Həzrəti Yaqub (ə) halal yeməkləri özünə haram etdi?


“Tövrat na­zil ol­ma­mış­dan qa­baq İs­rai­lin (Ya­qu­bun xəs­tə­li­yə və ya et­di­yi nəz­rə görə) özünə ha­ram et­di­yi şey­lər­dən (də­və əti və südündən) baş­qa bütün ye­mək­lər İs­ra­il övlad­la­rı­na ha­lal idi. (De­mə­li, pak olan şey­lər­dən bə­zi­lə­ri­nin Tövrat­da ha­ram edil­mə­si­nin sə­bə­bi on­la­rın keç­miş şə­ri­ət­dən qal­ma­la­rı de­yil, İs­ra­il övlad­la­rı­nın günah­la­rı­dır.) De: “Əgər doğ­ru de­yir­si­niz­sə (be­lə de­yil­sə), on­da Tövra­tı gə­ti­rin və onu oxu­yun (ki, Tövrat­da ha­ram edi­lən ye­mək­lə­rin cə­za xa­rak­ter­li hökm­lər ol­ma­sı sübu­ta yet­sin).”[1]
Qu­ra­nın bu­yur­du­ğu­na görə yə­hu­di­lə­rə törət­dik­lə­ri zülm­lər uc­ba­tın­dan pak və ha­lal ne­mət­lə­rin bir qis­mi ha­ram edil­di. Tövbə edib Al­la­ha tə­rəf qayıt­maq əvə­zi­nə tə­kəbbürlük nüma­yiş et­dir­di­lər. On­lar bu ne­mət­lə­rin et­dik­lə­ri zülm və ci­na­yə­t ucbatından de­yil, əv­vəl­dən  ha­ram ol­du­ğu­nu id­dia edir­di­lər. La­kin Al­lah on­la­rın iddialarının yalan olduğunu qeyd edir.[2]
Qu­ran və hə­dis­lə­rin bil­dir­di­yi­nə görə Ya­qub (ə) bə­zi ne­mət­lə­ri özünə ha­ram et­miş­di. Əl­bət­tə, bu ha­ram şə­ri­ət ba­xı­mın­dan olan ha­ram de­yil­di, öz səh­hə­ti ilə əla­qə­li bir qa­da­ğn idi. Bu məzmunu ehtiva edən bir hədisi diqqətinizə çat­dı­raq:
 Hə­qi­qə­tən də, İs­ra­il (Ya­qub pey­ğəm­bər) də­və əti ye­dik­də qar­nı­nın aşa­ğı his­sə­si ağ­rı­yır­dı. O, bu ağ­rı­ya də­və əti­nin sə­bəb ol­du­ğu­nu bil­di­yi üçün onu özünə qa­da­ğan et­di. Bu iş, Tövra­tın na­zil ol­ma­sın­dan qa­baq baş ver­miş­di. Tövrat Mu­sa­ya (ə) na­zil ol­duq­dan son­ra Mu­sa (ə) onun ye­yil­mə­si­ni qa­da­ğan et­mə­di, am­ma özü də ye­mə­di.[3]
Ayə və hə­dis­lər­dən mə­lum olur ki, hət­ta Həzrəti Ya­qu­bun döv­ründə be­lə, də­və əti ha­ram de­yil­di. Həzrəti Ya­qub yal­nız səh­hə­ti ilə əlaqədar olaraq onu özünə qa­da­ğan etmiş­di. Bu normal haldır. Biz də səh­hə­ti­mi­zə ziyan olan ha­lal ne­mət­lər­dən be­lə, im­ti­na edi­rik. Bil­mə­li­yik ki, heç bir pey­ğəm­bər Al­la­hın ha­la­lın ha­ram, ha­ra­mın isə ha­lal et­məz.


Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.


Mənbə: "Bütün peyğəmbərlər məsumdur" kitabı.

[1] Ali-İm­ran” 93
[2] Ni­sa” 160
[3] Əl-Əy­yaş”, c. 1, səh. 86; “Əl-Bur­han”, c. 1, səh. 298, hə­dis 2

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Yasin 70 –ci ayə ölüyə Quran oxumağı qadağan etmir – Ayəni təhrif edənlərə cavab