Əgər yas saxlamaq bidətdirsə bəs nə üçün Aişə peyğəmbərə (s) yas saxlayıb? (Fotofakt)


Aişənin peyğəmbərə (s) ağlaması, ağı deməsi, sinəsinə və üzünə vurması.

Əhli sünnənin dörd məzhəb imamından biri olan Əhməd ibn Hənbəl öz “Müsnəd” əsərində yazır: “Aişədən eşitdim deyirdi: Allah Rəsulu (s) otağında ikən dünyasını dəyişdi. Başını yastığa qoydum. Pərişan halda qadınlarla ağı deyə-deyə sinəmizə və üzümüzə vurduq.”
(Əhməd ibn Hənbəl – “Müsnəd” c. 43, səh. 369 – (vəfat: h. 241) Tədqiq: Şueyb əl-Ərnəut. Çap: Muəssəsətul-Risalə)

Qeyd: Şueyb Əl-Ərnəut müxtəlif araşdırmaçılarla “Müsnəd” əsərini 50 cilddə toplamışdır. Onun beş cildi hədis və ravi mündəricatıdır. (Beyrut 1416-1421/ 1995-2001).

Əbu Yəla Məvsili öz əsərində eyni hadisəni nəql edir. (“Müsnədi Əbu Yəla” c. 4, səh. 323 – Əbu Yəla Məvsili. (vəfat: h. 307) Tədqiq: Hüseyn Səlim Əsəd. Çap: Darul- Məmun lilturas, Dəməşq.)


Bu hadisə müxtəlif mənbələrdə qeyd olunub. Nümunə üçün birini də qeyd edirik.
Aişə deyir: “(Peyğəmbərin (s) vəfatından sonra) ayağa qalxdım, gedib qadınlarla birlikdə sinəmə və üzümə vurmağa başladım.” (İbn Hişam, “Əs-Sirə ən-Nəbəviyyə,” c. 4, səh. 305)

Araşdırdı: Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)