Onlar dini aradan aparmaq istəyir, Aşura və Hüseyn (ə) bəhanədir
Məhərrəm ayı Yezidləri tanımaq üçün gözəl fürsətdir...
Bir neçə gündür ki, bəzi nadanlar kütləvi şəkildə
öz batinlərindəki çirkinliklərini sözün əsl mənasında biruzə verirlər. Bunlara
cavab vermək əvəzinə, onların əsl məqsədlərini sizə çatdırmağa qərar verdim.
Əvvəla, tənqid hər zaman qəbul ediləndir. Ağıllı
insan sağlam tənqiddən qorxmaz, əksinə ondan nəticə çıxarar. Amma istər şəxsləri
ya onların müqəddəs hesab etdiklərini təhqir etmək, yolverilməzdir. İnsan şəxsiyyətini
bu və ya digər şəkildə alçatmaq heç bir əxlaqi və hüquqi normalara sığmır. Bütpərəstələrin
müqəddəs bildiyi bütü də təhqir etməyə icazə verməyən dinin (“Ənam” surəsi,
106), ən üstün şəxsiyyətləri bu gün təqhirə
məruz qalır. Onların təhqiri elə İslamın təhqir olunmasıdır. İslami dəyərlərə,
o dəyərləri özündə ehtiva edən hər bir şey müsəlmanlar üçün müqəddəs
sayıldığından onlara hörmətlə yanaşılmalı və əsla təhqirə yol verilməməlidir.
Ümumiyyətlə, normal bir şəxs heç zaman digərlərini təhqir etməz.
Bəzi xəbislərin fəzilətli şəxsləri təhqir etməsi
əslində, onların daxili çrikinliyinin göstəricisidir. Quran, hədis və tarixi
hadisələri təhlil etdikdə anlayırıq ki bu kimi şəxslər iki səbəbdən dolayı fəzilətli
şəxsləri təhqir edirlər:
1. Cəmiyyətdə olan fəzilətli şəxslərin,
üstünlüyünü həzm edə bilməmək.
2. Onların paklığına, dürüstlüyünə dözə bilməmək.
Qarşı tərəf özündə həmin ilahi dəyərləri görmədikdə,
yaxud həmin dəyərlərə sahib olanların sevildiyini gördükdə və ya bu fəzilətlərə
yetişə bilmədikdə həmin uca və fəzilətli insanları öz səviyyələrinə salmağa
çalışırlar. Təhqir, eyib və nöqsanları ona nisbət vermək, müxtəlif yersiz
iradları ona bildirmək və sair rəzil yollarla onun uca məqamına dil uzadırlar. Səbəbi də paxıllıq, həsəd, kin, onların fəzilətini həzm edə bilməmək kimi sıralamaq olar.
Məgər Yezid Aşura günü demirdi ki, “Biz bu gün Bədirdəki babalarımızın intiqamını
aldıq.” Baxın kin və həsədin batindəki tuğyanına, nəticəsinə...
Bədir döyüşündən illər keçsədə o kin qəlblərinin
dərinliklərində kök atmışdı. Nəhayət Aşura və Məhərrəm bu kini üzə çıxartdı.
Onların əsl xislətini, insandan daha da aşağı olmalarını aydın şəkildə biruzə
verdi. Yezidlər bu gün də var. Məhərrəmlər,
Aşuralar onları bizə tanıtdırır. Necə ki, Kərbəla səhrasında Aşura hadisəsi ilə
xalis möminlər və kafirlər tam və əyani şəkildə hamıya isbat olundu. Yezid
qoşununda olan bəziləri, Hüseynə (ə) tərəf gələrkən, Hüseynin (ə) yanında
möminlik iddiasında olan bəziləri də, dünyəvi bəhanələrlə oradan
uzaqlaşdılar.
Bu gün də Məhərrəmdir. Və bu üstün şəxslərin fəzilətini
dərk etməyənlər yenə də, Yezid kimi batinlərindəkini biruzə verirlər. “Hər gün
Aşura, hər yer Kərbəla” deyimi əbəs yerə dillər əzbəri olmayıb. Hər gün haqq və
batil üz-üzədir. Hər yer Kərbəladır, hər yerdə haqq və batilin mübarizəsi davam
edir və Qiyamətə qədər də bu proses davam edəcəkdir. Odur ki, bu günlərdə öz
daxilindəki kinlərini biruzə verən Yezidləri tanımaq üçün gözəl fürsətdir. Siz
bu gün də onlara qarşı çıxmaqla öz mövqeyinizi müəyyən edirsiz ki, “Biz Yezidin
yanında yox, Hz Hüseynin (ə) yanındayıq.
Ey münafiq dəstə! Yazın, cızın ta ki, daxilinizdəki
nifaq, öz əlinizlə üzə çıxsın.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder