Əvliyaların qəbri kənarında məscid tikmək – Şübhə və iradlara cavablar, Hədislərin araşdırılması.
Sual: Əvliyaların qəbri kənarında məscid tikmək düzgündürmü? Əgər düzgündürsə, onda Peyğəmbərin məsihilər və yəhudilər haqqında söylədiyi hədisin mə`nasına necə istinad etmək olar? O hədis belədir: “Allahın Rəsulu peyğəmbərlərin qəbirlərini ibadətgah seçən iki dəstəyə lənət göndərib. Əvliyaların qəbri kənarında məscid tikmək bu hədisin ziddinə deyilmi?”
Cavab: İslamın qanunlarına diqqət yetirsək, görərik ki, əvliyaların
qəbri kənarında məscid tikmək heç də haram sayılmır. Allahın sevimli
bəndələrinin dəfn olunduğu yerin ətrafında məscid tikməkdə məqsəd Allaha ibadət
və təbərrükdən başqa bir şey ola bilməz. Bundan əlavə, belə yerlərdə məscid
tikilirsə, əvliyaları ziyarət edənlər ziyarətdən qabaq və yaxud ziyarətdən
sonra öz vacibi ibadətlərini yerinə yetirirlər. Bir halda ki, qəbirləri ziyarət
etmək, ziyarətdən qabaq, yaxud sonra namaz qılmaq haram sayılmırsa, onda vacib
əməlləri yerinə yetirmək və Allaha ibadət etmək üçün övliyaların qəbri
kənarında məscid tikməyin heç bir eybi yoxdur və eyni zamanda da haram
deyildir.
Əshabi-Kəhfin
əhvalatına nəzər saldıqda görərik ki, bu iş (əvliyaların qəbri kənarında məscid
tikmək) İslamdan qabaqkı dinlərdə olan qayda-qanuna uyğun bir əməldir. Quran
bunu bizə tənqidsiz nəql edir.
O dövrün
insanlarına üç yüz doqquz il keçəndən sonra Əshabi-Kəhfin əhvalatı bəlli olan
zaman onlar Əshabi-Kəhfin şan-şöhrətini ucaltmaq üçün iki dəstəyə ayrıldılar.
Bir dəstə dedi:
“Əvliyaların məzarı üzərində tikili inşa edək. Bununla onların adlarını, nişanə
və tarixlərini qoruyub saxlayaq.” Quran bu haqda belə buyurur: “Onların üstündə
bir bina tikin” (Kəhf surəsi, 21-ci ayə).
Başqa bir dəstə
dedi: “Onların qəbri üstündə (mağaranın üstündə) təbərrük üçün məscid tikək...”
İslamın təfsir alimlərinin
bu ayə haqqında ümumi fikirləri belədir : Birinci dəstə müşriklər, ikinci dəstə
isə Allaha ibadət edənlərdən ibarət idi. Çünki Quran bu haqda belə buyurur: “Bu
mübahisədə qalib gələnlər “əvliyaların məzarı üzərində məscid tikək”
deyənlərdir”. ( Kəhf surəsi, 21-ci ayə).
Tarixdən belə məlum
olur ki, Əshabi-Kəhfin əhvalatı tovhidin şirkə qalib gəldiyi vaxt ilə üst-üstə
düşür. Müşriklərin gücü zəifləmiş və artıq xalqı bütpərəstliyə dəvət etməyə cürətləri
yox idi. Sözsüz ki, möminlər qalib gəlmişdilər və onların qəbir üzərində Allaha
ibadət məqsədi ilə məscid tikmələri onların Allah bəndələri olmalarını bir daha
sübut etdi.
Əgər, həqiqətən,
əvliyaların qəbri üzərində və yaxud kənarında məscid tikmək haram sayılırsa,
nəyə görə möminlər belə bir təklif irəli sürdülər? Nəyə görə Quranda bu hadisə
nəql edilərkən, Allah möminləri tənqid etmir. Quranda bir işin tənqidsiz və etirazsız
nəql olunması onun düzgünlüyünə, haram olmamasına dəlil deyildirmi? Allah
müşriklərin əməllərindən danışırsa, mümkün deyil ki, onları tənqid etməsin.
Belə sübut üsul elmində “Təqrir” adlanır. Bu iş dünyada möminlər arasında davam
etmiş və qəbir sahibinə bir növ ehtiram əlaməti olmuşdur. Yaxşı olardı ki,
vəhhabilər hədisə əsaslanmamışdan qabaq Qurana nəzər salıb, sonra hədisə
müraciət edəydilər.
İndi isə vəhhabilərin dəlillərini araşdırırıq.
Vəhhabilər əvliyaların
məzarı kənarında məscid tikməyi haram edərkən nəyə əsaslanırlar?
Vəhhabilər bir
neçə hədisə əsaslanmaqla əvliyaların qəbri kənarında məscid tikməyi haram etmişlər.
Biz bu hədisləri bir-bir araşdırırıq: Buxari “Səhih” kitabında “Yukrəhu min
ittixazul-məsacidi ələl-qübur” fəslində bu haqda iki hədis nəql edir:
1) “Həsən ibn
Həsən ibn Əli vəfat etdikdən sonra həyat yoldaşı onun qəbri üzərində çadır
qurdu. O, bir ildən sonra bu çadırı götürdü. Bir nəfər soruşdu: “İtirdiklərini
tapıblar?” Başqa bir nəfər cavab verdi: “Yox, ümidsiz olub vəziyyətlərini
dəyişdilər”.
2) “Allah
yəhudiləri və məsihiləri peyğəmbərlərin qəbirlərini məscid etdiklərinə görə öz
rəhmətindən uzaqlaşdırdı. Aişə deyir: Əgər Peyğəmbərin qəbrinin məscid
olmasının qorxusu olmasaydı, müsəlmanlar onun qəbrini açıq yerdə (hasara
alınmamış) dəfn edərdilər. Lakin qorxuram, Peyğəmbərin qəbrini məscid
etsinlər”.
Müslüm ikinci
hədisi “Səhih” kitabında qısa şəkildə nəql edir.
3) “Xəbərdar
olun! Sizdən qabaqkılar peyğəmbərlərin və əvliyaların qəbirlərini məscid
etdilər. Siz heç vaxt qəbirləri məscid etməyin, mən sizi bu işdən
çəkindirirəm”.
4) “Ümmi Həbibə
və Ümm Sələmə (Peyğəmbərin həyat yoldaşları) Həbəşistanda hicrət zamanı
peyğəmbərin (Həzrəti İsanın) təsvirini gördülər. Peyğəmbər (s) buyurdu: “Burada
bir xeyirxah adam rəhmətə gedəndən sonra insanlar onun qəbri üzərində məscid
tikib şəklini (rəsm əsərilə) çəkərdilər. Onlar Qiyamət günü ən pis adamlardır”.
Nəsai “Sünən”
kitabında “Ətəğlizü fi ittixazis-suruci ələl-quburi” fəslində İbn Abbasdan belə
nəql edir: “Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbri məscid qərar
verən şəxslərə və qəbir üzərində şam (çıraq) yandıranlara lənət göndərib”.
İbn Teymiyyə
belə əqidələrin banisi olmuş və Məhəmməd ibn Əbdül Vəhhab həmişə onun
əqidəsindən bəhrələnmişdir.
O həmişə hədisi
belə təfsir edirdi: “Əvliyaların məzarı kənarında məscid tikmək düzgün deyil”.
İbn Teymiyyə
belə yazırdı: “Bizim alimlərimiz qəbrin üzərində məscid tikməyə icazə
vermirlər”.
Hədisin araşdırılması.
İlk növbədə
həqiqi mənanı və əsl mətləbi başa düşmək lazımdır. Bir ayə başqa bir ayə ilə
təfsir olunduğu kimi, eləcə də bir hədisi başqa bir hədis vasitəsilə təfsir
etməklə şübhəni aradan qaldırmaq olar.
Vəhhabilər
yalnız bir hədisə əsaslanaraq qəbrin üzərində və kənarında məscid tikməyi haram
bilirlər. Onlar bütün hədislərə diqqət yetirsəydilər, Peyğəmbərin hədisdə nə
səbəbə lənət göndərdiyini anlayardılar. Bunlar öz üzlərinə “ictihad” qapısını
bağladıqlarından bir çox hədislərin mə`nasında xətaya uğraışlar. Hədislərə
əsaslanmaq o zaman düzgün olar ki, onları söyləyən, rəvayət edən ravilər
düzgün, imanlı adam olsunlar.
Əks halda, belə
hədislərə istinad etmək olmaz. Hədislərin sənədi haqqında bəhs etmək çox vaxt
aparar. Buna görə də yalnız hədisin mövzusu haqqında bəhs etməli olacağıq.
Biz hədisdən
nəticə çıxarmaq üçün əvvəlcə yəhudi və məsihilərin peyğəmbərlərin məzarları
kənarında gördükləri işlərdən xəbərdar olaq. Çünki əziz İslam Peyğəmbəri yəhudi
və məsihilərin gördüyü işlərdən bizi çəkindirib. Əgər onların əməllərinin
nəticəsindən xəbərdar olsaq, sözsüz ki, İslamda haramın həddi-hüdudu bilinəcək.
Başqa hədislərdə
yəhudilər və məsihilər haqqında belə deyilir: “Onlar Peyğəmbərlərin qəbirlərini
qibləgah etdilər və həqiqi qiblədən üz döndərdilər. Allaha ibadət etmək
əvəzinə, peyğəmbərlərə ibadət etdilər və onları Allaha şərik sandılar.”
Əgər pak əvliyaların
qəbirləri kənarında məscid tikməklə müsəlmanlar oranı qibləgah edib, onlara
ibadət etmirlərsə, bu hədislərdən qəbir üzərində məscid tikməyin haramlığını
isbat etmək üçün istifadə edə bilmərik. Əksinə, müsəlmanlar bir olan Allaha
ibadət edir və namaz qılarkən üzü Kəbəyə (qibləyə) dayanırlar.
Əvliyaların
qəbri kənarında isə məscidi təbərrük kimi tikirlər.
Deməli, aydın
oldu ki, qəbri qibləgah edib ölülərə ibadət etdikdə, üzərində məscid tikmək
haramdır. Bundan qeyri-sürətdə isə, (məs: təbərrük kimi) bunun heç bir eybi
yoxdur. Yuxarıda qeyd olunan hədisdə də elə əsas məsələ budur.
1 − Səhih
Müslimin rəvayətində (dördüncü hədis) bu məsələ daha da bəlli olur. Peyğəmbərin
iki həyat yoldaşı Həbəşistan kilsəsində onun şəklini gördükdə Allahın Rəsulu
onlara buyurmuşdur: “Burada pak adam vəfat edərsə, onun qəbri üzərində məscid
tikib şəklini həmin məscidə vurarlar”.
Onlar (məsihi və
yəhudilər) qəbri qibləgah edib ibadət etdiklərinə görə əvliyaların şəklini
məscidə (kilsəyə) vurur və bu təsviri büt edərək ona səcdə edib ibadət
edirdilər.
Bu hədisdə
verilən ehtimallara görə, çox güman, belə adamlar məsihilər olub. Çünki onlar
həmişə insana (Həzrəti İsaya) ibadət etməklə bütün kilsələrdə onun şəklinə və
heykəlinə tə`zim ediblər. Məsihilərin bu əməllərinə görə heç vaxt övliyaların
qəbri kənarında məscid tikmək haram sayılmaz. Çünki hal-hazırda belə
məscidlərdə məsihilər deyil, əksinə, müsəlmanlar ibadət edirlər.
2 − Əhməd ibn
Hənbəl “Müsnəd”də və imam Malik “əl-Müvəttə” kitabında yuxarıdakı hədisin
ardınca Peyğəmbərdən bu kəlməni nəql edirlər: “İlahi, mənim qəbrimi ibadət
olunan büt qərar vermə”.
Bu cümlədən belə
aydın olur ki, onlar (məsihi və yəhudilər) məzarlara bütpərəstlər kimi səcdə
edir və peyğəmbər şəklini qibləgah qərar verirdilər.
3 − Aişə
Peyğəmbərdən hədisi (ikinci hədisi) nəql etdikdən sonra deyir: “Əgər
Peyğəmbərin qəbrinin səcdəgah olmaq qorxusu olmasaydı, müsəlmanlar onu (qəbrin
ətrafında divar olmayan) açıq yerdə dəfn edərdilər”. İndi belə bir sual meydana
çıxır ki, qəbrin ətrafında divar tikmək nələrin qarşısını ala bilər? Sözsüz ki,
qəbirdən səcdəgah, qiblə və yaxud büt kimi istifadə etməyin qarşısı alınar.
Lakin, qəbrin
kənarında ona sitayiş edilməzsə və qiblə təyin olunmazsa, namaz qılmağın heç
bir maneəsi yoxdur. Müsəlmanlar on dörd əsr Peyğəmbərin (s) məzarının kənarında
üzü qibləyə namaz qılmışlar.
Ümmül-möminin Aişənin
sözündən belə bəlli olur ki, Peyğəmbərin (s) qəbrindən məscid (səcdəgah) kimi
istifadə olunmaması və gözlərə göstərilməməsi üçün qəbrin ətrafı divarla
hörüldü. Bu divar hansı maneənin qarşısını ala bilər?
1) Qəbrin büt
halına düşüb, insanların ibadətgahına çevrilməməsi üçün bu divar məzarın
gözlərə görünməməsinə mane oldu.
2) Əgər
Peyğəmbərin (s) məzarı açıq yerdə olsa idi insanların qibləgahına çevrilərdi.
Gözə görünən şey Kəbə evindən fərqli olaraq (Kəbə bütün müsəlmanların qanuni
qibləsidir) onların səcdəgahı ola bilərdi.
Məzar gözə
görünməyən halda belə bir ehtimal azdır. Bu səbəbdən ümmül-möminin demişdir:
“Qəbrə səcdə etməkdən qorxmasaydım, onu açıq yerdə dəfn edərdim.” Deməli,
məzarın açıq yerdə olması nəticəsində onun qibrəyə və ya bütə çevrilməsi daha
çox məntiqə uyğundur.
4) Buxari və
Müslimin “Səhih” kitablarında hədisi şərh edənlərin çoxu hədisi yuxarıda
dediyimiz mə`nada təfsir etmişlər.
Qəstəlani
“İrşadus-sari” kitabında yazır: “Yəhudilər və məsihilər övliyaların
xatirələrini qoruyub saxlamaq üçün onların şəkillərini qəbirlərinə vururdular.
Bu qəbirlərin kənarında Allaha ibadət edirdilər. Sonrakı nəsillər yollarını
azıb, şəkilə səcdə etdilər.”
Beyzavi
təfsirindən belə nəql edirlər: “Yəhudilər və məsihilər peyğəmbərlərin
məzarlarına çox ehtiram etməklə yanaşı, bunları öz qiblələri seçmişdilər.
Qəbirləri büt edib onun müqabilində namaz qılırdılar. Müsəlmanlar bu işlərdən
çəkindirildilər. Amma əgər bir nəfər əvliyaların qəbri kənarında təbərrük üçün
(onlara ibadət etmək üçün yox) namaz qırarsa, günahkar sayılmayıb bu hədisin
ona aidiyyəti olmaz.”
Qəstəlanidən
başqa “Sünəni-Nəsai” kitabını şərh edən əllamə Sənədi də bu mətləbə işarə edib
belə yazmışdır: “Qəbir üzərində məscid tikmək haram və məkruh ola bilər. Əgər
qəbri qibləgah edərlərsə, haram sayılır, əks halda məkruhdur. Çünki qibləgah
qərar verməklə qəbir sahibinə ibadət olunur.”
Başqa bir yerdə
deyilir: O, öz ümmətinə yəhudi və məsihilər kimi peyğəmbərlərin qəbirləri ilə
rəftar etməyi qadağan edib. Çünki onlar ehtiram üçün qəbrə səcdə edib, onu
qibləgah kimi qəbul edirdilər.
Müslimin “Səhih”
kitabını şərh edən bu haqda deyir: “Peyğəmbər (s) istəmirdi ki, qəbri məscidə
dönsün. Çünki müsəlmanlar qəbri ziyarət edərkən ifrata yol verib küfr
edərdilər. Bu səbəbdən müsəlmanlar Peyğəmbərin (s) dəfn olduğu yeri, həyat
yoldaşlarının və Aişənin otağını divarla hördülər. Məzar görsənməklə
müsəlmanlar ona səcdə edə bilərdilər. Ümmül-möminin Ayişənin də sözü buna
işarədir.”
Şarih (şərh
edən) deyir: “Aişə bu sözü deyəndə, məscidin sahəsi çox böyük deyildi. Məscidin
sahəsi böyüdükcə müsəlmanlar üzü qəbrə namaz qılmamaq üçün otağı üçbucaq
şəklində düzəltdilər. Çünki yəhudilər və məsihilər Allaha şərik qoşmaqla
qəbirlərə ibadət edirdilər.
Bu faktlardan
istifadə edib səhv hökm vermək olmaz.
Biz bütün
bunlara göz yumub, bu işi başqa yolla həll edirik.
1) Məscid qəbrin
üzərində tikilərsə, hədisin mənası buna aid ola bilər. Lakin bütün yerlərdə əvliyaların
hərəmləri, yəni dəfn olunduğu yerlər məsciddən ayrıdır.
Başqa sözlə
desək, hərəm ziyarət və təvəssül etmək üçün, məscid isə Allaha ibadət edib
namaz qılmaq üçündür. Belə olan halda hədisin mə`nası bu müqəddəs yerlərə aid
deyil.
Qəbrin kənarında
məscid tikmək necə məkruh və haram sayıla bilər bir halda ki, Məscidün-Nəbi
Peyğəmbərin qəbri kənarındadır. Bu məscidi indi də hamımız öz gözlərimizlə
görürük.
Əgər səhabə
parıldayan ulduz olub onlardan təqlid etməliyiksə, nəyə görə bu kimi işlərdə
onlara təqlid etməməliyik? Onlar məscidin sahəsini böyüdərək Peyğəmbərin və
Şeyxeynin qəbirlərini məscidin ortasında yerləşdirdilər. Əgər, həqiqətən, əvliyaların
məzarı kənarında məscid tikmək düzgün sayılmırsa, nə üçün müsəlmanlar məscidin
sahəsini böyüdərkən qəbri ortada yerləşdirdilər?
Əvvəllər
Peyğəmbərin qəbri məscidin şərq tərəfində yerləşirdi. Sonralar məscidin qərb
tərəfi böyüdükcə Peyğəmbərin qəbrini əhatə etdi.
Vəhhabilər
özlərini “sələfi” adlandırıb, keçmişdəkilərin yolunu davam etdirirlərsə, bəs
niyə görə bütün əməllərdə bunu etmirlər?
Buradan məlum
olur ki, İbn Qeyyimin “İslamda qəbirlə məscidin bir yerdə olması düz deyil”
nəzəriyyəsi nə qədər əsassız və müsəlman adət-ənənələrinə ziddir!...
Bu hədislərdə
Peyğəmbərin əvliyaların məzarı üzərində məscid tikməkdən müsəlmanları
çəkindirməsi bəlli olur. Lakin bu nəhyin haram olmasına heç bir sübut yoxdur.
Əksinə, bu nəhy hədislərdə kərahət mənasına işlənib. Buxari də öz kitabında
hədisləri bu ünvana yönəltmişdir: “Yukrəhu min ittixazil məsacidə ələl-qubur.”
“Qəbirlərin üzərində məscid tikmək məkruhdur.”
Başqa bir
cəhətdən, bu hədislərin bəzisində qəbirləri ziyarət edən qadınlara lənət
göndərilmişdir.
Şübhəsiz ki, bir
sıra məsələlərə görə qadınların qəbirləri ziyarət etməsi məkruh sayılır (haram
yox). Əgər Peyğəmbər bu dəstəni lənətləyirsə, bu işin haram olmasına dəlalət
etmir. Çünki, bir çox rəvayətlərdə bəzi məkruh əməllərə aludə olmun adamlar lənətlənmişdir.
Lənətlənməkdən məqsəd məkruhluğun şiddətini və Allahın rəhmətindən çox-çox uzaq
olmasını göstərir. Məsələn, hədislərdə tək səfərə çıxanlar, tək yemək yeyənlər,
tək yatanlar lənətlənmişdir. Amma bunların heç biri haram deyildir. Bu yalnız
məkruhluğun dərəcəsini bildirir.
Nəhayət
xatırlamaq istəyirik ki, əvliyaların məzarı üzərində məscid tikmək İslamın
əvvəllərində geniş yayılmışdır.
Səmhudi deyir: “Əli
(ə) ın anası Fatimə bint Əsəd vəfat edərkən Peyğəmbər onun bir məscidin
məhəlləsində dəfn olunmasına göstəriş verdi. İndi o məscid “Fatimə qəbri”
adlanır. Sonralar bu qəbir məscid şəklinə düşdü.”
Müsəb ibn Ümeyr
və Abdullah Cəhş, Həmzənin qəbri üzərində tikilmiş məsciddə dəfn olunmuşlar.
İkinci əsrdə
(Hicri tarixi ilə) Həmzənin məzarı üzərində məscid var idi. Sonralar,
vəhhabilərin hakimiyyəti illərində həmin məscid onlar tərəfindən uçuruldu.
YanıtlaSilLucky Patcher Apk
wondershare allmytube farooqpc Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far.
YanıtlaSilThanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. zenmate-vpn-crack
YanıtlaSilhttps://mahir-shekerov.blogspot.com/2017/04/vliyalarn-qbri-knarnda-mscid-tikmk-subh.html?showComment=1537836469649#c3673258319580987639
YanıtlaSilExcellent post.I was looking for this certain information for a very long time.
YanıtlaSilI was checking constantly this blog and I am impressed!
ZBrush Crack provides an arsenal of tools to help with this task, ensuring that no matter what you have in mind, there is a way to get the perfect foundation and then move on to the next level. The best known of these systems is explained here.
Undertale
YanıtlaSilWondershare Recoverit Crack
Connectify Hotspot Pro 2022 Crack The clients get 100% unique Microsoft permit that can be actuated straightforwardly on the authority Microsoft site. Besides, it offers a lifetime permit which demonstrates that it doesn't offer a membership administration and doesn't expect one to recharge it time for an expense.
YanıtlaSilI am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
YanıtlaSilPhotoLine Crack
SparkBooth Crack
DiskDigger Crack agreements to certification you exactly the opinions you need. You are not competent to procedure this application on a mobile implement through hooking up it by data chain.
YanıtlaSilDiskDigger Crack