İlahiyyatçı: İslamda Yeni ili və Novruzu qadağan edən bircə kəlmə belə yoxdur


İslam dininin bayramlarla bağlı mövqeyi bundan ibarətdir ki,həmin bayramlar: 
1. İslamın ana prinsipləri ilə ziddiyyət təşkil etməsin.
2. Yad mədəniyyətin təbliği sayılmasın.
3. Qeyri-İslami dinlərdə olan atributlar simvollar özünü orada göstərməsin.
Əgər qeyd olunan bu üç hal bayramlarda özünü göstərməsə insanlar onları qeyd etməkdə azaddır. Dini mənbələrimizdə Yeni ili, Novruzu və bu qəbildən olan bayramları qadağan edən bircə kəlmə belə yoxdur. Dinimizin gözəl yönlərindən biri də yayıldığı coğrafiyalarda mədəniyyətləri assimlasiyaya uğratmamasıdır. Hər hansı bir bayramda fəsad yaxud fəsada aparan yollar varsa onları fəsaddan təmizləyib insanların ixtiyarında qoymaq lazımdır. Bayramlarla mübarizə aparanlar bəzi radikal düşüncəli insanlardır ki, onların İslamda payı yoxdur və söylədikləri fikir İslam camiəsinin fikri kimi tanınmır.
Bir daha qeyd edirəm ki, bayramlarda meyar onun adı, yaxud ilk öncə haradan gəldiyi deyil. Əsas meyar o bayramın zamanımızda hansı məqsədlə qeyd olunmasıdır. 
Allah üzümüzə gələn Yeni ili millətimiz üçün xeyirli bərəkətli etsin. Amin.

Mahir Şəkərov- İlahiyyatçı, araşdırmaçı.




  

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)