Yezidi müdafiə edib, rəhmət oxumağı icazəli bilən əhli sünnə alimləri İmam Qəzzali və Dəmiriyə əhli sünnə alimlərinin dili ilə cavab: "Yezid kafirdir və Allah onu bağışlamamışdır."
Bəzi tarixi mənbələr və alimlər (İmam Qəzzali, Dəmiri kimi) Yezidin peyğəmbər ailəsinə qarşı
törətdiyi qətliama haqq qazandıraraq onun günahsız olduğunu və Kərbəla
hadisəsində heç bir günahı olmadığını isbat etməyə çalışırlar. Bəziləri isə Yezid
sadəcə bir xəta etdi, o da İmam Hüseynin şəhid edilməsidir” deyərkən bəziləri
isə daha da irəli gedərək, “Yezid xəlifə idi və imam Hüseyn (ə) gərək ona tabe
olaydı” kimi gülünc fikirlər səsləndirmişlər.
Elə öncədən xatırladaq ki, İmam Qəzzali və Əd-Dəmiri, hər ikisi də Şafei məzhəbinin ardıcılları olmuşlar. Maraqlıdır ki İmam Şafei Yezid barədə mənfi sözlər qeyd etdiyi halda, bu məzhəbin ardıcılları isə tam fərqli mövqedən çıxış etmişlər. Mövzu daha yaxşı anlaşılsın deyə ümumən və geniş şəkildə toxunmaq istədik.
Öncədən bunu bilmək lazımdır ki, Yezid heç bir günahı olmayan
böyüklü-kiçikli 72 nəfərlə bərabər Allah Rəsulunun bədəninin bir parçası olan
imam Hüseynin (ə) şəhid edilməsi, onların namuslarının (yəni qadınlarının)
kafir əsirlər kimi əsir alınması sadəcə bir xəta deyil, əksinə böyük
günahlardandır. Yezidin çirkin əməlləri və kafirliyinin səbəbi, sadəcə imam
Hüseyni (ə) şəhid etdiyi üçün deyildir. Onun küfr və mürtədliyini isbatlayan
bir çox dəlillər vardır. O, həm sözlərində, həm də şerlərində içindəki küfrünü
aşkar etmişdir. Xüsusilə şəraba aid şerləri açıq dəlillərdəndir. Bir şerində
deyir:
Üzüm şərabı hər sübh mənim əlimdə doğur,
Hər axşam isə mənim ağzımda batır.
Əgər şərab Məhəmmədin dinində haramdırsa,
O halda, onu İsa Məsihin dininə görə iç.
Başqa şerində deyir:
Dünya, sadəcə bu dünyadır ki, var,
Bu aləmdən başqa bir aləm yoxdur.
Əgər, həqiqətən, belədirsə, bəs niyə mən,
Bu aləmin ləzzətlərindən əl çəkməliyəm?!
Gördüyünüz bu şerlər hamısı Yezidin şer
divanında mövcuddur. Əbul-Fərəc ibni Covzi “Ər-rəddu ələl-mutəəsibil-ənid
əl-maniu ən ləni Yezid lənətullah” adlı kitabında bu deyilən şerləri təsdiq
etmişdir. Onun kafir, zındıq və mülhid olduğuna dair dəlillərdən bir digəri,
Səbt ibni Covzinin “Təzkirə”də və babası Əbul-Fərəcin geniş şəkildə nəql etdiyi
şerlərdir. O şerlərindən birinin əvvəlində (sevgilisinə xitab edərək) belə
deyir:
Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə,
Çünki sakit və yavaş danışmağı sevmirəm mən.
Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir,
O, qəlbləri saz və sözdən uzaqlaşdırır.
Diqul-Cin adıyla tanınan böyük fəqih, alim,
fazil və ədiblərindən olan İbrahim ibn İshaq, Abbasi xəlifələrindən Harun
Rəşidin yanında Yezidin bütün şerlərini oxuduqda, Harun Yezidə ixtiyarsız
olaraq lənət edərək belə dedi: “Bu zındıq, Yaradanı və Qiyaməti tamamilə inkar
etmişdir.
Onun küfr və azğınlığına dəlil olan şerlərindən
bəziləri nəşəli vaxtlarında oxuduğunəğmələrin sözləridir. Birində dostlarına
xitabən belə deyir:
Durun saza və sözə qulaq verin,
Xalis şərab üçün ey dostlar.
Dini və imanı atın kənara,
Saz əzan səsini unutdururdu mənə.
Müğənni yaşlı qadınları,
Cənnət və hurilərə dəyişmərəm.
Məqatil kitablarında, hətta Səbt ibni Covzi
“Təzkirə” kitabının 148-ci səhifəsində belə nəql edir: “Rəsulullahın (s)
əhli-beyti Şama gətirildikdə, Yezid Ceyrun tərəfə baxaraq bu küfr dolu şerini
oxudu:”
Ali-Məhəmməd əsirlərinin karvanı göründükdə,
Bir qarğa ucadan qarıladamağa başladı.
Dedim ki, ey qarğa qarıldasan da, qarıldamasan da,
Mən peyğəmbərdən borcumu aldım.
Əslində, Yezid belə deyirdi: “Uhudda, Bədirdə və
Huneydə öldürülən əmim və qohumlarımın intiqamını peyğəmbərin (s) övladlarını
öldürməklə aldım.”
Yezidin küfrünə dəlalət edən digər dəlillərdən
digəri də, həzrət peyğəmbərin (s) övladını şəhid etdikdən sonra şənliklər
təşkil etməsi və Əbdullah ibn Zəbəriyə aid olan küfr şerlərini oxumasıdır. Səbt
ibni Covzi, Əbu Reyahni Biruni və başqa bu kimi alimlər bu şerləri qeyd
etmişlər. Yezid bu şerlərdə müşrik və kafir olan və Bədir döyüşündə Allah və
Rəsulunun (s) əmri ilə öldürülən atalarının dirilməsini arzu edir. Şerin ikinci
və beşinci beyitlərini Yezid özünə həsr etmişdir. O, bu şeri müsəlman, yəhudi
və xristianların yanında oxumuşdur. O şer budur:
Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları, Xəzrəc qəbiləsinin (Uhud
döyüşündə)
Məğlubiyyətini görsəydilər, sevinərək deyərdilər: “Əlinə sağlıq, ey Yezid.”
Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək,
bərabərləşdik,
Bəni-Haşim səltənətlə oyun oynadı, nə göydən bir xəbər gəlməmiş və nə də
vəhy nazil olmuş.
Bəni-Əhməd övladlarından intiqam almasam, mən Xəndəf (Yezidin atlarından
biridir) ailəsindən deyiləm,
Biz qanımızın əvəzini, Əlinin igid və qəhrəman oğlunu öldürməklə aldıq.
Əbul-Fərəc, Şeyx Əbdullah ibn Məhəmməd ibn Amir
Şəbravi “Əl-İthaf” bi hubbil-əşraf”ın 18-ci səhifəsində, Xətib Xarəzmi
“Məqtəlul-Hüseyn” adlı kitabının 2-ci cildində və s. alimlər yazırlar ki, məlun
Yezid imam Hüseynin (ə) mübarək dodağına və dişlərinə əlindəki çubuq ilə
vuraraq, qeyd etdiyimiz şerləri söyləmişdir.
Əhli sünnət alimlərinin məlun Yezidə lənəti caiz bilmələri.
Bir çox əhli sünnə alimləri başda Əhməd ibn
Hənbəl olmaqla Yezidə lənət oxunmasını icazəli bilirlər. Xüsusilə Əbdurrəhman
Əbul-Fərəc ibni Covzi bu mövzuda “Ər-rəddu ələl-mutəəsibil-ənid əl-maniu ən
ləni Yezid lənətullah” adlı kitab yazmışdır. Əbul-Əla əl-Muərra isə, bu şeri
söyləmişdir:
Zamanın, davamlı olaraq tövhid və tövhid əhlinin
əleyhinə şeytani olanlar cızıldığını görürəm.
Mənim təəccübüm getdikcə, durmadan artır.
Görəsən, Qureyşiniz, başda Yezid xəlifəniz
olmaqla
Həzrəti Hüseyni şəhid etmədimi?
Əhli sünnə alimi Dəmiri “Həyatul-Həyəvan” və
Məsudi “Murəvvicuz-zəhəb” kitabında belə yazırlar: “Yezidin çox sayda meymunu
var idi. Onlara ipəkdən paltarlar geydirərək, boyunlarına qızıl boyunbağı
taxıb, onları atların üzərinə mindirərdi. Bundan əlavə, boyunlarına qızık
zəncir taxılmış bir çox iti var idi. Onlara öz əliylə tumar çəkib, qızıl
qablarda su verər, artığını isə özü içərdi. Çox spirtli içkilər içdiyindən,
daima məst və sərxoş idi.”
Məsudi “Murəvvicuz-zəhəb” kitabının 2-cildində
belə yazır: “Yezidin yolu (əməl və hərəkətləri) Fironluq yoluydu. Hətta Firon
idarəçilikdə ondan daha adil idi. Onun səltənəti Onun səltənəti İslam üçün
böyük bir utandırıcı nöqsan qaynağı oldu. Şərab içməsi, həzrət peyğəmbərin (s)
oğlunu şəhid etməsi, o həzrətin vəsisinə lənət oxuması, Kəbəni talan etməsi və
bir çox insanların qanını tökməsi, xüsusilə Mədinə camaatını qətlə yetirməsi –
saysız-hesabsız iyrənc əməlləri onun bağışlanmayacağını göstərir.”
Yezidin anası Mucdil Kəlbiyyənin qızıdır. O Müaviyə
ilə şəhərdə yaşamağı xoşlamırdı və aşağıdakı məşhur şer onundur:
“Həqiqətən sevinc və gözaydınlığı ilə sərt əba
geyməyi nazik paltar geyməkdən daha çox sevinirəm. İçindəki sərt küləklər əsən
ev mənim üçün cah-cəlallı qəsrdən daha sevimlidir. Yoxsul və bədəxlaq
əmioğlanlarımdan biri mənim üçün qəd-qamətli və qaba bir kişidən daha
yaxşıdır.”
Müaviyə o qadını Yezid ilə birgə səhraya
göndərdi və Yezid səhrada boya-başa çatdı. Buna görə də çölçülük və bədəvi
əxlaqa sahib idi. Dili çox fəsih idi. Ova çıxmağa, at çapmağa, müsabiqəyə,
heyvanların xüsusilə itlərin tərbiyəsinə çox həvəsli idi. Yezid bədəvi fəsahət
xislətinə malik olduğu üçün şairlərlə və batil-batil adamlarla oturub-durmağı
çox sevirdi. Əlbəttə, İslamda faydasız hesab olunan şer növünə meyl göstərirdi.
Şairlər və mütriflər Yezidin sarayında məqam sahibi idilər və o özü də şərab və
başqa ona bənzər şeylər haqqında bir çox şerlər söyləmişdir. O cümlədən:
“Məscidləri abidlərə həvalə et ki, orada məskən
salsınlar. Özün isə şərab satılan dükanda oturub bizə şərab sat. Həqiqətən
şərab içənlər məst-xumarlıq halında kef edirlər, halbuki, namaz qılanların nə
dini var, nə də dünyası. Rəbbin Quranda “vay şərab içənlərə” deməyib, lakin “
vay namaz qılanlara” deyib.
Başqa yerdə deyir:
“Mənə şərab içizdir ki, beynimi və sümüyümü sirab etsin,
Sonra camı əy və bənzərini bin Ziyada içirt,
O, mənim əmanətçim və sirdaşımdır,
Döyüşlərimi və qənimətlərimi möhkəm edəndir.”
Xatırladaq ki, Yezid bu şeri İmam Hüseyni (ə)
şəhid etdikdən sonra söyləmişdir.
Yezid zina edir, şərab içir və namaz qılmırdı.
(Daha ətraflı bax: “Ət-təbaqatul-Kubra”, İbn Səd, c. 5, səh. 66, “Tarixi Mədinə
Dəməşq”, c. 27, səh 429, “Əl-Kamil” 3 c, səh. 310, “Tarixul-xuləfa,” səh. 165)
İmam Zəhəbi öz kitabında yazır: “Ey insanlar,
Allahdan qorxun. Biz göydən başımıza daş yağmağından qorxduğumuz üçün qiyam
etdik. Bu adam atasından uşaq dünyaya gətirmiş olan cariyələri nikahlayır, öz
qızları və bacıları ilə yatır, şərab içir və namaz qılmır. (“Əz-Zəhəbi”, “Tarix
əl-İslam”, c. 2, səh. 356)
İbn Cüreyc atasından nəql edir: “… Mən Yezid
kimi homoseksual deyiləm.” (İbni Kəsir, “əl-Bidayə vən Nihayə,” c. 9, səh. 77)
“(İmam Əhmədin oğlu) Salih bin Əhməd dedi: Atama
dedim: bir qrup Yezidi sevdiklərini söyləyir.
Dedi: Ey oğlum! Allaha və axirət gününə inanan
bir kəs Yezidi sevərmi?
Digər bir yerdə Muhənna belə nəql edir: “İmam
Əhmədə Yezid bin Muaviyə bin Əbi Sufyan haqqında sual verdim, cavabında dedi: O
Mədinədə elədiyini eləyəndir.
Dedim: Nə edib ki?
Dedi: Rəsulullahın (s) səhabələrindən bəzilərini
öldürdü və etdi.
Dedim: Nə etdi?
Dedi: Oranı (Mədinəni) talan etdi.
Dedim: Ondan hədis rəvayət edilərmi?
Dedi: Ondan heç bir hədis rəvayət edilməz!”
(Mənbə: Əhməd İbn Teymiyyə: “Məcmuətul Fətəva”:
c. 4, səh. 295
Darul Vəfa: 1426/2005. İbn Teymiyyə: “Məcmu
Fətəva”: c. 4, səh. 483
Fəhd nəşri.)
Hənəfi fəqihlərindən Əbul Muntəhə Əl Məğnivəsi
İmam Əbu Hənifənin “Əl Fiqhul-Əkbər” əsərinin şərhində səhifə 88-də Yezid
barəsində yazır: “O spirtli içkini halal hesab etdi və Hüseyn və səhabələri
öldürüldüyü zaman dedi: “Bədrdə öldürülən ata-babalarımın intiqamını aldım.”
Buna bənzər digər sözləri də var. Bu səbəbdəndir ki, İmam Əhməd b. Hənbəl
Yezidi kafir hesab etmişdir, çünki Yezidin sözlərinin səhih olduğu ona (İmam
Əhmədə) sübut edilmişdir.”
(Əbul Muntəhə Əl-Məğnivəsi (v. 1000 h/ 1592 m)
Şərhi Fiqhul-Əkbər, səhifə 88)
Görkəmli Şafei alimlərindən Şeyx Süleyman b.
Muhəmməd b. Ömər əl-Becərmi (ö.1221 h) yazır: “İmam Əhmədin Yezidi hər iki cür
təlvih (adını çəkməklə) və təsrih (adını çəkmir, sadəcə Allah İmam Hüseynin (ə)
qatillərinə lənət etsin deyir) üsulla təkfir etdiyi faktları var. İmam Malik və
Əbu Hənifənin də bu cür nitqləri var. Həmçinin bənzər faktlar bizim məzhəb
imamımız İmam Şafeidən də var. Əl-Bəkri də eyni sözləri demişdir. Onun
(Əl-Bəkrinin) davamçılarından bəziləri Yezid barədə “Allah onun rüsvayçılığını
daha da artırsın və cəhənnəmin ən alt təbəqəsinə yerləşdirsin” deyirdilər.”
(Haşiyət əl-Buceyrimi, c.12, səh.369)
Şeyx Kəmaluddin Muhəmməd b. Musa Dəmiri yazır:
“Əbu Hənifənin, Malik və Əhmədin Yezidi təkfir
məsələsində 2 cür nitqləri var: Təsrif və təlvih.” “Həyatul-həyvan”, 2/84
Qeyd: Təlvih – adını çəkməklə təkfir etmək.
Təsrih – adını çəkmədən, sadəcə Allah İmam
Hüseynin (ə) qatillərinə lənət etsin deməklə təkfir etmək.
Əllamə Seyid Mahmud Əlusi əl-Bağdadi (ö.1270)
“Muhəmməd” surəsinin 22-23-cü ayələrinin təfsirində yazır:
“Əl-Bərzənci və əl-Heysəmi “əl-Səvaiq”də nəql
edirlər ki, İmam Əhməd bin Hənbəlin oğlu (Saleh) rəvayət edir ki, atasından
Yezid bin Müaviyəni sevidklərini söyləyən insanlar barədə xəbər aldı. Bu barədə
İmam Əhməd bin Hənbəl deyir: “Allaha imanı olan kəsin Yezid bin Müaviyəni
sevmək üçün heç bir səbəbi yoxdur. Niyə görə Allahın Quranda lənət etdiyi kəs
lənətlənməməlidir?” Saleh sual edir: “Yezid bin Müaviyə Quranın hansı
hissəsində Allah tərəfindən lənətlənib?” İmam Əhməd cavabında bu ayəni zikr
edir: “Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə
fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini
qırmaq gözlənilməzmi?! Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət
etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir! Onlar Quran
barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin
öz kilidləri vardır?)” (“Muhəmməd” surəsi, 22-24)”
(“Təfsir Ruh əl-Məani”, cild 26, səh. 72; İbn
Müflih əl-Hənbəli, “Ədəb Şəriə”, c.1, səh.342; Muhəmməd ibn Əhməd əl-Səffarini
əl-Hənbəli (ö.1188), “Ğida əl-əlbab li-Şərh Mənzumat əl-Ədəb”, c.1, səh. 182;
İbn Covzi, “əl-Rad əla əl-Mutəsib əl-Ənid əl-Mane lə zam Yezid”, səh.41)
Bu oxuduqlarınız Yezid haqda çox qısa xülasə idi
ki, Yezidi insanlara mömin kimi tanıtdırmaq istəyənlər heç olmasa oxuyub,
xəcalət çəksinlər. Əgər zərrə qədər vicdanları varsa Yezid kimi fasiq, kafir,
zinakar, şərabxor, meymunbaz, it oynadan, öz məhrəmləri ilə zina etməkdən həzz
alan, Mədinə şəhərində kütləvi qətl törədən, Kəbəni atəşə tutan, namazı məsxərə
edən, ən əsası isə İslam Peyğəmbərinin (s) əziz nəvəsi Həzrəti Hüseyni (ə)
şəhid edərək, mübarək başının bədənindən ayrılmasına səbəb olan, onun
qardaşlarını, kiçik körpəsini şəhid edib, ailəsini əsir etməsi və bu kimi,
misli görünməmiş cinayətlər törədən bir azğını müdafiə etmək əvəzinə, nadanlıq
və təəssübkeşlik eynəyini gözlərindən çıxarıb, bəsirət gözü ilə tarixə nəzər
salsınlar. Əhli sünnət alimlərinin bu məzmunda yazılmış əsərlərinə müraciət
etsinlər.
İbn Həcər Heysəmi “Əs-Səvaiqul-Muhriqə” əsərində
belə nəql edir: “Əsirlər və şəhidlərin başları Şama (Dəməşqə) gətiriləndən
sonra Həzrət Hüseynin (ə) mübarək başı bir tabaq içində böyük bir məclis təşkil
etmiş Yezid ibn Müaviyənin hüzuruna gətirilərək yerə qoyuldu. Xarici ölkələrin
elçiləri və kafirlərin belə olduğu bir məclisdə Yezid əlindəki çubuqla Həzrət
Hüseynin (ə) başını oynadaraq dodaqlarına vurur və zəfər sevincini bildirən bu
şeri oxuyurdu:
Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları, Xəzrəc qəbiləsinin (Uhud
döyüşündə)
Məğlubiyyətini görsəydilər, sevinərək deyərdilər: “Əlinə sağlıq, ey Yezid.”
Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək,
bərabərləşdik,
Bəni-Haşim səltənətlə oyun oynadı, nə göydən bir xəbər gəlməmiş və nə də
vəhy nazil olmuş.
Bəni-Əhməd övladlarından intiqam almasam, mən Xəndəf (Yezidin atlarından
biridir) ailəsindən deyiləm,
Biz qanımızın əvəzini, Əlinin igid və qəhrəman oğlunu öldürməklə aldıq.
Məclisdə olan Qeysər (Roma) imperatorunun elçisi
Yezidin peyğəmbərin (s) nəvəsinə etdiyi
bu qədər alçaqlıqları görəndə özünü itirmiş halda bu sözləri dedi: “Ey
Yezid! Bizim adaların birində olan bir kilsədə Həzrət İsanın (ə) miniyinə aid
bir dırnaq var. Biz xristianlar Həzrət İsanın xatirinə və ona olan imanımıza
görə hər il onun ziyarətinə gedir, sizing Kəbəyə etdiyiniz hörmətin bərabərini
ona edirik. Amma siz öz peyğəmbərinizin (s) qızının oğluna bu həqarətləri edir
və onu qəddar bir şəkildə öldürürsünüz.”
Məclisdə olan bir yəhudi də Yezidə üzünü tutub
belə dedi: “Ey Yezid! Mənimlə Davud peyğəmbər arasında yetmiş nəsil keçmişdir.
Yəhudilər hələ də mənə sevgi göstərib, hörmətimi saxlayırlar. Amma sizlər dünən
ölən peyğəmbərinizin oğlunu öldürürsünüz.”
Əhli sünnənin digər Hənəfi alimi “Yənaibul-Məvəddət”
əsərində həmin yəhudinin elə oradaca müsəlman olmasını və Yezidin əmri ilə də
şəhid edildiyini qeyd edir. (Qunduzi Hənəfi, “Yənaibul-Məvəddət” c. 3, səh. 32)
Əbul-Qasim ibn Tayyib deyir ki, İmam Şafeinin
əhli-beytin məzlumiyyətini bildirən bu
şeri oxuduğunu rəvayət edir: “Günlərin keçməsiylə onlara edilən zülmlər yuxumu
qaçırmış, saçımı ağartmışdır. Dünya Ali-Məhəmmədin müsibətinə sarsılmış,
dağların sərtliyi belə onlar üçün ərimişdir.
Bəziləri xoşlamasa da, biri məndən Hüseynə tərəf
bir məktub çatdırsın. O Hüseyn ki, susuz yerdə öldürülmüş, köynəyi qana
boyanmış və sanki xınalanmışdır. Necə olur ki, Ali-Haşimdən (peyğəmbərliyə)
seçilənə salavat, salam və rəhmət xuyurq, amma uşaqlarına əziyyətlər edir,
incidirik. Doğrusu, bu çox dəhşətli və heyrətli bir işdir.
Əgər mənim günahım Ali-Məhəmmədi sevməkdirsə,
mən ondan tövbə etmərəm. Qiyamət günündə mənə hamilik edən onlardır. Mənə görə,
onlara düşmən olmağın özü günahdır.”
Hakim Nişaburinin nəql etdiyinə görə, alimlərdən
biri Həzrət Hüseynin (ə) matəmində bu şeri oxumuşdur: “Ey Məhəmmədin qızının oğlu,
sənin başını qana bulaşmış halda gətirdilər. Səni öldürməklə, ey peyğəmbər (s)
oğlu! Aşkar və bilərəkdən Rəsulullahı öldürdülər.
Sən “öldürüldün” deyə, təkbir sədalarını
yüksəltdilər. Lakin səni öldürməklə təhlili (Lə iləhə illəlah) və təkbiri
(Allahu Əkbəri) öldürdülər.” (“Əl-Bidayətu vən-nihayə” c. 8, səh. 216)
Yezidin beyətini pozduqları üçün Mədinə əhalisini qətlə yetirilməsi.
Tarixçilər, xüsusilə Səbt ibn Covzi “Təzkirə”
kitabının 63-cü səhifəsində belə yazır: “Hicrətin 62-ci ilində Mədinə əhalisindən
bir qrup Şama gələrək, Yezidin çirkin əməl və küfrlərini gördükdə, Mədinəyə
döndülər. Beyətlərini pozun açıq-aşkar ona lənət oxudular. Yezidin Mədinədəki
valisi Osman ibn Məhəmməd ibn Əbu Sufyanı da şəhərdən qovdular. Əbdullah ibn
Hənzələ belə dedi: “Ey insanlar! Biz əgər Şamdan gəlib Yezidin əleyhinə qiyam
etdikdə, bunun səbəbu onun dinsiz olduğu, anaları, qızları və bacılarıyla cinsi
əlaqəda olduğu, şərab içdiyi, namaz qılmadığı və peyğəmbər (s) övladlarını
öldürdüyü üçündür.”
Yezid bu xəbəri eşitdikdə, Müslim ibn Əqəbənin
başçılığı altında mədinəlilərin üsyanını dağıtmaq üçün Şam əhalisindən təşkil
olunmuş böyük bir ordunu Mədinəyə yolladı. Onlar şəhərə yetişdikdə, üç gün-üç
gecə, mədinəliləri qətlə yetirdilər.
İbn Covzi, Məsudi və sairə tarixçilər belə
yazırlar: “O qədər çox insan öldürdülər ki, küçələrdə qan axmağa başladı, əhali
qan gölü içindəydi. Hətta qan Rəsulullahın (s) qəbrinə yetişdi və Məscidun-Nəbi
qanla doldu.”
Ənsar, mühacir və Mədinə əhalisinin möhtərəm və
şərafətli kişilərindən 700 nəfər öldürdülər. Ümumi əhalidən isə 10 min nəfər
qətlə yetirdilər. Müsəlmanların namuslarına toxunduqlarını bura yazmaq
istəmirik. Sadəcə Səbt ibn Covzinin “Təzkirə” kitabının 163-cü səhifəsində
Əbul-həsən Mədainidən nəql etdiyi bu cümlə ilə kifayətənirik: “Hirrə
faciəsindən (Mədinə əhalisinin qətli) sonra min qadın, ərsiz halda uşaq dünyaya
gətirdilər.”
Bütün bu deyilən hadisələri gözardı edərək bəzi müxaliflər “Bu işlər
Yezidin sadəcə fasiqliyini göstərir və günahkar fasiqin etdiyi əməllər isə əfv
edilə bilən şeylərdir. Yezid də tövbə etmiş və Allah da onu bağışlamışdır.
Çünki Allah günahları bağışlayandır. O halda, siz nəyə əsaslanaraq, ona daima
lənət edir və məlun deyirsiniz?” deyə sual verirlər. Cavabında deyirik: “Onun
küfrlü sözləri, Allah əvliyalarını şəhid etməsi, Mədinə əhalisinin qətli və
başqa əməlləri tövbə etdiyi mövzuya tamamilə uyğun deyil. Yezidin tövbə etməsi
rəvayətdir və sabit olmamışdır. Yezidin etdiyi günahlar sadəcə özü ilə Allah
arasında deyil ki, tövbə vasitəsilə də bağışlana. Elədiyi bir çox günahlar
xüsusən imam Hüseyni və dostlarını, Mədinə əhalisindən minlərlə insanı qətlə
yetirmələri qul haqqına daxil olan günahlardandır və əgər zülm olunan özü
bundan keçməsə Allah belə günahları əsla bağışlamır. Buna sözünüz nədir?
Görəsən məadı, vəhyi, peyğmbərliyi inkar etmək və mürtəd olmaq sizə görə lənət
oxumağa səbəb olan şeylər deyilmi? Allah Qurani-Kərimdə zalımlara açıq aydın
lənət etmirmi? Sizə görə Yezid zalım deyilmi?
Bundan əlavə Müslim və Buxari öz “Səhih” əsərlərində, Əllamə Səmhudi
“Tarixul-Mədinə”də Əbul-Fərəc İbn Covzi “Ər-rəddu ələl-mutəəsibil-ənid”də, Səbt
ibn Covzi “Təzkirətu xəvassil-ümmə”də imam Əhməd ibn Hənbəl “Müsnəd” kitabında
və başqa şəxslər Rəsulullahın (s) belə buyurduğunu nəql etmişlər: “Kim Mədinə
əhalisini zülmlə qorxudarsa, Allah da (Qiyamət günü) onu qorxudar. Allahın,
mələklərinin və bütün insanların lənəti olsun belə bir zalım insana. Qiyamət
günü Allah bu cür əməl sahibinin heç bir əməlini qəbul etməz.”
Yenə başqa hədisdə belə buyurmuşdur: “Mənim şəhərimi (Mədinə əhalisini)
qorxudana Allah lənət etsin.”
Mədinədə baş verən faciə, müsəlmanların kütləvi qətli, namuslara təcavüz və
malların talan edilməsi Mədinə əhalisinin qorxmasına səbəb olmamışdırmı? Əgər
bu belədirsə onda, Allah, peyğəmbəri (s), mələkləri və bütün insanlar o alçaq
insana lənət etmiş və Qiyamətə qədər də lənət edəcəklər.
Bir çox əhli sünnə alimləri Yezidə lənət demiş,ona lənəti icazəli bilmiş və
bu mövzuda kitablar da yazmışlar. Məsələn: Əllamə Əbdullah ibn Məhəmməd ibn Amir
Şəbravi Şafei “Əl-İthaf bi hubbil-əşraf” adlı kitabının 20-ci səhifəsində
Yezidə lənət etmə mövzusunda bunu nəql edir: Molla Səd Taftazaninin yanında
Yezidin adını söylədikdə, o, belə dedi: “Allahın lənəti olsun ona, əshabına və
yardımçılarına.”
Əllamə Səmhudi “Cəvahirul-Əqdəyn”dən belə nəql edir: “Alimlər həzrət
Hüseyni (ə) qətl edənə, onu öldürməyə əmr, ya da izn verənlərə və ya onun
qətlinə razı olanlara lənət deməyin caiz olduğu mövzusunda ittifaq etmişlər.”
Yenə ibn Covzi, Əbu Yəla və Əhməd ibn Hənbəldən Quran və hədislər
baxımından Yezidin lənətlik olduğunu isbat edən dəlillər gətirdiklərini nəql
edir.
İmam Hüseynin İslam ümməti üzərində böyük haqqı vardır. Çünki o,
məzlumiyyət gücü ilə belə bir zalımlığın və zalımın kökünü qazıdı. Özü və
əhli-beytinin qanıyla Bəni-Umeyyənin, xüsusilə də məlun Yezidin zülmüylə
qurumaqda olan “Lə iləhə illəllah” ağacını öz qanıyla sulayıb, İslam və tövhidə
yenidən həyat qazandırmışdır.
Təəssüfləndirici hal budur ki, müxaliflər imam Hüseynin (ə) xidmətlərini
təqdir etmək əvəzinə, Onun ziyarətinə gedənlərə etiraz edir, qınayır və onlara
başqa nisbətlər verib, yaraşmayan adlar qoyurlar. Daha sonra isə imam Hüseyni
sevdiyini iddia edirlər. Həmin şəxslərədən soruşmaq lazımdır ki: “Bu necə
sevgidir ki, onun ziyarətinə gedənlərə acığınız tutur? Əziz peyğəmbərimizin (s)
əziz nəvəsini kimsə ziyarət edirsə siz niyə əsəbləşirsiniz? Niyə hər il
milyonlarla insanın imam Hüseynin (ə) ziyarətinə getdiyindən və matəm tutub o
məzlumun qəribliyinə ağladığına görə şikayətlənirsiniz?
Bir çox ölkələrdə “adsız əsgər” məzarları mövcuddur. Bu qəbirlərin üzərində
abidə ucaldan xalqların məqsədini belə açıqlayırlar: “Bu əsgər zalımların
zülmünə qarşı vətənini qorumaq üçün canından keçmişdir. Amma onun bədənindən və
geyimindən kim olduğu və hansı ailə və şəhərdən olduğuna dair hər hansı bir
məlumat və əlamət yoxdur. O, əsgər hər nə qədər adsız və kimliyi naməlum
olmasına baxmayaraq, qanını zalımların zülmündü dəf etmək yolunda axıtdığı üçün
dəyəri vardır. Hər hansı bir dövlət adamı, nazir və ya dövlət məmuru o
şəhərlərdən birinə səfər etsə, ehtiram üçün o adsız əsgərin qəbrini ziyarət
edər və məzarı üstünə gül çələngi qoyur. Ona, milli heysiyyətlərini dünya
millətləri qarşısında qorumaq üçün ehtiram göstərirlər.
İndi biz insaflı olanlardan soruşuruq: “Biz müsəlmanalar 72 nəfər bilinən,
tanınan, hamısı alim, abid və təqvalı, onlardan bəzisi isə Quran qarisi və
hafizi olan, zalımların zülmü qarşısında din və tövhidi, İslam və ədaləti
müdafiə etmək yolunda canlarından keçən və əksəriyyəti də peyğəmbərin (s)
əhli-beytindən olan insanları yad edən və onları ziyarət edənləri təqdir və
təşviq etmək əvəzinə, onlara meneçilik törətmək, təhqir etmək, təəssübkeş
alimlərin təhrikləriylə onların qəbirlərini dağıtmaq və ondan qəhvə düzəltmək
utandırıcı deyilmi?”
Tarix şahidlik edir ki, hicri-qəməri 1216-cı ilin Qədir-Xum bayramı günü
Kərbəla əhalisinin çox hissəsi ziyarət məqsədilə Nəcəfi-Əşrəfə səfər
etmişdilər. Nəvdli vəhhabilər fürsəti qənimıt bilib, Kərbəlaya hücum edərək
müdafiəsiz zəif insanları qətlə yetirib, mallarını talan etdilər. Tövhid
yolunda can vermiş İslam fədəkarları imam Hüseynin (ə) və Onunla birlikdə şəhid
onların müqəddəs qəbirlərini dağıdıb, yerlə-yeksan etdilər!
Kərbəla əhalisindən təxminən 5 min nəfəri, alim, cahil, zəif, güclü, böyük,
kiçik bilmədən, hətta günahsız qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər.
İmam Hüseynin (ə) məqbərəsindəki xəzinələri talayıb qiymətli daşları, əntiq
əşyaları apardılar. Hətta qəbrin üstündəki sandıqı yandırıb, ondan qəhvə
düzəltdilər. Bir çox insanı da əsir edib, özləriylə apardılar.
Dünyanın bütün ölkələrində alimlərin, sultanların, ziyalıların, hətta adısz
əsgərin qəbirləri belə ehtiramla yad edildiyi halda, müsəlmanların öz
iftixarları olan insanların qəbirlərini qorumları bir yana, onları vəhşicəsinə
dağıdıb talan etmələri həqiqətən çox üzücüdür.
Hətta həzrət Həmzə kimi Uhud şəhidlərinin qəbirlərini, Əbdul-Muttəlib və
Əbdullah kimi həzrət peyğəmbərin (s) ata və babalarının qəbirlərini və İslamın
iftixarları olan digər kəslərin qəbirlərini Məkkə və Mədinədə dağıdıb
yerlə-yeksan edib, sonra da özlərinə “biz müsəlmanıq” deyirlər! Amma öz
dırnaqarası rəhbər və sultanlarının qəbirləri üzərində abidələr ucaldırlar.
Şiə və sünni alimləri möminlərin qəbirlərini ziyarət etmək haqqında,
onların müxtəlif hadisələrdən, qorunması üçün bir çox hədislər nəql etmişlər.
Rəsulullah (s) bilavasitə özü möminlərin qəbirlərini ziyarət edib, onlar üçün
bağışlanma diləyirdi. Buna baxmayaraq, bir qrup qara əllər din adıyla İslamın
iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərinu dağıdıb, onlardan ən kiçik bir
əlamət belə qoymurdular. Sözü qısası, deyiləsi dərdimiz çoxdur. Allah din adı
ilə dini əleyhinə çalışanlara lənətin nazil eləsin.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder