“Kərbəla hadisəsi hakimiyyət üstə olan savaş idi” deyən nadanlara İmam Hüseynin öz sözü və əməlləri ilə cavab
Öncədən qeyd edək ki, Həzrəti Hüseyn qətiyyən dünya
məqamının arxasınca deyildir. Fani bir səltənət üçün canını fəda
etmədi, ailəsinin bu yolda düşmənə əsir etmədi. Kim bu mənadan xəbərdar olduğu
halda imam Hüseyni (ə) dünya düşkünü bilərsə, Qurani-Kərimi inkar etmişdir.
Əgər Yezidə qarşı olan qiyam dünyəvi məqamlara
yetişmək üçün olsaydı, Allah Rəsulu (s) ona yardım etməyi əmr etməzdi. Əhli
sünnə mənbələrində qeyd edilmiş bir hədisə nəzər yetirək: Şeyx Süleyman Bəlxi
Hənəfi “Yənaibul-Məvəddə”nin 60-cı babında Buxari, Bəğəvi və ibn Siqqin
“Tarix”indən, İmamul-Hərəm, Şafeinin “Zəxairul-uqba”sından, “Sirei Molla”dan və
daha digər əhli sünnə alimlərindən nəql edərək Ənəs ibn Haris ibn Bayədən belə
nəql edir: “Rəsuli-əkrəmin (s) belə buyurduğunu eşitdim: “Şübhəsiz, bu oğlum
(Hüseyn) Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün orada
olsa, ona yardım etsin.”
Ənəc ibn Haris peyğəmbərin (s) əmrinə əməl etmək üçün
Kərbəlaya getdi və orada Həzrət Hüseyn (ə) ilə bərabər öldürüldü.
Demək ki, imam Hüseynin Kərbəladakı qiyamı məqam eşqi
üçün deyil, haqq üçün idi. Etiraz edənlər əgər imam Hüseynin (ə) şəhadəti,
əhli-beytin əsarəti üzərində düşünsələr, haqq və həqiqəti görərlər.
Məqam üçün baş qaldıran və dövrünün dövlətinə qarşı
qiyam edən kəs, əsla arvad-uşaqla yola çıxmazdı; kiçik uşaqları, hamilə qadını,
qundaqdakı südəmər körpəni özü ilə götürməzdi. Əksinə yalnız ona kömək edən bir
dəstə ilə hərəkət edər, düşmənə qalib gəlib hakimiyyəti ələ keçirdikdən və
hədəfinə çatdıqdan sonra ailəsini yanına gətirərdi.
Həzrət Hüseynin (ə) ailəsi və kiçik uşaqları ilə
birlikdə etdiyi bu hərəkət , Onun dünyəvi xilafət və rəyasətdə gözü olmadığına
və düşmənə qalib gəlmək üçün hərəkət etmdiyinə böyük bir dəlildir. Belə bir
niyyəti olsaydı, Yəmənə gedər, özünün və atasının dostlarını başına toplayar və
oranı mərkəzə çevirib döyüşə tam olaraq hazırlaşdıqdan sonra hücuma keçərdi. Bu
səbəbdən əmisi uşaqları, dostları və qadaşları dəfələrlə bu fikri təklif etmiş,
nəticədə mənfi cavab almışlar. Çünki onların imamın əsl hədəf və məqsədindən
xəbərləri yox idi.
İmam Hüseyn (ə) qalib olmaq üçün heç bir maddi
imkanının olmadığını bilirdi. 84 qadın və uşaqla etdiyi hərəkət qəti bir nəticə
əldə etmək üçün idi. O, babası peyğəmbərin (s) böyük zəhmətlər bahasına
ucaltdığı, Bədir, Uhud və Hüneyn şəhidlərinin qanıyla suvardığı və Əli ibn Əbu
Talib kimi bir bağbanın becərdiyi pak Lə iləhə illəllah ağacını qorumaq
istəyirdi. Digər tərəfdən isə zülm, təhdid, qətl və od vurub yandırmaqda,
təcrübəli olan hökümət pak ağacın bağbanını kənarlaşdırmaqla, tövhid və
nübuvvət bağçasının təməlini məhv etməyə istiqamətləndiyini görürdü. Bəzi
qüvvələr xilafətdən sui-istifadə edərək deyirdilər: “Ey Bəni Umeyyə! Xilafəti
top kimi əlinizdə tutmağa çalışın. And olsun Əbu Sufyann adn içdiyi o şeyə ki,
(məqsəd bütlərdir), hər zaman sizin üçün belə bir səltənət arzu edirdim; onu
miras olaraq uşaqlarınıza ötürün.”
Vəziyyəti belə görən imam Hüseyn (ə) yalnız və yalnız
peyğəmbərin (s) risalətini dirçəltmək üçün Kərbəlaya doğru hərəkət etdi. Ən
yaxın dostlarını və ailəsini götürərək Kərbəlaya apardı. Bəzi dar düşüncəlilər
deyirlər ki, imam Hüseyn (ə) Mədinədən niyə çıxdı? Orda qalmalı, qiyam etməli
və orada şəhid olmalı idi. Amma onlar anlamırlar ki, əgər imam Hüseyn (ə)
Mədinədə qalaraq qiyam etsəydi, düşünən insanların bu qiyamdan xəbərləri
olmaycaqdı və həzrətin nə üçün qiyam etdiyini başa düşməyəcəkdilər. Bir çox din
tərəfdarı öz şəhərlərində haqq üçün qiyam etmiş, lakin heç kim onların hədəf və
məqsədlərindən xəbəri olmamışdı. Niyə öldürüldüklərinin səbəbi belə bilinməmişdi.
Hətta düşmənlər, xalqa onların məqsədlərinin əksini söyləyib və beləliklə də
digərlərinin də üsyan etmələrinin qarşısını almış olurdular. İmam Hüseyn (ə)
haqq və həqiqəti üzə çıxarmaq üçün rəcəb ayında Məkkəyə yola düşdü. Çünki bu
ayda insanlar Məkkəyə Ümrə ziyarətinə gəlirdilər. Ərəfə gününə qədər orada yüz
minlərlə insana həqiqətləri bəyan etdi. İmam, xalqa Yezidin şərab içib qumara
qurşandığını, it və meymunlarla oynadığını, dinin hökmlərini ayaq altına
atdığını, pak ağac olan Lə iləhə illəllahın kökünü qırmaq istədiyini, xilafət
iddiasında olan bu azğın insanın dinin təməlini aradan aparmağa və cəddi
peyğəmbərin (s) zəhmətlərini boşa çıxartmağa çalışdığını, öz babalarının isə
İslamı qorumaq üçün qiyam etdiyini və hər şeyi gözönünə alaraq bütün varlığını
fəda etməyə hazır olduğunu bildirirdi.
Demək ki, imam Hüseynin qiyamı, Mədinədən Məkkəyə və
Məkkədən də
Kufəyə gedişi dini nişanaləri qorumaq və bütün
cəmiyyətə Yezidin dinsiz, əxlaqsız
bir inanca sahib olduğunu və təlafi edilməyəcək bir
qrup zərərli əməllərini elan
etmək üçün idi. İmamın qardaşları, əmisi oğlanları və
Onu sevən dostları həzrətin
(ə) Kufəyə hərəkətinə mane olmaq üçün belə deyirdilər:
“Sizə məktub yazıb dəvət
edən kufəlilər vəfasızlıqlarıyla məhşurdurlar. İllər
boyu bu məmləkətdə kök salmış
bəni-Üməyyənin qüdrəti və azğın Yezidin səltənəti ilə
baş-başa gələ bilməzsiniz;
çünki haqq əhli çox azdır. İnsanlar dünyanın köləsi
olmuşlar. Onların dünyası bəni-
Üməyyə ilə uyuşduğu üçün bəni-Üməyyənin ətrafına
toplaşmışlar. Qalib
gəlməyəcəksiniz, bu səfərdən əl çəkin.
Əgər hicazda qalmaq istəmirsinizsə, onda Yəmənə gedin.
Çünki orada sizi
sevən çoxdur, camaatı da qeyrətlidir. Sizi yalnız,
tənha qoymazlar. Orada
ömrünüzün sonuna qədər rahat qala bilərsiniz”.
İmam Hüseyn (ə) həqiqətləri hər kəsə bəyan edir, bu
hərəkətinə mane olmaq
istəyənlərə qısa cavablar verirdi. Amma qardaşı
Məhəmməd ibn Hənəfiyyəyə,
əmisi oğlu Abdullah ibn Abbas kimi yaxın və
sirdaşlarına belə buyurdu: “Zahirdə
qalib olmayacağımı mən də bilirəm. Zəfər və fəth üçün
getmirəm: mən ölməyə
gedirəm. Məzlumiyyətin gücüylə zülm və fəsadın kökünü
qazımaq istəyirəm”.
Bəzilərinin qəlbini gücləndirmək üçün həqiqətlərdən
(sirlərdən) bir qismini
onlara söyləmək məcburiyyətində qalırdı. Bir cavabında
belə buyurur: “Cəddim
Rəsulallahı yuxuda gördüm. Mənə belə buyurdu: “İraqa
get. Şübhəsiz, Allah
səni şəhid olaraq görmək istəyir”.
Məhəmməd ibn Hənəfiyyə və İbni Abbas: “Elə isə
qadınları nə üçün
aparırsan?” -dedikdə imam Hüseyn (ə) belə buyurdu:
“Cəddim buyurdu: “Şübhəsiz, Allah onları əsir olaraq görmək istəyir”.
Rəsulallahın əmriylə onları əsarət üçün aparıram. Yəni şəhadətimlə
əhli-beytimin əsarətində bir sirr vardır. Onların əsarəti şəhadətimin
tamamlayıcısıdır. Məzlumiyyətin bayraqdarlığını edərək Şama gedəcəklər. Yezidin
xilafət və dünyəvi qüdrətinin kökünü qazıyacaq, küfr və zülmün bayrağını
yıxacaqlar”.
Elə də oldu. Həzrət Zeynəbi-Kubranın Yezidin qüdrət və
əyləncə məclisində yüzlərlə bəni-Üməyyənin başbilənləri, xarici elçilər və bir
çox yəhudi
və xristianların qarşısında öz mübariz bəyanı və eləcə
də imam Seyyidus-Sacidin
Zeynul-Abidinin (ə) Şamda - Məscidi-Əməvidə Yezidin
qarşısında minbərdəki
xütbəsi ilə bəni-Üməyyənin əzəməti yox oldu. Bu bəyan
və xütbələr xalqın qəflət
yuxusundan oyanmasına səbəb oldu.
İmam Səccad (ə) Şamdakı xütbəsində Allah-təalaya
həmd-səna etdikdən
sonra belə buyurdu: “Bizə (Ali-Məhəmmədə) Allah
tərəfindən altı xüsusiyyət
verilmişdir; başqa insanlara görə yeddi fəzilətimiz
vardır. Bizə elm, səbir,
cömərdlik, fəsahət, igidlik və möminlərin qəlblərinə
sevgimiz verilmişdir. Başqa
insanlara görə fəzilətlərimiz isə bunlardır: Seçilmiş
peyğəmbər – Məhəmməd
bizdəndir; Siddiq Əmirəl-möminin Əli ibn Əbu Talib
bizdəndir; Cəfəri-Təyyar
bizdəndir; Allahın Rəsulunun aslanı Həmzə bizdəndir;
bu ümmətin iki övladı
imam Həsən və imam Hüseyn bizdəndir və bu ümmətin
Mehdisi bizdəndir!”
Sonra özünü tanıtmağa başlayaraq belə buyurdu:
“Tanıyanlar məni tanıyır;
tanımayanlara isə indi özümü tanıdaram: Mən, xas sifət
və fəzilətlərə sahib olan
Xatəmul-ənbiya Məhəmməd ibn Abdullahın övladıyam...”
Daha sonra imam Səccad məlun Muaviyənin dövründə
gecə-gündüz açıq-aydın mövlamız və müvəhhidlərin mövlası Əmirəl-möminin Əliyə
lənət oxunan, illər boyu iftira deyilən minbərin üzərində durub Yezid,
bəni-Üməyyə və düşmənlərinə xitabən şamlılara çatdırılması qadağan olunan
Əmirəlmöminin həzrət Əlinin fəzilətlərini bəyan edərək belə buyurdu: “Mən,
insanlar “La iləhə illəllah” deyənədək onların burunlarına qılınc vuranın
oğluyam; Mən, iki qılıncla Rəsulallahın (s) önündə döyüşənin, düşməni iki
qılıncla vuran, iki dəfə hicrət
edən, iki dəfə beyət edən, kafirlərlə Bədir və
Hüneyndə döyüşən və bir gözqırpımı da olsa belə Allahı inkar etməyənin oğluyam;
Mən, möminlərin salehi,
Peyğəmbərlərin varisi, dinsizləri yox edən,
müsəlmanların əmiri, mücahidlərin
nuru, abidlərin zinəti, Allah qorxusundan ağlayanların
tacı və səbirlilərin səbirlisi,
aləmlərin Rəbbinin elçisi olan Ali-Yasinin namaz
qılanlarının ən yaxşısının
oğluyam; Mən, Cəbrayılın təyid etdiyi və Mikayılın
yardım etdiyi insanın
oğluyam; Mən müsəlmanların hərəmini qoruyan, dindən
çıxanları (nəhravanlıları),
beyətdən dönənləri (Cəməl döyüşündə iştirak edənləri),
zülm və tağut əhlini
(Siffeyn döyüşünə qatılanları) və öz düşməni olan
nasibiləri öldürən, Qureyşin
hamısının ən iftixarlısı olan, möminlərin içində Allah
və Rəsulunun dəvətini ilk
qəbul edən, imanda hər kəsdən önə keçən, zalımların
belini qıran, müşrikləri həlak
edən, Allahın münafiqlərə qarşı oxlarından bir ox
olanın oğluyam; Mən, Rəbbul Aləminin hikmət dili, Allahın hikmət gülüstanı,
Onun elm heybəsi, comərd,
bağışlayan, gülərüzlü, bütün döyüşlərdə qabaqcıl,
igid, çox səbirli və gözəl əxlaqlı
olan, ibadət üçün çox qiyam edən, nəfsini
saflaşdırmış, fasiq dəstələri dağıdan,
mübarizəsi ilə nəfsinin iradə cilovunu əlində tutan,
qəlbi hər kəsdən daha güclü və
daha sabit və əzmi hər kəsdən güclü olan, məzlumların
haqqını hər kəsdən daha
yaxşı alan, ən etibarlı, döyüş meydanlarında qızğın
bir aslan kimi olan, döyüşlərdə
istər piyada olsun, istər atlı, ona yaxınlaşanları
yerə sərən, fırtınanın qumu, tozu,
torpağı dağıtdığı kimi din düşmənlərini dağıdan,
hicazlıların ən cəsuru, iraqlıların
ən qəhramanı, məkkəli və mədinəli olan, hər batil
dindən üz çevirib İslama
yönələn, Əqəbədə beyət edən, Bədir və Uhud qəhramanı,
ağacın altında Rizvan
beyətinə qatılan, Allah üçün hicrət edən, ərəblərin
ağası, Peyğəmbərin iki övladı
Həsən və Hüseynin atasının oğluyam! Bax, bu sifətlərin
sahibi cəddim Əli ibn Əbu
Talibdir!”.
İmam Zeynul-Abidin sonra belə buyurdu: “Mən,
Xədiceyi-Kubranın
oğluyam; Mən, Fatimeyi-Zəhranın oğluyam; Mən, başı
arxadan kəsilmişin
oğluyam; Mən, susuz dodaqlarla şəhid olanın oğluyam;
Mən, digər insanların
ixtiyarına qoyan, amma özünə isə suyun qadağan
edildiyi kimsənin oğluyam; Mən,
qüsl verilməyib, kəfənlənməyənin oğluyam; Mən,
kəsilmiş başı nizədə dolaşanın
oğluyam; Mən, Kərbəlada ailəsinin hörməti
saxlanılmayanın oğluyam; Mən, müqəddəs bədəni bir yerdə, başı digər bir yerdə
olanın oğluyam; Mən, ailəsi əsir
düşüb Şama gətirilənin oğluyam”.
Sonra İmam (ə) yüksək səslə ağlamağa başladı; ardıcıl
“mən..., mən...” deyir,
babası həzrət Əlinin fəzilətlərini sayırdı. Nəhayət,
camaat da cuşa gəldi, çığırıb
ağlamağa başladı.
İmam Hüseynin şəhadətindən sonra Ona tutulan ilk matəm
məclisi, Şamda -
Əməvi məscidində
tutulan bu matəm idi. Seyyidüs-Sacidin həzrət Zeynul-Abidin
babası həzrət
Əlinin fəzilətlərini xatırladıqdan sonra Yezidin və düşmənlərinin
qarşısında atası
imam Hüseynin başına gələnləri anlatmağa başladı. O qədər anlatdı
ki, camaat
hönkür-hönkür ağlamağa başladı. Yezid qorxuya düşərək, məscidi tərk
etmək
məcburiyyətində qaldı.
İmam Səccadın bu
məsciddəki bəyanı Əməvilərin əleyhinə başlayacaq
qiyamın təməlini
qoydu. Bu səbəbdən Yezid peşman olduğunu bildirib, bu
hadisənin günahını
Ubeydullah ibn Mərcanının üstünə ataraq, onu lənətlədi. Sonda
bəni-Üməyyənin
küfr, zülm və dinsizlik səltənəti yıxıldı.
İndiyə qədər
bəni-Üməyyənin zülümlə hökm sürdükləri Şamda onlardan heç
bir kəsin belə
qəbri qalmamışdır. Ancaq bəni-Haşim və Rəsulallahın əhlibeytindən
olan bir çox
şəxsin məzarı oradadır. Şamlıların və hər arif, alim şiə və
sünni
müsəlmanların ziyarətkahı halına gəlmişdir.
Qısası, bütün
tarixçilər və Kərbəla hadisəsini qələmə alanlar imam Hüseynin
Mədinədən
Məkkəyə, Məkkədən Kərbəlaya qədər olan müddət ərzində açıq-aydın
və üstüörtülü
olaraq daima şəhid olacağını söylədiyini və insanlara, ölmək üçün
getdiyini
anlatdığını yazmışdır.
İmam Hüseyn
Məkkədə “Tərviyə” günü bir çox müsəlmanın qarşısında xütbə
oxuyaraq öz
şəhadətini açıq-aydın xəbər verdi. Allaha həmd-səna, Xatəmül-
ənbiyaya səlat
və salamdan sonra belə buyurdu: “Ölüm gənc qızın boynuna taxılan
boyunbağı kimi
Adəm oğullarının boyunlarına taxılmışdır, onlara əzəldən
yazılmışdır.
Yaqub Yusifin həsrətini necə çəkirdisə, mən də keçmişlərim üçün elə darıxıram.
Yetişəçəyim şəhadət yeri mənim üçün təyin edilmişdir. Sanki görürəm:
Nəvavis ilə
Kərbəla arasında ac qurdlar bədənimi paramparça edirlər...”
Bu sözləri ilə
insanlara Kufəyə, yəni xilafətin mərkəzinə gedə bilməyəcəyini,
Kərbəla ilə
Nəvavis arasında qaniçən qurdlar tərəfindən öldürüləcəyini bildirirdi.
“Qurdlar”dan
məqsəd bəni-Üməyyə və digər qəbilələrdən olan qatilləri idi ki, qaniçən qurdlar
kimi onları tikə-tikə edib qətlə yetirərlər.
Bu kimi sözlər
imam Hüseynin xilafət üçün deyil, şəhadət üçün hərəkət
etdiyini
göstərir. Yol boyunca müxtəlif ibarələrlə ölüm xəbərini verirdi. Fasilə
verdiyi hər
yerdə uşaqları və əshabını toplayıb hey belə buyururdu: “Yəhyanın
başını kəsib
zinakar bir qadına göndərmələri bu dünyanın nə qədər puç və dəyərsiz
olduğunu
göstərməyə yetər. Yaxında mən məzlumun başını da bədənimdən ayırıb,
şərab içən
Yezidin yanına aparacaqlar”.
Kufəyə 10 fərsəx
qaldıqda Hürr ibn Yezid Riyahi 1000 atlı ilə imam
Hüseynin yolunu
kəsərək: “Ubeydullah Kufəyə getməyinizə mane olmağı və
sizdən
uzaqlaşmamağı mənə əmr etmişdir” - dedi. İmam hər hansı bir müqavimət
göstərmədən
təslim olub, orada yerləşdi.
Bir az düşünün,
əgər imam Hüseyn əmirlik və xilafət sevdasında olsaydı,
Hürrə təslim
olardımı? Hürrün 1000-dən çox əsgəri yox idi, amma İmamın 1300
atlı və piyadə
əsgəri vap idi. Bunların içində Qəməri-bəni-Haşim həzrət Abbas və
həzrət Əli Əkbər
kimi igid gənclər də var idi. Onların hər biri təkbaşına min nəfəri
dağıtmağa
yetərdi. Kufəyə də 10 fərsəxdən çox qalmamışdı. Tabeliyində olanlarla
onları məğlub
edib hökumətin mərkəzinə (Kufəyə) daxil olması lazım idi, xalq da
döyüş
hazırlığında imamı gözləyirdi. Bu cür qalib gələ bilərdi; lakin İmam belə
etmədi. Hürrün sözü
ilə orada çölün ortasında qaldı. Dörd gün sonra düşmənə
yardımçı
dəstələr gəldikdə, peyğəmbər övladının vəziyyəti daha da çətinləşdi.
İmam Hüseyn
başqa bir məqsədlə bu qədər yol gəlmişdi. Xilafət düşüncəsi olsaydı, düşmənlər
onu hər tərəfdən mühasirə etdikdə və bu mühasirə ən şiddətli hala
gəldikdə
ətrafında olan insanların dağılması üçün şərait yaratmazdı.
Aşura axşamı
söhbət və xütbələri iddiamızı təsdiqləyir. Çünki o gecəyə qədər
atlı və piyada
birlikdə 1300 nəfər imamın yolunda döyüşməyə hazır idi. Amma
İmam məğrib və
işa namazlarından sonra yüksək bir yerə çıxaraq, uzun bir xütbə
söylədi.
Xütbəsində bir qisim məsələlərə toxundu ki, imamın ordusuna məqam və
dünya malı üçün
qoşulanların canına böyük bir qorxu saldı. Bütün tarix
kitablarında
imamın belə buyurduğu yazılmışdır: “Buraya hökumət və riyasət fikri
ilə gələnlər
bilsinlər ki, sabah burada olan hər kəs öldürüləcəkdir. Onlar məndən
başqa kimsəni
istəmirlər. Mən beyətimi sizlərdən götürdüm. Gecənin
qaranlığından
istifadə edərək durub gedin”.
Hələ İmamın
sözləri bitməmişdi ki, 42 nəfərdən başqa hamı durub getdi. O,
42 nəfərdən 18-i
bəni-Haşimdən, 24-ü isə imam Hüseynin (ə) əshabından idi. Gecə
yarısından sonra
düşmən ordusundan 30 nəfər imam Hüseyni arxadan vurmaq
üçün hücuma
keçdi. İmam o arada Quran oxuyurdu. imamın bu tilavəti onlara elə
təsir göstərdi
ki, tövhid ordusuna qatılıb imam Hüseynin cərgəsinə keçdilər. Onlar
ilə birlikdə
haqqın qurbanları 72 nəfərə çatdı. Onların da çoxu zahid, abid və Quran
qarisi idi.
Bütün bunlar,
imam Hüseynin məqam düşgünü və xilafət arzusunda olmadığını göstərən açıq-aydın
dəlillərdir. İmam Hüseynin hədəfi yalnız dini dirçəltmək
və İslamın
müdafiəsi idi. Vəzifəsini bu yolda canı və qanı bahasına yerinə
yetirmək
istəyirdi. Can verərək Lə iləhə illallah bayrağını yüksəldib, küfr və fəsad
bayrağını
yıxmağı qarşısına məqsəd qoymuşdu. Çünki dinə yardım etmək bəzən
öldürmək, bəzən
də ölməklə mümkün olur.
İmam Hüseyn də
mərd-mərdanə qiyam edib, bir çox, xüsusilə kiçik uşaqlarını
qurban verərək
məzlumiyyətin gücu ilə bəni-Üməyyənin fəsad və zülmünün
kökünü qazıdı.
İmam Hüseynin Lə
iləhə illəllah kəlməsini ucaltmaq üçün dinə böyük bir
xidmət
göstərdiyini dost-düşmən hər kəs təsdiq və təqdir edir. Hətta müsəlman
olmayanlar belə
bunu etiraf edirlər.
XIX əsrdə
fransız dilində yazılan bir ensiklopediyada bir ingiltərəli tədqiqatçı
qadının “Üç
şəhid” adlı uzun məqaləsi yer almışdır. O məqalənin məzmunu belədir
“İnsanlıq
tarixində üç nəfər haqqın ucalması üçün hər fədakarlıqdan daha üstün bir
fədakarlıq
göstərmişdir: Atomluqda Yunan həkimi Sokrat, həzrət İsa ibn Məryəm (Bu qadın
xristian olduğu üçün həzrət İsanın (ə) öldürüldüyünə inanır, amma biz
müsəlmanlar Onun öldürüldüyünə
və asıldığına
inanmırıq. Çünki Qurani-kərim “Nisa” surəsi 157 və 158-ci ayəsində açıq-aydın
belə buyurur: “...
Halbuki, onlar
İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür
yarandı. Bu haqda
ixtilafda
olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içindədirlər. Onların buna dair heç
bir məlumatı yoxdur. Onlar
ancaq zənnə
qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına
qaldırmışdır...”)
və üçüncüsü
müsəlmanların peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi həzrət
Hüseyn”.
Daha sonra belə
davam edir: “Bu üç nəfərin şəhadət məqamına baxıldığı
zaman, həzrət
Hüseynin Sokrat və həzrət İsadan daha əhəmiyyətli və daha güclü
olduğunu hər kəs
təsdiqləyir. Bu səbəbdən Ona Seyyidüş-Şühəda (Şəhidlərin
ağası) deyilir.
Çünki Sokrat və həzrət İsa haqq yolunda sadəcə öz canlarını fəda
etdilər. Amma
həzrət Hüseyn vətənindən uzaq bir çölün ortasında, kimsənin əlinin
yetişmədiyi bir
yerdə düşmənlər tərəfindən mühasirəyə alındı və ən əzizlərini haqq
yolunda fəda
etdi. Onların hər birini fəda etmək, Hüseyn üçün öz başını verməkdən
daha çətin idi.
Öz əli ilə onları düşmənin qarşısına göndərərək bu yolda qurban
etdi.
İmam Hüseynin
məzlumiyyətinə ən böyük dəlil, qundaqda olan südəmər
uşağını qurban
etməsidir. Südəmər uşağa su vermək üçün apardıqda, o alçaq qövm
su vermək
əvəzinə onu oxladı. Dünya tarixində belə bir şey görülməmişdir.
Düşmənin bu
hərəkəti Hüseynin məzlumiyyətini sübut etdi. Bax, bu
məzhlumiyyətin
gücü ilə güclü bəni-Üməyyə ailəsinin izzətini yox edərək, onları
bütün aləm
qarşısında rəzil etdi. Onun və ailəsinin fədakarlıqları nəticəsində
Məhəmmədin dini
yenidən həyat qazandı”.
Milliyyətcə
alman olan doktor Marbin, fransalı doktor Cozef və başqa bu kimi
avropalı
tarixçilərin hamısı yazdıqları tarix kitablarında Seyyidüş-Şühəda həzrət
Hüseynin (ə)
qiyam və fədakarlığının İslam dinini canlandırdığını və bəni-
Üməyyənin zülm
və küfrünün qarşısını aldığını təsdiqləmişlər. Əgər Onun bu
qiyamı
olmasaydı, bəni-Üməyyə tövhid dininin əsasını tamamilə aradan aparacaq
və aləmdə Allah,
Peyğəmbər, din və şəriət adına heç bir şey qalmayacaqdı.
Mövzunun nəticəsi.
Qeyd
etdiklərimizin nəticəsi budur ki, insaflı dost-düşmən hər kəs həzrət
Seyyidüş-Şühədanın
qiyam və döyüşünün din yolunda olduğunu qəbul edir. Artıq hamı çox gözəl
anlayır ki, Hüseyn (ə) Yezidin çirkin işlərinə qarşı çıxaraq savaşmışdır. Qeyd
etdiyimiz dəlilləri bird aha xülasə şəkildə qeyd edək;
1. Əgər Yezidə
qarşı olan qiyam dünyəvi məqamlara yetişmək üçün olsaydı, Allah Rəsulu (s) ona
yardım etməyi əmr etməzdi. Əhli sünnə mənbələrində qeyd edilmiş bir hədisə
nəzər yetirək: “Rəsuli-əkrəmin (s) belə buyurduğunu eşitdim: “Şübhəsiz, bu
oğlum (Hüseyn) Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün
orada olsa, ona yardım etsin.”
2. Məqam üçün
baş qaldıran və dövrünün dövlətinə qarşı qiyam edən kəs, əsla arvad-uşaqla yola
çıxmazdı; kiçik uşaqları, hamilə qadını, qundaqdakı südəmər körpəni özü ilə
götürməzdi. Əksinə yalnız ona kömək edən bir dəstə ilə hərəkət edər, düşmənə
qalib gəlib hakimiyyəti ələ keçirdikdən və hədəfinə çatdıqdan sonra ailəsini
yanına gətirərdi. Həzrət Hüseynin (ə) ailəsi və kiçik uşaqları ilə birlikdə
etdiyi bu hərəkət , Onun dünyəvi xilafət və rəyasətdə gözü olmadığına və
düşmənə qalib gəlmək üçün hərəkət etmdiyinə böyük bir dəlildir.
3. İmam Hüseynin
(ə) Mədinədən çıxması özü də bir dəlildir. Əgər mövzu hakimiyyət olsaydı Yəmənə
gedər, özünün və atasının dostlarını başına toplayar və oranı mərkəzə çevirib
döyüşə tam olaraq hazırlaşdıqdan sonra hücuma keçərdi. Bu səbəbdən əmisi
uşaqları, dostları və qadaşları dəfələrlə bu fikri təklif etmiş, nəticədə mənfi
cavab almışlar. Çünki onların imamın əsl hədəf və məqsədindən xəbərləri yox
idi.
4. Bu mövzuda ən
gözəl və ən aydın dəlilərdən biri də imam Hüseynin Məhəmməd Hənəfiyəyə dediyi
sözdür: “Zahirdə qalib olmayacağımı mən də bilirəm. Zəfər və fəth üçün
getmirəm: mən ölməyə gedirəm. Məzlumiyyətin gücüylə zülm və fəsadın kökünü
qazımaq istəyirəm”.
5. İmam Hüseynin
yol boyu şəhidlik və ölüm ayələrini oxuması da səfərinin əsl məqsədini ortaya
qoyur. Məkkədə "Tərviyə" günü dediyi bu sözdə bir dəlildir: “Ölüm
gənc qızın boynuna taxılan boyunbağı kimi Adəm oğullarının boyunlarına
taxılmışdır, onlara əzəldən yazılmışdır. Yaqub Yusifin həsrətini necə
çəkirdisə, mən də keçmişlərim üçün elə darıxıram. Yetişəçəyim şəhadət yeri
mənim üçün təyin edilmişdir. Sanki görürəm: Nəvavis ilə Kərbəla arasında ac
qurdlar bədənimi paramparça edirlər...”
6. Bir az
düşünün, əgər imam Hüseyn əmirlik və xilafət sevdasında olsaydı, Hürrə təslim
olardımı? Hürrün 1000-dən çox əsgəri yox idi, amma İmamın 1300 atlı və piyadə
əsgəri vap idi. Bunların içində Qəməri-bəni-Haşim həzrət Abbas və həzrət Əli
Əkbər kimi igid gənclər də var idi. Onların hər biri təkbaşına min nəfəri
dağıtmağa yetərdi. Kufəyə də 10 fərsəxdən çox qalmamışdı. Tabeliyində olanlarla
onları məğlub edib hökumətin mərkəzinə (Kufəyə) daxil olması lazım idi, xalq da
döyüş hazırlığında imamı gözləyirdi. Bu cür qalib gələ bilərdi; lakin İmam belə
etmədi. Hürrün sözü ilə orada çölün ortasında qaldı.Dörd gün sonra düşmənə
yardımçı dəstələr gəldikdə, peyğəmbər övladının vəziyyəti daha da
çətinləşdi.İmam Hüseyn başqa bir məqsədlə bu qədər yol gəlmişdi. Xilafət
düşüncəsi olsaydı, düşmənlər onu hər tərəfdən mühasirə etdikdə və bu mühasirə
ən şiddətli hala gəldikdə ətrafında olan insanların dağılması üçün şərait
yaratmazdı.
7. Aşura axşamı
söhbət və xütbələri iddiamızı təsdiqləyir. Çünki o gecəyə qədər atlı və piyada
birlikdə 1300 nəfər imamın yolunda döyüşməyə hazır idi. Amma İmam məğrib və işa
namazlarından sonra yüksək bir yerə çıxaraq, uzun bir xütbə söylədi. Xütbəsində
bir qisim məsələlərə toxundu ki, imamın ordusuna məqam və dünya malı üçün
qoşulanların canına böyük bir qorxu saldı. Bütün tarix kitablarında imamın belə
buyurduğu yazılmışdır: “Buraya hökumət və riyasət fikri ilə gələnlər bilsinlər
ki, sabah burada olan hər kəs öldürüləcəkdir. Onlar məndən başqa kimsəni
istəmirlər. Mən beyətimi sizlərdən götürdüm. Gecənin qaranlığından istifadə
edərək durub gedin”. Hələ İmamın sözləri bitməmişdi ki, 42 nəfərdən başqa hamı
durub getdi. O, 42 nəfərdən 18-i bəni-Haşimdən, 24-ü isə imam Hüseynin (ə)
əshabından idi. Gecə yarısından sonra düşmən ordusundan 30 nəfər imam Hüseyni
arxadan vurmaq üçün hücuma keçdi. İmam o arada Quran oxuyurdu. imamın bu tilavəti
onlara elə təsir göstərdi ki, tövhid ordusuna qatılıb imam Hüseynin cərgəsinə
keçdilər. Onlar ilə birlikdə haqqın qurbanları 72 nəfərə çatdı. Onların da çoxu
zahid, abid və Quran qarisi idi. Bütün bunlar, imam Hüseynin məqam düşgünü və
xilafət arzusunda olmadığını göstərən açıq-aydın dəlillərdir. İmam Hüseynin
hədəfi yalnız dini dirçəltmək və İslamın müdafiəsi idi.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder