan, hamısı alim, abid və təqvalı,
onlardan bəzisi isə Quran qarisi və hafizi olan, zalımların zülmü qarşısında
din və tövhidi, İslam və ədaləti müdafiə etmək yolunda canlarından keçən və əksəriyyəti
də peyğəmbərin (s) əhli-beytindən olan insanları yad edən və onları ziyarət edənləri
təqdir və təşviq etmək əvəzinə, onlara meneçilik törətmək, təhqir etmək, təəssübkeş
alimlərin təhrikləriylə onların qəbirlərini dağıtmaq və ondan qəhvə düzəltmək
utandırıcı deyilmi?”
Tarix şahidlik edir ki,
hicri-qəməri 1216-cı ilin Qədir-Xum bayramı günü Kərbəla əhalisinin çox hissəsi
ziyarət məqsədilə Nəcəfi-Əşrəfə səfər etmişdilər. Nəvdli vəhhabilər fürsəti qənimıt bilib, Kərbəlaya hücum edərək
müdafiəsiz zəif insanları qətlə yetirib, mallarını talan etdilər. Tövhid
yolunda can vermiş İslam fədəkarları imam Hüseynin (ə) və Onunla birlikdə şəhid
onların müqəddəs qəbirlərini dağıdıb, yerlə-yeksan etdilər!
Kərbəla əhalisindən təxminən 5
min nəfəri, alim, cahil, zəif, güclü, böyük, kiçik bilmədən, hətta günahsız
qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər. İmam Hüseynin (ə) məqbərəsindəki
xəzinələri talayıb qiymətli daşları, əntiq əşyaları apardılar. Hətta qəbrin
üstündəki sandıqı yandırıb, ondan qəhvə düzəltdilər. Bir çox insanı da əsir edib, özləriylə
apardılar.
Dünyanın bütün ölkələrində
alimlərin, sultanların, ziyalıların, hətta adısz əsgərin qəbirləri belə
ehtiramla yad edildiyi halda, müsəlmanların öz iftixarları olan insanların qəbirlərini
qorumları bir yana, onları vəhşicəsinə dağıdıb talan etmələri həqiqətən çox
üzücüdür.
Hətta həzrət Həmzə kimi Uhud şəhidlərinin
qəbirlərini, Əbdul-Muttəlib və Əbdullah kimi həzrət peyğəmbərin (s) ata və
babalarının qəbirlərini və İslamın iftixarları olan digər kəslərin qəbirlərini
Məkkə və Mədinədə dağıdıb yerlə-yeksan edib, sonra da özlərinə “biz müsəlmanıq”
deyirlər! Amma öz dırnaqarası rəhbər və sultanlarının qəbirləri üzərində abidələr
ucaldırlar.
Şiə və sünni alimləri möminlərin
qəbirlərini ziyarət etmək haqqında, onların müxtəlif hadisələrdən, qorunması
üçün bir çox hədislər nəql etmişlər. Rəsulullah (s) bilavasitə özü möminlərin qəbirlərini
ziyarət edib, onlar üçün bağışlanma diləyirdi. Buna baxmayaraq, bir qrup qara əllər din adıyla İslamın
iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərinu dağıdıb, onlardan ən kiçik bir əlamət
belə qoymurdular. Sözü qısası, deyiləsi dərdimiz çoxdur. Allah din adı ilə dinin
əleyhinə çalışanlara lənətin nazil eləsin.
Mahir Şəkərov - İlahiyyatçı araşdırmaçı.
Yorumlar
Yorum Gönder