Vəhhabi və ateistlərin Seyyid Əzim Şirvaniyə atdıqları ifira – “Öküz oğlu”
Şahlar Göytürk: “Öküz oğlu” şerini hansı öküz oğlu uydurub?!
Öz batil fikirlərinə haqq qazandırmaq üçün
böhtan və iftiralara əl atan müxaliflər, bu dəfə Seyid Əzim Şirvaniyə böhtan
atdılar. Guya Seyid Əzim Şirvani Məhərrəmlik və Aşura mərasimlərini və o
mərasimləri icra edənləri tənqid etmişdir. Məsələni araşdırdıqda aydın olur ki,
yenə də sələfi-vəhhabilər və onlarla eyni təfəkkür tərzinə sahib olan ateistlər
insanları çaşdırmaq üçün böyük şairin şerini “nəzirə” adı altında təhrif etmişlər.
Beləliklə, şairin “köpək oğlu” şerini təhrif etmiş, öz istədikləri söz və
əlavələri ora daxil edərək “Öküz oğlu” adlı şerə bənzəməyən bir şey meydana
çıxartmışlar. Bəli, biz buna “nəzirə”
deyil təhrif deyirik. Çünki burada şerin məna təhrifi ilə rastlaşırıq.
Sözügedən cızma – qaradan bir bəndə diqqət yetirək:
Yar kəlləni Aşura günü yar, öküz oğlu,
Zəncir ilə idrakını da sar, öküz oğlu.
Hər millət əgər elm ilə uğraşsa da, sən get,
“Şaxsey” bağırıb böyləcə çək car öküz oğlu.
Gördüyünüz kimi, bu sadəcə şerdən anlayışı olmayan nadan bir adamın
cızma-qarasıdır. Şer incəlik, estetik zövq tələb edir. Biz sələfi vəhhabilərdə
bunun əksini – kobudluq, qabalıq peyğəmbər (s) əxlaqının tam ziddini müşahidə
edirik.
Məsələ burasındadır ki, yuxarıda qeyd edilən cızma-qaralar Seyid Əzim
Şirvaniyə deyil, ateist təfəkkür daşıyıcısı olan, mühacirətdə yaşayan güneyli
şair Güntay Gəncalpa məxsusdur. O da bu cızma-qarasına ilhamı Seyidin bir başqa
şeirindən alıb ki, bir neçə misrasını yenə diqqətinizə çatdırırıq:
Ey badis edən dəhrdə büdət, köpək oğlu!
Etdiz nə səbəb xeyməni qarət, köpək oğlu?
Yoxsa əlivüz çıxmış idi Kərbübəladən,
Düşdü ələ dövranda bu fürsət, köpək oğlu?
Qarət elədin xeyməgəhi-ali-rəsulu,
Gör olmusuz axır nəyə nisbət, köpək oğlu!..
Bir ateistin bu cür çirkin yola əl atması bizim üçün təəccüblü deyil. Çünki
ateist Güntayla vəhhabilər əqli cəhətdən bir-birinə tam uyğundurlar.
Ateist şair özü də mətbuata bildirmişdi ki bu
şeri Seyid Əzim Şirvaniyə nəzirə yazıb. O demişdir: “Seyidin “Köpək oğlu” adlı şeri var. Mən də
bu şerə nəzirə yazmışam və kimsə götürüb Seyidin adı ilə Facebookda yayıb. Bu
şeir bloqumda uzun zamandır ki, yayımlanır. Tarixinə baxsanız, görərsiniz ki,
mətn 15 yanvar 2013-cü ildə yayılıb. Həm “Köpəkoğlu” şeri, həm də mənim
yazdığım nəzirə”.
Xatırladaq ki, Seyid Əzimin şeri savadsız din
xadimləri, Güntay Gəncalpın “nəzirə”sində isə, Aşura mərasimini qeyd edən
insanlar çox sərt şəkildə tənqid olunur.
Seyyid Əzimə aid edilən “Öküz oğlu” şeri daim
şairlərin və ziyalıların tənqid atəşinə tuş gəlib. Həmin tənqidlərn birini sizə
təqdim edirik: Şahlar Göytürk: “Öküz oğlu” şerini hansı öküz oğlu uydurub?! Şer, üslub və vəzn
məsələsindən xəbərdar olan insanlar şeiri oxuyan kimi müəllifin kim olduğunu
təsəvvür edə bilirlər.
Əminliklə deyə bilərəm ki, bu cızma-qaranı
xaricdə yaşayan, əruz vəznindən başı çıxan, lakin əqidəsiz, mənəviyyatsız və
hansısa xarici kəşfiyyata satılmış adamlarlar yaza bilər. Əlbəttə, təəccübləməyə
dəyməz!
Bu cızma-qara elə bil “təndirdən təzə” çıxıb.
Seyyid Əzimin dilində “gərəkirkən” sözünə rast gəlməmişəm: “Ol başla düşünmək
gərəkirkən nədən öylə”.
Məsələ hər kəsə aydın olduğundan sonda Seyyid Əzim Şirvaninin qələminə
məxsus olan şer nümunələrindən birini oxuculara təqdim edirik. Böyük şair bu
şerində peyğəmbər (s) və əhli-beytinə olan məhəbbətini çox aydın şəkildə izhar
edir:
Mən təriqi-eşqdə cüru cəfadən dönmərəm.
Yüz cəfa qılsa fələk, rahi-vəfadən dönmərəm.
Əl-bəlau lilvila camilə mən məst olmuşam
Cismu candan bak yox, rahi-bəladən dönmərəm
Etsə düşmənlər əgər aludeyi-xun cismimi,
Bir gədayəm mən Şəhi-Kərbubəladən dönmərəm
Zinəti-qəlbimdi hubbi-pak Zeynul-Abidin,
Bəlkə mən ol parsa, ol pişivadən dönmərəm.
Bağiru elmi-Xuda Bağirdi dinə rəhnuma
Bağiru Cəfər ki, Musavu Rizadən dönmərəm,
Muttəqi ol kəsdu kim olsun mənə Miri-Təqi,
Əhli-təqva mən bu Şahi ətqiyadən dönmərəm.
Həm bu aləmdə imamımdır Təqivu həm Nəqi.
Ey şəğavət əhli mən ol padşahdan dönmərəm
Naxini-ummidilə sancılsa payi-Əsğəri
Şəkkəru şükr eylərəm ol Multəcadən dönmərəm.
Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim
Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm.
Seyyida, gər sən dönərsən, dön bulardan, leyk mən.
Dönmərəm, mən dönmərəm, “Haşa və Kəlla” dönmərəm.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder