"Quran müqəddəs deyil" - deyənlərin "Məzəli İncil" layihəsi

Müqəddəsliyi inkar edənlərin məqsədi “Məzəli İncil” layihəsini ölkəmizdə tətbiq etmək istəyənlərdir
Hamı müqəddəslikdən yazır. Biz də yazdıq. Qoy bir də yazaq. Nə yazım? Müqəddəsliyin terminoloji ya lüğəti mənalarını? Müqəddəslik barədə hədis və rəvayətlər? Bəlkə Qurandan isbat edək? Bunların hər biri ayrı-ayrılıqda müxtəlif baxış bucaqlarından təhlil olunaraq yazıldı. Bəs nəticə?

Nəticəni Quran ayələrindən öyrənmək çətin deyil. Quran bu qism insanları, lal, kar və kor olaraq vəsf edir. Zahirdə lal, kar və kor deyillər. Amma özlərini lallığa, karlığa və korluğa vurublar. İlahi həqiqətləri duymazlıqdan gəlib təkəbbürlük nümayiş etdirirlər.

Yaxşı, görəsən niyə bəzi nadanlar bu qədər canfəşanlıq edərək körpə uşaqlar tək “müqəddəslik yoxdur” deyə hay küy salır? Görəsən, həqiqətən belələrinin dərdi dindir? Əsla!

Görəsən, onlar Quranın tanınması yaxud oxunması üçün bu qədər təlaş edir? Əsla”

Ümumiyyətlə bu səylərin heç biri Allaha xatir deyil. Yaxşı, bəs dava nəyin davasıdır?

Müqəddəsliyi inkar edənlərin qarın ağrısı – “Məzəli İncil”.

Niyə deyirlər ki, “Quran müqəddəs deyil?”

Niyə deyirlər ki, “peyğəmbərlər məsum deyil, günah edə bilərlər.”

Bax bu niyəni çözsək, məsələ tam çılpaqlığı ilə özünü göstərəcək. Bu cür iddiaçıların əsl məqsədləri peyğəmbər və ilahi kitabları müqəddəslik çərçivəsindən xaric edib, ona istədikləri nisbəti vermək və bu iki dəyəri dəyərsizləşdirməkdir. Amma unudurlar ki, Qurana dəyər verən uca Yaradandır, nadanlar isə o nuru öz batil sözləri ilə söndürə bilməz.

Bu nadanların əsl hədəfi müqəddəs Qurani-Kərimi “Məzəli-İncil” halına salmaqdır. Xristianlıqda da bir dəstə dırnaqarası “islahatçı” peyğəmbər və kitablarını adiləşdirib, dəyərdən saldılar. İş o həddə yetişdi ki, İncildə olan ilahi həqiqətləri öz nəfslərinə uyğun təhrif etdilər. Müqəddəsliyi inkar edənlərin də məqsədi məhz elə budur. Öncə kiçik addımlarla müqəddəs kitabımız Quranı müqədəslikdən xaric etmək daha sonra isə öz batil fikirlərini oraya daxil etmək, yaxud Quranı öz fikir və əqidələrinə uyğun olaraq izah etməkdir.

Məsumluq mövzusu da belədir. Öncə peyğəmbərləri adiləşdirib sonra isə “onlar da adi insandır, onlar da günah edə bilər” deyə yalanlar uydurur və uydurduqlarını Qurana nisbət verirlər. Halbuki, Quranda peyğəmbərlərin günah etmələri ilə bağlı bircə dənə də olsun ayə yoxdur.

Quranın müqəddəsliyini inkar edən bircə dənə də olsun ayə yoxdur və sairə. Müqəddəsliyi inkar edənlərin məqsədi “Məzəli İncil” layihəsini ölkəmizdə tətbiq etmək istəyənlərdir vəssalam.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)