Əvliyaların qəbri kənarında məscid tikmək – Şübhə və iradlara cavablar, Hədislərin araşdırılması.


Sual: Əvliyaların qəbri kənarında məscid tikmək düzgündürmü? Əgər düzgündürsə, onda Peyğəmbərin məsihilər və yəhudilər haqqında söylədiyi hədisin mə`nasına necə istinad etmək olar? O hədis belədir: “Allahın Rəsulu peyğəmbərlərin qəbirlərini ibadətgah seçən iki dəstəyə lənət göndərib. Əvliyaların qəbri kənarında məscid tikmək bu hədisin ziddinə deyilmi?”
Cavab: İslamın qanunlarına diqqət yetirsək, görərik ki, əvliyaların qəbri kənarında məscid tikmək heç də haram sayılmır. Allahın sevimli bəndələrinin dəfn olunduğu yerin ətrafında məscid tikməkdə məqsəd Allaha ibadət və təbərrükdən başqa bir şey ola bilməz. Bundan əlavə, belə yerlərdə məscid tikilirsə, əvliyaları ziyarət edənlər ziyarətdən qabaq və yaxud ziyarətdən sonra öz vacibi ibadətlərini yerinə yetirirlər. Bir halda ki, qəbirləri ziyarət etmək, ziyarətdən qabaq, yaxud sonra namaz qılmaq haram sayılmırsa, onda vacib əməlləri yerinə yetirmək və Allaha ibadət etmək üçün övliyaların qəbri kənarında məscid tikməyin heç bir eybi yoxdur və eyni zamanda da haram deyildir.
Əshabi-Kəhfin əhvalatına nəzər saldıqda görərik ki, bu iş (əvliyaların qəbri kənarında məscid tikmək) İslamdan qabaqkı dinlərdə olan qayda-qanuna uyğun bir əməldir. Quran bunu bizə tənqidsiz nəql edir.
O dövrün insanlarına üç yüz doqquz il keçəndən sonra Əshabi-Kəhfin əhvalatı bəlli olan zaman onlar Əshabi-Kəhfin şan-şöhrətini ucaltmaq üçün iki dəstəyə ayrıldılar.
Bir dəstə dedi: “Əvliyaların məzarı üzərində tikili inşa edək. Bununla onların adlarını, nişanə və tarixlərini qoruyub saxlayaq.” Quran bu haqda belə buyurur: “Onların üstündə bir bina tikin” (Kəhf surəsi, 21-ci ayə).
Başqa bir dəstə dedi: “Onların qəbri üstündə (mağaranın üstündə) təbərrük üçün məscid tikək...”
İslamın təfsir alimlərinin bu ayə haqqında ümumi fikirləri belədir : Birinci dəstə müşriklər, ikinci dəstə isə Allaha ibadət edənlərdən ibarət idi. Çünki Quran bu haqda belə buyurur: “Bu mübahisədə qalib gələnlər “əvliyaların məzarı üzərində məscid tikək” deyənlərdir”. ( Kəhf surəsi, 21-ci ayə).
Tarixdən belə məlum olur ki, Əshabi-Kəhfin əhvalatı tovhidin şirkə qalib gəldiyi vaxt ilə üst-üstə düşür. Müşriklərin gücü zəifləmiş və artıq xalqı bütpərəstliyə dəvət etməyə cürətləri yox idi. Sözsüz ki, möminlər qalib gəlmişdilər və onların qəbir üzərində Allaha ibadət məqsədi ilə məscid tikmələri onların Allah bəndələri olmalarını bir daha sübut etdi.
Əgər, həqiqətən, əvliyaların qəbri üzərində və yaxud kənarında məscid tikmək haram sayılırsa, nəyə görə möminlər belə bir təklif irəli sürdülər? Nəyə görə Quranda bu hadisə nəql edilərkən, Allah möminləri tənqid etmir. Quranda bir işin tənqidsiz və etirazsız nəql olunması onun düzgünlüyünə, haram olmamasına dəlil deyildirmi? Allah müşriklərin əməllərindən danışırsa, mümkün deyil ki, onları tənqid etməsin. Belə sübut üsul elmində “Təqrir” adlanır. Bu iş dünyada möminlər arasında davam etmiş və qəbir sahibinə bir növ ehtiram əlaməti olmuşdur. Yaxşı olardı ki, vəhhabilər hədisə əsaslanmamışdan qabaq Qurana nəzər salıb, sonra hədisə müraciət edəydilər.
İndi isə vəhhabilərin dəlillərini araşdırırıq.
Vəhhabilər əvliyaların məzarı kənarında məscid tikməyi haram edərkən nəyə əsaslanırlar?
Vəhhabilər bir neçə hədisə əsaslanmaqla əvliyaların qəbri kənarında məscid tikməyi haram etmişlər. Biz bu hədisləri bir-bir araşdırırıq: Buxari “Səhih” kitabında “Yukrəhu min ittixazul-məsacidi ələl-qübur” fəslində bu haqda iki hədis nəql edir:
1) “Həsən ibn Həsən ibn Əli vəfat etdikdən sonra həyat yoldaşı onun qəbri üzərində çadır qurdu. O, bir ildən sonra bu çadırı götürdü. Bir nəfər soruşdu: “İtirdiklərini tapıblar?” Başqa bir nəfər cavab verdi: “Yox, ümidsiz olub vəziyyətlərini dəyişdilər”.
2) “Allah yəhudiləri və məsihiləri peyğəmbərlərin qəbirlərini məscid etdiklərinə görə öz rəhmətindən uzaqlaşdırdı. Aişə deyir: Əgər Peyğəmbərin qəbrinin məscid olmasının qorxusu olmasaydı, müsəlmanlar onun qəbrini açıq yerdə (hasara alınmamış) dəfn edərdilər. Lakin qorxuram, Peyğəmbərin qəbrini məscid etsinlər”.
Müslüm ikinci hədisi “Səhih” kitabında qısa şəkildə nəql edir.
3) “Xəbərdar olun! Sizdən qabaqkılar peyğəmbərlərin və əvliyaların qəbirlərini məscid etdilər. Siz heç vaxt qəbirləri məscid etməyin, mən sizi bu işdən çəkindirirəm”.
4) “Ümmi Həbibə və Ümm Sələmə (Peyğəmbərin həyat yoldaşları) Həbəşistanda hicrət zamanı peyğəmbərin (Həzrəti İsanın) təsvirini gördülər. Peyğəmbər (s) buyurdu: “Burada bir xeyirxah adam rəhmətə gedəndən sonra insanlar onun qəbri üzərində məscid tikib şəklini (rəsm əsərilə) çəkərdilər. Onlar Qiyamət günü ən pis adamlardır”.
Nəsai “Sünən” kitabında “Ətəğlizü fi ittixazis-suruci ələl-quburi” fəslində İbn Abbasdan belə nəql edir: “Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbri məscid qərar verən şəxslərə və qəbir üzərində şam (çıraq) yandıranlara lənət göndərib”.
İbn Teymiyyə belə əqidələrin banisi olmuş və Məhəmməd ibn Əbdül Vəhhab həmişə onun əqidəsindən bəhrələnmişdir.
O həmişə hədisi belə təfsir edirdi: “Əvliyaların məzarı kənarında məscid tikmək düzgün deyil”.
İbn Teymiyyə belə yazırdı: “Bizim alimlərimiz qəbrin üzərində məscid tikməyə icazə vermirlər”.
Hədisin araşdırılması.
İlk növbədə həqiqi mənanı və əsl mətləbi başa düşmək lazımdır. Bir ayə başqa bir ayə ilə təfsir olunduğu kimi, eləcə də bir hədisi başqa bir hədis vasitəsilə təfsir etməklə şübhəni aradan qaldırmaq olar.
Vəhhabilər yalnız bir hədisə əsaslanaraq qəbrin üzərində və kənarında məscid tikməyi haram bilirlər. Onlar bütün hədislərə diqqət yetirsəydilər, Peyğəmbərin hədisdə nə səbəbə lənət göndərdiyini anlayardılar. Bunlar öz üzlərinə “ictihad” qapısını bağladıqlarından bir çox hədislərin mə`nasında xətaya uğraışlar. Hədislərə əsaslanmaq o zaman düzgün olar ki, onları söyləyən, rəvayət edən ravilər düzgün, imanlı adam olsunlar.
Əks halda, belə hədislərə istinad etmək olmaz. Hədislərin sənədi haqqında bəhs etmək çox vaxt aparar. Buna görə də yalnız hədisin mövzusu haqqında bəhs etməli olacağıq.
Biz hədisdən nəticə çıxarmaq üçün əvvəlcə yəhudi və məsihilərin peyğəmbərlərin məzarları kənarında gördükləri işlərdən xəbərdar olaq. Çünki əziz İslam Peyğəmbəri yəhudi və məsihilərin gördüyü işlərdən bizi çəkindirib. Əgər onların əməllərinin nəticəsindən xəbərdar olsaq, sözsüz ki, İslamda haramın həddi-hüdudu bilinəcək.
Başqa hədislərdə yəhudilər və məsihilər haqqında belə deyilir: “Onlar Peyğəmbərlərin qəbirlərini qibləgah etdilər və həqiqi qiblədən üz döndərdilər. Allaha ibadət etmək əvəzinə, peyğəmbərlərə ibadət etdilər və onları Allaha şərik sandılar.”
Əgər pak əvliyaların qəbirləri kənarında məscid tikməklə müsəlmanlar oranı qibləgah edib, onlara ibadət etmirlərsə, bu hədislərdən qəbir üzərində məscid tikməyin haramlığını isbat etmək üçün istifadə edə bilmərik. Əksinə, müsəlmanlar bir olan Allaha ibadət edir və namaz qılarkən üzü Kəbəyə (qibləyə) dayanırlar.
Əvliyaların qəbri kənarında isə məscidi təbərrük kimi tikirlər.
Deməli, aydın oldu ki, qəbri qibləgah edib ölülərə ibadət etdikdə, üzərində məscid tikmək haramdır. Bundan qeyri-sürətdə isə, (məs: təbərrük kimi) bunun heç bir eybi yoxdur. Yuxarıda qeyd olunan hədisdə də elə əsas məsələ budur.
1 − Səhih Müslimin rəvayətində (dördüncü hədis) bu məsələ daha da bəlli olur. Peyğəmbərin iki həyat yoldaşı Həbəşistan kilsəsində onun şəklini gördükdə Allahın Rəsulu onlara buyurmuşdur: “Burada pak adam vəfat edərsə, onun qəbri üzərində məscid tikib şəklini həmin məscidə vurarlar”.
Onlar (məsihi və yəhudilər) qəbri qibləgah edib ibadət etdiklərinə görə əvliyaların şəklini məscidə (kilsəyə) vurur və bu təsviri büt edərək ona səcdə edib ibadət edirdilər.
Bu hədisdə verilən ehtimallara görə, çox güman, belə adamlar məsihilər olub. Çünki onlar həmişə insana (Həzrəti İsaya) ibadət etməklə bütün kilsələrdə onun şəklinə və heykəlinə tə`zim ediblər. Məsihilərin bu əməllərinə görə heç vaxt övliyaların qəbri kənarında məscid tikmək haram sayılmaz. Çünki hal-hazırda belə məscidlərdə məsihilər deyil, əksinə, müsəlmanlar ibadət edirlər.
2 − Əhməd ibn Hənbəl “Müsnəd”də və imam Malik “əl-Müvəttə” kitabında yuxarıdakı hədisin ardınca Peyğəmbərdən bu kəlməni nəql edirlər: “İlahi, mənim qəbrimi ibadət olunan büt qərar vermə”.
Bu cümlədən belə aydın olur ki, onlar (məsihi və yəhudilər) məzarlara bütpərəstlər kimi səcdə edir və peyğəmbər şəklini qibləgah qərar verirdilər.
3 − Aişə Peyğəmbərdən hədisi (ikinci hədisi) nəql etdikdən sonra deyir: “Əgər Peyğəmbərin qəbrinin səcdəgah olmaq qorxusu olmasaydı, müsəlmanlar onu (qəbrin ətrafında divar olmayan) açıq yerdə dəfn edərdilər”. İndi belə bir sual meydana çıxır ki, qəbrin ətrafında divar tikmək nələrin qarşısını ala bilər? Sözsüz ki, qəbirdən səcdəgah, qiblə və yaxud büt kimi istifadə etməyin qarşısı alınar.
Lakin, qəbrin kənarında ona sitayiş edilməzsə və qiblə təyin olunmazsa, namaz qılmağın heç bir maneəsi yoxdur. Müsəlmanlar on dörd əsr Peyğəmbərin (s) məzarının kənarında üzü qibləyə namaz qılmışlar.
Ümmül-möminin Aişənin sözündən belə bəlli olur ki, Peyğəmbərin (s) qəbrindən məscid (səcdəgah) kimi istifadə olunmaması və gözlərə göstərilməməsi üçün qəbrin ətrafı divarla hörüldü. Bu divar hansı maneənin qarşısını ala bilər?
1) Qəbrin büt halına düşüb, insanların ibadətgahına çevrilməməsi üçün bu divar məzarın gözlərə görünməməsinə mane oldu.
2) Əgər Peyğəmbərin (s) məzarı açıq yerdə olsa idi insanların qibləgahına çevrilərdi. Gözə görünən şey Kəbə evindən fərqli olaraq (Kəbə bütün müsəlmanların qanuni qibləsidir) onların səcdəgahı ola bilərdi.
Məzar gözə görünməyən halda belə bir ehtimal azdır. Bu səbəbdən ümmül-möminin demişdir: “Qəbrə səcdə etməkdən qorxmasaydım, onu açıq yerdə dəfn edərdim.” Deməli, məzarın açıq yerdə olması nəticəsində onun qibrəyə və ya bütə çevrilməsi daha çox məntiqə uyğundur.
4) Buxari və Müslimin “Səhih” kitablarında hədisi şərh edənlərin çoxu hədisi yuxarıda dediyimiz mə`nada təfsir etmişlər.
Qəstəlani “İrşadus-sari” kitabında yazır: “Yəhudilər və məsihilər övliyaların xatirələrini qoruyub saxlamaq üçün onların şəkillərini qəbirlərinə vururdular. Bu qəbirlərin kənarında Allaha ibadət edirdilər. Sonrakı nəsillər yollarını azıb, şəkilə səcdə etdilər.”
Beyzavi təfsirindən belə nəql edirlər: “Yəhudilər və məsihilər peyğəmbərlərin məzarlarına çox ehtiram etməklə yanaşı, bunları öz qiblələri seçmişdilər. Qəbirləri büt edib onun müqabilində namaz qılırdılar. Müsəlmanlar bu işlərdən çəkindirildilər. Amma əgər bir nəfər əvliyaların qəbri kənarında təbərrük üçün (onlara ibadət etmək üçün yox) namaz qırarsa, günahkar sayılmayıb bu hədisin ona aidiyyəti olmaz.”
Qəstəlanidən başqa “Sünəni-Nəsai” kitabını şərh edən əllamə Sənədi də bu mətləbə işarə edib belə yazmışdır: “Qəbir üzərində məscid tikmək haram və məkruh ola bilər. Əgər qəbri qibləgah edərlərsə, haram sayılır, əks halda məkruhdur. Çünki qibləgah qərar verməklə qəbir sahibinə ibadət olunur.”
Başqa bir yerdə deyilir: O, öz ümmətinə yəhudi və məsihilər kimi peyğəmbərlərin qəbirləri ilə rəftar etməyi qadağan edib. Çünki onlar ehtiram üçün qəbrə səcdə edib, onu qibləgah kimi qəbul edirdilər.
Müslimin “Səhih” kitabını şərh edən bu haqda deyir: “Peyğəmbər (s) istəmirdi ki, qəbri məscidə dönsün. Çünki müsəlmanlar qəbri ziyarət edərkən ifrata yol verib küfr edərdilər. Bu səbəbdən müsəlmanlar Peyğəmbərin (s) dəfn olduğu yeri, həyat yoldaşlarının və Aişənin otağını divarla hördülər. Məzar görsənməklə müsəlmanlar ona səcdə edə bilərdilər. Ümmül-möminin Ayişənin də sözü buna işarədir.”
Şarih (şərh edən) deyir: “Aişə bu sözü deyəndə, məscidin sahəsi çox böyük deyildi. Məscidin sahəsi böyüdükcə müsəlmanlar üzü qəbrə namaz qılmamaq üçün otağı üçbucaq şəklində düzəltdilər. Çünki yəhudilər və məsihilər Allaha şərik qoşmaqla qəbirlərə ibadət edirdilər.
Bu faktlardan istifadə edib səhv hökm vermək olmaz.
Biz bütün bunlara göz yumub, bu işi başqa yolla həll edirik.
1) Məscid qəbrin üzərində tikilərsə, hədisin mənası buna aid ola bilər. Lakin bütün yerlərdə əvliyaların hərəmləri, yəni dəfn olunduğu yerlər məsciddən ayrıdır.
Başqa sözlə desək, hərəm ziyarət və təvəssül etmək üçün, məscid isə Allaha ibadət edib namaz qılmaq üçündür. Belə olan halda hədisin mə`nası bu müqəddəs yerlərə aid deyil.
Qəbrin kənarında məscid tikmək necə məkruh və haram sayıla bilər bir halda ki, Məscidün-Nəbi Peyğəmbərin qəbri kənarındadır. Bu məscidi indi də hamımız öz gözlərimizlə görürük.
Əgər səhabə parıldayan ulduz olub onlardan təqlid etməliyiksə, nəyə görə bu kimi işlərdə onlara təqlid etməməliyik? Onlar məscidin sahəsini böyüdərək Peyğəmbərin və Şeyxeynin qəbirlərini məscidin ortasında yerləşdirdilər. Əgər, həqiqətən, əvliyaların məzarı kənarında məscid tikmək düzgün sayılmırsa, nə üçün müsəlmanlar məscidin sahəsini böyüdərkən qəbri ortada yerləşdirdilər?
Əvvəllər Peyğəmbərin qəbri məscidin şərq tərəfində yerləşirdi. Sonralar məscidin qərb tərəfi böyüdükcə Peyğəmbərin qəbrini əhatə etdi.
Vəhhabilər özlərini “sələfi” adlandırıb, keçmişdəkilərin yolunu davam etdirirlərsə, bəs niyə görə bütün əməllərdə bunu etmirlər?
Buradan məlum olur ki, İbn Qeyyimin “İslamda qəbirlə məscidin bir yerdə olması düz deyil” nəzəriyyəsi nə qədər əsassız və müsəlman adət-ənənələrinə ziddir!...
Bu hədislərdə Peyğəmbərin əvliyaların məzarı üzərində məscid tikməkdən müsəlmanları çəkindirməsi bəlli olur. Lakin bu nəhyin haram olmasına heç bir sübut yoxdur. Əksinə, bu nəhy hədislərdə kərahət mənasına işlənib. Buxari də öz kitabında hədisləri bu ünvana yönəltmişdir: “Yukrəhu min ittixazil məsacidə ələl-qubur.” “Qəbirlərin üzərində məscid tikmək məkruhdur.”
Başqa bir cəhətdən, bu hədislərin bəzisində qəbirləri ziyarət edən qadınlara lənət göndərilmişdir.
Şübhəsiz ki, bir sıra məsələlərə görə qadınların qəbirləri ziyarət etməsi məkruh sayılır (haram yox). Əgər Peyğəmbər bu dəstəni lənətləyirsə, bu işin haram olmasına dəlalət etmir. Çünki, bir çox rəvayətlərdə bəzi məkruh əməllərə aludə olmun adamlar lənətlənmişdir. Lənətlənməkdən məqsəd məkruhluğun şiddətini və Allahın rəhmətindən çox-çox uzaq olmasını göstərir. Məsələn, hədislərdə tək səfərə çıxanlar, tək yemək yeyənlər, tək yatanlar lənətlənmişdir. Amma bunların heç biri haram deyildir. Bu yalnız məkruhluğun dərəcəsini bildirir.
Nəhayət xatırlamaq istəyirik ki, əvliyaların məzarı üzərində məscid tikmək İslamın əvvəllərində geniş yayılmışdır.
Səmhudi deyir: “Əli (ə) ın anası Fatimə bint Əsəd vəfat edərkən Peyğəmbər onun bir məscidin məhəlləsində dəfn olunmasına göstəriş verdi. İndi o məscid “Fatimə qəbri” adlanır. Sonralar bu qəbir məscid şəklinə düşdü.”
Müsəb ibn Ümeyr və Abdullah Cəhş, Həmzənin qəbri üzərində tikilmiş məsciddə dəfn olunmuşlar.
İkinci əsrdə (Hicri tarixi ilə) Həmzənin məzarı üzərində məscid var idi. Sonralar, vəhhabilərin hakimiyyəti illərində həmin məscid onlar tərəfindən uçuruldu.




Yorumlar

  1. wondershare allmytube farooqpc Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far.

    YanıtlaSil
  2. Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. zenmate-vpn-crack

    YanıtlaSil
  3. https://mahir-shekerov.blogspot.com/2017/04/vliyalarn-qbri-knarnda-mscid-tikmk-subh.html?showComment=1537836469649#c3673258319580987639

    YanıtlaSil
  4. Excellent post.I was looking for this certain information for a very long time.
    I was checking constantly this blog and I am impressed!
    ZBrush Crack provides an arsenal of tools to help with this task, ensuring that no matter what you have in mind, there is a way to get the perfect foundation and then move on to the next level. The best known of these systems is explained here.

    YanıtlaSil
  5. Connectify Hotspot Pro 2022 Crack The clients get 100% unique Microsoft permit that can be actuated straightforwardly on the authority Microsoft site. Besides, it offers a lifetime permit which demonstrates that it doesn't offer a membership administration and doesn't expect one to recharge it time for an expense.

    YanıtlaSil
  6. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    PhotoLine Crack
    SparkBooth Crack

    YanıtlaSil
  7. DiskDigger Crack agreements to certification you exactly the opinions you need. You are not competent to procedure this application on a mobile implement through hooking up it by data chain.
    DiskDigger Crack

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)